Məhkəmə qərarları › İş №2(010)-3760/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3760/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3760/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasındat 29 iyul 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş hadisə nəticəsində dəymiş 556 (beş yüz əlli) manat məbləğində maddi, 5000 (beş min manat) məbləğində mənəvi zərərin əvəzi və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Orcuov nurlan Afiq oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31.12.2020-ci il tarixdə saat 21.05 radələrində İddiaçı içində oğlu X4 olan uşaq arabası ilə həyat yoldaşı X3 ilə birlikdə yol kənarında yolun hərəkət zolağının kənarı ilə hərəkətdə olarkən Hyundai İX 35 minik markalı avtomobil çox müəmmalı şəkildə yol kənarına tərəf sürməyə başlamış və İddiaçı bir neçə metrdən avtomobilin qeyri-adi şəkildə gəldiyini görərək üzərinə gələn avtomobildən qaçmaq üçün uşaq arabasını uşaqla birlikdə yoldan kənara çıxarmağa cəhd etmiş, buna qismən nail olsa da, gələn avtomobil uşaq arabasının sol təkəri olan hissəsindən vurmuş və uşaq arabası onun sol baldır nahiyyəsinə dəyərək xəsarət yetirmiş, uşağın alın nahiyyəsində isə sıyrıq yaranmış və uşaq arabasını isə yararsız hala salmışdır. Sürücünün sərxoş olmasına şübhələr mövcuddur. Belə ki, qəza hadəsəsi yeni il günü baş vermişdi və sürücü atasının evindən Günəşlidə yerləşən öz evinə gedirdi, iddiaçının sürücünün avtomobili qeyri-adi şəkildə idarə etməsini bildirməyinə baxmayaraq təhqiqatçı guya sürücünü bir neçə gün tapa bilməmişdir. Lakin qəza günü axşam təhqiqatçı ilə telefon danışığında təhqiqatçı iddiaçıya onu tapdığını bildirmişdir. Ekspert isə ayağının əzilməsinə baxmayaraq ona və oğluna dərəcəsi müəyyən olunmayan xəsarətlər formasında rəy vermişdir. Məsələ ilə bağlı qərəzli və ədalətsiz araşdırma aparıldı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verildi. Qərar maddi və prosessual qanunvericiliyin müddəalarının pozulması nəticəsində verildi və məhkəməyə şikayət edilməsinə baxmayaraq məhkəmədə məsələ iddiaçının hüquqi savadsızlığından iclas katibinin şikayətdən imtina edərək mülki qaydada işi davam etdirməklə bağlı ərizə yazdırması ilə yekunlaşmışdır. Qəzanı törədən şəxs Cavabdeh nə iddiaçılara dəymiş maddi zərəri, nə də mənəvi zərəri ödəmədən hadisə yerindən qaçmış və sonra polisdə isə məsələni təhqiqatçı ilə danışmalı olduqlarını bildirmiş və bütün təkidlərə baxmayaraq zərərin əvəzini ödəməmişdir. Hadisə zamanı yararsız hala düşmüş uşaq əl arabası 350 manat dəyərindədir. Bundan başqa həkimlər tərəfindən edilən uşaq üçün müayinələrə 30 manat və dərmanlara 36 manat, iddiaçı X3 üçün müayinə və dərmanlara hələlik 80 manat xərclənmişdir. Hadisə nəticəsində dəfələrlə polisə, ekspertizaya, məhkəməyə taksi pulu 60 manat xərclənmişdir. Hadisə yerindən qaçan və köməksiz vəziyyətdə iddiaçıları orada qoyan Cavabdeh hətta sonrakı görüşlərdə də hörmətsizlik edərək təkidlə iddiaçılara ondan uzaqlaşmağı və təhqiqatçı ilə məsələni həll etməyin vacibliyini qeyd etmişdir. Təhqiqatçı isə bu qədər qorxu stress və maddi zərərdən sonra onun sadəcə inzibati xəta kimi 100 manat və 40 manat cərimə ediləcəyini bildirmişdir. Hadisəni törədən və hadisə yerindən qaçan, zərərçəkmişlərlə heçnə olmamış kimi davaranan bu şəxs qərəzli araşdırma nəticəsində cinayət məsuliyyətindən yayınsa da, mülki məsuliyyət daşımalıdır, iddiaçı X3 hadisə zamanı fiziki xəsarəti almasa da sonradan hadisənin qorxusundan və stresindən psixi porblemləri yaranmış, dəfələrlə yuxu probelmləri, yuxuda hadisənin təsirindən qorxu içində səksənmələrlə müşayiət edilən simptomlar göstərməyə başlamışdır. Həkim məsləhəti ilə hərəkət edən X3 bir müddət keçməsinə baxmayaraq sağalmamış və hal-hazırda həkim nəzarətindədir və həkim resepti