Məhkəmə qərarları › İş №2(010)-394/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-394/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-394/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh “İlkin-92» firmasının nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər “İlkin-92» firmasına və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “İlkin-92» firmasına və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai İX 35” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərər kimi 1000 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Neftçilər prospektində mülkiyyətində olan “Hyundai İX 35” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət etdiyi zaman cavabdeh X10 idarə etdiyi və cavabdeh “İlkin-92” firmasına məxsus olan “Ford Transit” **-HS-*** dövlət nömrə nişanlı avtomobili ilə zəncirvari yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun avtomaşınına 1000 manat dəyərində maddi zərər vurulmuşdur. Cavabdeh X4 qeyd olunan yol-nəqliyyat hadisənin törəilməsində təqsiri xx xxxxxxx 2019-cu il tarixli İnzibati xəta haqqında qərarla təsdiq olunmuşdur. Bundan sonra “Axa MBASK” sığorta şirkəti tərəfindən ona vurulmuş zərərə görə 398 manat ödəniş edilsə də, bu məbləğ vurulmuş zərərin nəticələrini aradan qaldırmamışdır. Belə olan halda vurulmuş zərərin tam şəkildə ödənilməsi tələb etmək hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəzərə alınsa ki, cavabdeh X10 qeyd olunan yol-nəqliyyat hadisəsini işçisi olduğu “İlkin-92” firmasına məxsus olan avtomobilini idarə etdiyi zaman baş verdiyindən həmin şirkət də məsuliyyıətə cəlb olunmalı və cavabdehlərdən onun xeyrinə müştərək qaydada 1000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “İlkin-92» firmasının nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi ilə bağlı “İlkin-92» firması cavabdehlik daşımır. Belə ki, mübahisə predmeti olan “Ford Transit” **-HS-*** dövlət nömrə nişanlıavtomaşın heç vaxt “İlkin-92» firmasının mülkiyyətində və ya bağqa sahibliyində olmamışdır. Eyni ilə həmin avtomaşınla yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2“İlkin- 92» firmasının işçisi və ya əmək müqaviləsi əsasında fəaliyyət göstətən əməkdaşı olmamışdır. “Ford Transit” **-HS-*** dövlət nömrə nişanlıavtomaşınla bağlı “İlkin-92» firmasının hər hansı bir cavabdehliyi yaranmadığından iddia tələbinin “İlkin-92» firmasına münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, “Ford Transit” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, lakin rəsmi olaraq çörək zavodunun işçisi olmamış, eləcə də qeyd olunan avtomobil başqa bir şəxsə məxsusdur.xx xxxxxxx 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundaı İX 35” markalı **-XS-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş ziyanın sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyindən hazırki iddianı əsassız hesab edir. Belə olan halda iddianın təmin edilməməsini xahiş edir. Məhkəməproses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki,TP3292959 saylı xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh2Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarxli etibarnamədən müəyyən olunur ki, X12 “Ford Transit” **-HS-*** dövlət nömrə nişanlıavtomaşını Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün 2 il 9 ay 1 gün etibar etmişdir və etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş Müstəqil Ekspert F.Bağırov tərəfindən xx.xx.2019-cu il tarixli qüsur aktından müəyyən olunur ki, “Hyundai İX 35” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işlərinin ümumilikdə 700.00 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, “Hyundai İX 35” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 700.00 manat məbləğində qiymətləndirilmişdir. Sığorta ödənişinin məbləği 398.00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Ziraat Bank”ın xx.xx.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, “AXA MBASK” Sığorta şirkəti tərəfindən İddiaçı hesabına 398 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş AC seriyalı 320702 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Ford Transit” markalı **-HS-*** dövlət nömrə nişanlıavtomaşının sahibi X6r. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5573 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan müstəqil ekspert X7 tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il taricli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Hyundai İX 35” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700.00 manat müəyyən edilir. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi X8 məxsus olan “Ford Transit” markalı **-HS-*** dövlət nömrə nişanlıavtomaşını ilə xx xxxxxxx 2019-cu il tarixdə yolnəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus olan “Hyundai İX 35” markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 398 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Müstəqil ekspert və iş üzrə keçirilmişməhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə iddiaçının mülkiyyətində olan avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700.00 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri 1000 manat məbləğində qiymətləndirsə də, zərərin məhz həmin həcmdə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya “AXA MBASK” tərəfindən 398 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 700 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə cavabdeh X1 iddiaçının xeyrinə 700-398=302 (üç yüz iki) manat tutulmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ekspert rəyini nəzərə alıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 700 manat məbləğində dəymiş zərər alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq belə nəticəyə gəlir ki, yuxarəda qeyd olunan hüququ normaları ilə iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, zərərin əvəzinin “İlkin-92” firmasından tutulması üçün heç bir əsası yoxdur. Belə ki, İddiaçı cavabdeh X4 qeyd edilən şirkətdə sürücü vəzifəsində işləməsini əsas gətirərək iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsini istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, hüquqi şəxsin üzərinə vurulmuş zərərin əvəzininin ödənilməsi vəzifəsi qoyulması üçün, zərərin vurulması onun işcisinin əmək vəzifələrinin icrası zamanı baş verməsi zəruridir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh X5 hadisə törətdiyi zaman idarə etdiyi avtomobilin üzərində “Cavabdeh1” reklamının yerləşdirilməsi onun (cavabdeh X5) həmin şirkətdə sürücü vəzifəsində işləməsinə dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla iddiaçı cavabdeh X5 məhz əmək vəzifələrinin icrası zamanı yol nəqliyyat hadisəsini törətdiyini qeyd etsə də, bu tələbini əsaslandıra bilməmiş və sonuncunun həmin şirkətin əməkdaşı olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, X13 yol-nəqliyyat hadisəsini törətdiyi zaman idarə etdiyi “Ford Transit” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdeh “İlkin-92” şirkətin mülkiyyət və ya balansında deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “İlkin-92” firmasına qarşı iddia tələbini əsassız hesab edir və qeyd edir ki, hüquqi şəxs digər şəxslərin hərəkətlərinə görə yox, işcilərinin hərəkətlərində ifadə olunan öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Belə ki, işcinin hərəkəti onun əmək funksiyaları ilə bağlı olmalı və hüquqi şəxsin özünün fəaliyyətini əks etdirməlidir. Hazırki iş üzrə bu hal iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə 100 manat ekspertiza xərcinin 70 manatı cavabdeh X9, 30 manatı isə iddiaçıya aid edilməli və qeyd olunan xərclər tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 302 (üç yüz iki) manat məbləğində dəymiş zərər tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 70 (yetmiş) manatı cavabdeh X2, 30 (otuz) manatı isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar