Məhkəmə qərarları › İş №2(044)-461/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-461/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-461/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X9 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəlik hüququnun müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəlik hüququnun müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 ölüm faktının, X13 ilə qohumluq münasibətlərinin olması və onun vərəsəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X18 məhkəmə iclasında bildirmişdir ki, ərizəçinin hazırda yaşadığı Gəncə şəhəri, Cavadxan küçəsi, ev 92A nömrəli fərdi yaşayış evi keçmiş Kirovabad şəhəri, Sabir küçəsi, 198 saylı fərdi yaşayış evinin yerləşdiyi 1367,0 kv metr torpaq sahəsinə dair X10 və X7 adlarına xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq 3 qardaş arasında hissələrə bölünmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-417/06 saylı qətnaməsinə əsasən hazırda ünvanı Cavadxan küçəsi 92A olan fərdi yaşayış evinə X19 mülkiyyət hüququ, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1006/06 saylı qətnaməsi ilə hazırda ünvanı Cavadxan küçəsi 90 olan fərdi yaşayış evi X19 mülkiyyəti hesab edilmişdir. Həmin ünvanda Cavadxan küçəsi 91 saylı evdə isə ərizəçinin babası X13 yaşamış, ondan sonra həmin ünvanda ərizəçinin anası Nəzmiyyə Əliyeva yaşamış və 2009-cu ildə vəfat etmişdir. Ərizəçinin anası, babası Məmmədəlinin digər övladları Səriyyə 1972-ci ildə vəfat etmiş, digər qızı Əliyeva Dilşad isə 1947-ci ildə ailə quraraq Özbəkistan Respublikasının Səmərqənd şəhərinə ərə getmişdir. Həmin mülkdə ərizəçinin anası Nəzmiyyə Əliyeva 2009-cu ilədək yaşamışdır. Ərizəçinin anası Nəzmiyyə Əliyevanın ölümündən əvvəl və ölümündən sonra yeganə oğul övladı olaraq mülkdə ərizəçi yaşamışdır, hazırda da həmin ünvanda yaşayır. Mülkün ümumi sahəsi 109,0 kv metr, 3 otaqdan ibarət yaşayış sahəsi 48,4 kv metr, köməkçi sahə 60,6 kv metr, açıq eyvan 17.7 kv metr, zirzəmi 17,6 kv metr, hamam-tualet 13,7 kv metr və talvar 23,5 kv metr təşkil edir. