Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3892/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 ünvan 1 ünvandan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yeni Günəşli y/m, Q massivi, ev 10, 6 saylı mənzilin mülkiyyətçisi odur. Həmin mənzilin mülkiyyətçisi olması barədə ona ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. Mübahisəsi gedən mənzildə ailə üzvlərilə birlikdə yaşayır. Cavabdeh bu mənzildə qeydiyyatda olsa da, xx.xx.2014-cü il tarixdə X19 ilə ailə həyatı qurmuşdur və həmin vaxtdan da köçərək ərinin evində yaşayır. Cavabdeh və onun övladları xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2017ci il təvəllüdlü X20 mübahisəsi gedən mənzildə deyil, ünvan 2 ünvanda yaşayırlar. O, cavabdehi onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-9-12202/11/-2024 tarixli məktubu ilə bundan imtina edilmişdir və ona bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları onun Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Tərəflərin izahatları.
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82.71 kv.m, yaşayış sahəsi 54.01 kv.m olan 4 otaqlı mənzili alıcı X1.
6. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, ümumi sahəsi 82.71 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuşdur.
7. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X6 ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzili hədiyyə alan İddiaçı bağışlamışdır.
8. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 təqdim etdiyi notarial ərizədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etmir, Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (mənzili) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
9. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, ümumi sahəsi 82.71 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
10. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X7, X10, X8, Cavabdeh, X20, X16, X11, X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
İşin faktiki halları.
11. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər bacı-qardaşdırlar. Mübahisə obyekti olan mənzil əvvəl tərəflərin anasına məxsus olmuş, sonradan o mənzili iddiaçıya bağışlamışdır. Mənzil bağışlanarkən cavabdeh notarial ərizə ilə bağışlama müqaviləsinin bağlanılmasına razılıq vermişdir. İddiaçı hazırki tələbində öz xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin və onun övladlarının istifadə hüququnun itirilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh və övladları onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar və bu onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh yazılı etirazını onunla əsalandırır ki, o, həmin mənzildə doğulub boya-başa çatıb və orada da qeydiyyatdadır. Bundan başqa, onun həmin mənzilə vərəsəlik hüquqları da var.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı.
Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı
Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Daha sonra qeyd edilir ki, Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə qiymət verilməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Hazırkı işdə Cavabdeh iddiaçıya məxsus olan mənzildən yuxarıda qeyd olunan əsaslardan hər hansı üzrə istifadə hüququnun olması müəyyən edilmir. Belə ki, mübahisə obyekti olan mənzil 2017-ci ildə tərəflərin anasına məxsus olmuş, sonradan 2023-cü ildə cavabdehin də notarial razılığı ilə mənzil iddiaçıya bağışlanmışdır. Cavabdehin həmin mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri əsasında istifadə hüququnun olması müəyyən edilmir. Ona görə ki, qeyd edilən maddədə bildirilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (maddə 30.2) Cavabdeh iddiaçının qeyd edilən maddədə müəyyən edilmiş ailə üzvü kateqoriyasına da aid deyil. Cavabdehin digər əsaslar üzrə də ailə üzvü hesab edilməsi müəyyən edilmir. Deməli, cavabdehin mübahisəli mənzilə ailə qanunvericiliyinə əsaslanan istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdehin mülki qanunvericiliyə əsasən həmin mənzilə istifadə hüququnun olması da müəyyən edilmir. Belə ki, bu məhdud əşya hüququnu yaradacaq notarial əqdin olması işin halları ilə müəyyən edilmir. Əksinə, mənzil iddiaçıya bağışlanarkən cavabdeh notarial ərizə ilə həmin mənzilə hüququndan imtina etmişdir. Beləliklə, müəyyən edilir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ yoxdur. Bu baxımdan məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normaları və AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüquqlarının itirilməsi tələbi də müzakirə edilə bilməz. Belə ki, olmayan hüquq itirilə bilməz. Cavabdehin mənzilə qeydiyyatının olması isə onun istifadə hüquqlarının olması anlamına gəlmir. Çünki, mənzilə qeydiyyat özüözlüyündə istifadə hüququnun olmasının göstəricisi deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. Əlavə olaraq, məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərinə əsasən yaşayış sahəsinə istifadə hüququnun olmaması özüözlüyündə şəxsin yaşayış sahəsinə passport qeydiyyatından çıxarılması üçün əsasdır.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Rafı̇ q oğlunun cavabdeh Əzı̇ zova Günay Rafı̇ q qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Rafı̇ q oğlunun cavabdeh Əzı̇ zova Günay Rafı̇ q qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.