ilə dərmanlar qəbul edir. Maddi zərərlə birlikdə iddiaçılar İddiaçı və X3 həm də mənəvi zərər dəymişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh tərəfindən törədilmiş hadisə nəticəsində dəymiş 556 (beş yüz əlli) manat məbləğində maddi, 5000 (beş min manat) məbləğində mənəvi zərərin əvəzi və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülən iddianın qismən, o cümlədən iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsində qəbul edir. Mənəvi ziyanın tutulmasına dair iddianın hissəsini qəbul etmir. Mülki işin materiallarına əlavə edilmiş: Cinayət işin başlanmasının rədd edilməsi haqqında 18 yanvar 2020-ci il tarixli qərarına əsasən material üzrə İddiaçı Afıq oğlunun izahatı əsas götürülmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 41 mənzil 102-də yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İXM- nin 327.1 və 327.6 maddələrinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti aidiyyati üzrə Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Araşdırılma zamanı Cavabdeh hadisə ilə əlaqədar izahat verərək “Hyundai Santafe minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ildə aldığını, В kateqoryalı, AC 725349 seryalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyini 31.12.2020-ci il tarixində saat 20:05 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə İ.İsmayılov küçəsi istiqamətində hərəkətdə olduğu zaman idarəetməni itirərək avtomobilin qabaq sağ hissəsi ilə yolun kənarı ilə Neapol dairəsi istiqamətində adi addımlarla hərəkətdə olan İddiaçı Afıq oğlunu və uşaq arabası ilə gəzdirdiyi az yaşlı 2020ci il təvəllüdlü X2 vuraraq bədən xəsarəti yetirdiyini bildirmişdir. Toplanmış materillardan göründüyü kimi, 31.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Afıq oğlu və X1 zərərvurmayan bədən xəsarətləri almışdır. “Hyundai Santafe minik” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinin sürücü Cavabdeh tərəfindən pozulması nəticəsində İddiaçı Afıq oğlu və X1 zərərvurmayan bədən xəsarəti almışdır. Cavabdeh tərəfindən 29 iyul 2021-ci il tarixli məhkəmə iclasında təqdi edilmiş yazılı ərizəminə əsasən o, iddianı qismən, maddi zərərinq əvəzinin bdənilməsi hissəsində qəbul edir, iddianı mənəvi zərərin ödənilməsi hisəsndə qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80 вя 81-и маддясиня ясасян məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəlləin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşdən olan materiallarında və həmçinin tərəfərin izahatlarında, təqdim edilmiş sənədlərinə əsasən də hər 3 əsasın mövcudluğu öz təsdiqini tapmışdır. İddiaçı ona yol-nəqliyyat hadisəsi ilə bağlı vurulmuş 556 manat dəyərində olan maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasınd həm şifahi, həmçinin də yazılı şəkildə iddianın vurulmuş maddi zərərin əvəzinin tutulmasına dair hissədə iddianı qəblu edir. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını sübut edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də tərəf hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı ərizəsində cavabdehin təqsirli hərəkətləri ilə əlaqədar dəymiş mənəvi ziyanın əvəzini tələb etsə də mənəvi ziyanın əvəzinin həcmini ayrılıqda müəyyən etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusunun (delikt) törədilməsində Cavabdeh təqsirli olduğuna və vurulmuş zərərin məbləği iddiaçını tələb etdiyinə və cavabdeh tərəfindən etiraf etdiyinə əsasən 556 manat müəyyən olunduğuna görə iddia qismən təmin olunmalıdır. Zərərin əvəzi qismində 556 (beş yüz əlli manat) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd ediməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manat məbləğində hissəsi cavabdedən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 556 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar