Məhkəmə qərarları › İş №2(010)-3785/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3785/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3785/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 114,13 (bir yüz on dörd manat 13 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 AZN (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 134,53 (bir yüz otuz dörd manat 53 qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə (texniki səhv olaraq 2013-cü il qeyd olunmuşdur) idarə etdiyi, etibarnamə əsasında cavabdeh X3 məxsus “Mercedes Benz 230” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, M.Hadi küçəsində dayanmış vəziyyətdə hərəkətə başlayarkən “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin TYP 012648 saylı X9 Protokolunda öz əksini tapmışdır. "xxxx" MMC-nin təqdim etdiyi No 2731 Zərər aktına uyğun olaraq, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 114,13 (bir yüz on dörd manat 13 qəpik) manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 046020 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 114,13 (bir yüz on dörd manat 13 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə nə dəymiş 114,13 (bir yüz on dörd manat 13 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - PAT********** saylı sığorta Müqaviləsinin 046020 saylı sığorta aktından görünür ki, «Mercedes Benz 230» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta təminatının müddəti 1 il olmaqla xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci ilədək sığortalanmışdır. - İş materiallarında olan “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, «Mercedes Benz 230» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. - İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X5 tərəfindən X3 «Mercedes Benz 230» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, Qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. Səlahiyyətlər verilmişdir. -"xxxx" MMC tərəfindən tərtib olunmuş 2731 nömrəli “Zərər Akt”ından görünür ki, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 114,13 (bir yüz on dörd manat 13 qəpik) manat ziyan dəymişdir. - İş materiallarında olan ödəniş tapşırığından görünür ki, sığorta ödənişi olan 114.13 manat pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmişdir. - İş materiallarında olan inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. - İş materiallarında olan Pretenziyadan görünür ki, Cavabdeh 114.13 manat pul vəsaitini 7 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bekəliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, -iddiaçı tərəfindən irəli sürülən tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığorta haqqında Qanun”un 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 114.13 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Süleymanov Nazı̇ r Hacıqulu oğlundan iddiaçı "xxxx" Sığorta Şirkəti ASCnin xeyrinə 114.13 manat sığorta ödənişi və 30.40 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar