Məhkəmə qərarları › İş №2(010)-3940/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3940/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3940/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şəki regional ASAN xidmət mərkəzində notariat ofisi olmaqla qohumluq münasibətlərinin, ölümün, doğumun qeyd edilmə və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şəki regional ASAN xidmət mərkəzində notariat ofisi olmaqla qohumluq münasibətlərinin, ölümün, doğumun qeyd edilmə və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qohumluq münasibətlərinin müəyyən edilməsi üçün nənəsi X1 ölüm faktının, atası X2 doğm faktının, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid olan hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul etmə faktının müəyyən edilməsi barədə, həmin fərdi yaşayış evinin ona aid olan hissəsinin DƏDRX-də qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; Maddə 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Ərizənin xahiş etdi hissəsində həm bir neçə hüquq əhəmiyyətli faktların təsdiq edilməsi xahişi irəli sürülmüş, həm də xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmayan – evin hissəsinin DƏDRX-da qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbi irəli sürülmüşdür. Bundan başqa, müəyyən edilir ki, müraciətin predmetini təşkil edən əmlak Şəki şəhərində yerləşir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırı ərizə icraata götürülmədən geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şəki regional ASAN xidmət mərkəzində notariat ofisi olmaqla qohumluq münasibətlərinin, ölümün, doğumun qeyd edilmə və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizə üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar