Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-375/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 daha sonra ərizə ilə müraciət edərək X1 cavabdeh qismində mülki işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin ona aid olan ½ hissəsinin natura qaydasında bölgüsü barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2014-cü ildə Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov 3 döngəsi 10 saylı ev 1/2 hissədə paylı mülkiyyət kimi X7 və İddiaçı ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçının adına verilmiş ******* nömrəli çıxarışdan da müəyyən olunur ki, X4 1/2 hissə payı açıq qalmışdır. Ona görə, həmin fərdi yaşayış evinə çıxarış iddiaçının adına verilmişdir. Bu isə iddiaçının 1/2 hissədə olan mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Bu səbəblə də iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evi naturada bölünməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə verilmiş texniki pasportda əks olunan yaşayış sahəsinin 16,7 kv.m. və 16.0 kv.m olan 2 yaşayış otağı, 10.9 kv.m mətbəx və 6,4 kv.m olan sanitar qovşağı faktı olaraq iddiaçının istifadəsindədir. Evin digər yaşayış otaqları və yardımçı sahələr cavabdehlərin istifadəsindədir. Göründüyü kimi paylı mülkiyyətdəki əmlaka sahiblik və ondan istifadə qaydasında tərəflər arasında razılıq yoxdur. Ona görə də mübahisəli məsələ məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul edərək bildirmişdir ki, X9 onun babasıdır və o vəfat etmişdir. Hal-hazırda babasına məxsus olan ½ hissədə anası, bacısı və o özü yaşayır. Evin İddiaçı yaşadığı hissə onların yaşadıqları hissədən ayrıdır və hazırda həmin evin mövcud vəziyyətdə ½ hissədə bölünməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X10 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə ½ hissədə X4 və ½ hissədə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və başqalarının adına **********62- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1; xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2; xx.xx.1958ci il təvəllüdlü İddiaçı; xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3; xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh4 və xx.xx.1983-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1588 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsinin texniki cəhətdən mümküm olmadığı müəyyən olunur. Lakin qeyd edilən fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki bölgüsü ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.008.01.89-un 1.1,2.2,2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin ½ hissəsi 46.15 kv.m təşkil etdiyi halda, iddiaçı tərəf yaşayış evinin 50 kv.m hissəsini, cavabdeh tərəf isə 42.3 kv.m hissəsini istifadə edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə ½ hissədə X4 və ½ hissədə İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2023-cü il tarixli 10/1588 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1588 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsinin texniki cəhətdən mümküm olmadığı müəyyən olunur. Lakin qeyd edilən fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki bölgüsü ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.008.01.89-un 1.1,2.2,2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin ½ hissəsi 46.15 kv.m təşkil etdiyi halda, iddiaçı tərəf yaşayış evinin 50 kv.m hissəsini, cavabdeh tərəf isə 42.3 kv.m hissəsini istifadə edilir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissəsi (50kv.m) ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissəsi (50kv.m) ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-375/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-375/2023
16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver