Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3927/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənova Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh İddiaçı Tarverdi qızına, Cavabdeh1 və X4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdeh İddiaçı Tarverdi qızına, Cavabdeh1 və X4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə mhəkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 8 otaqdan, 137,7 m2 yaşayış sahəsindən, 292,8 m2 ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evində ona məxsus payın naturada ayrılaraq onun xüsusi mülkiyətinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mülki iş vardır. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-461/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 Tarverdi qızının cavabdehlər İddiaçı, Cavabdeh1 Terverən oğlu və X4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 8 otaqdan, 137,7 m2 yaşayış sahəsindən, 292,8 m2 ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evində ona məxsus payın naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qərardadı ilə 2(010)-461/2021 nömrəli mülki iş cavabdeh X3 hüquq varisi müəyyən edilənə kimi dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X1 cavabdeh İddiaçı Tarverdi qızına, Cavabdeh1 və X4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3927/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3927/2021
04.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver