Məhkəmə qərarları › İş №2(010)-3800/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3800/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3800/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 420 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 440,40 manat cavabdehlər Cavabdeh2 Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Wolkswagen Jetta” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 tərəfindən avtomobil idarəetmə hüququ olmadan Cavabdeh1 verildiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X3 haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 420 (dörd yüz iyirmi manat 0 qəpik) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 068289 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 420 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Wolkswagen Jetta” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bakı şəhər DYPİ-nin TP seriyalı ******* saylı X3 haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli 071963 №-li sığorta aktından görünür ki, Cavabdeh2 “Wolkswagen Jetta” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 55.000 manat məbləğində sığorta etmişdir. Akta əsasən sığortalanmış avtomobil “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 420 manat, sığorta ödənişi isə 420 manat təşkil edir. Texniki ekspertiza şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Hesabatdan görünür ki, hadisə nəticəsində müvafiq olaraq “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 420 manat məbləğində zərər dəymişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 vurulmuş zərərin əvəzi olaraq 420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 7 iş günü müddətində zərər məbləğinin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 vurulmuş zərərin əvəzi olaraq 420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3.-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materiallarından olan Bakı şəhər DYPİ-nin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Wolkswagen Jetta” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz” C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bakı şəhər DYPİ-nin TP seriyalı ******* saylı X3 haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişini geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vurulmuş zərərə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı X4 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi olaraq 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar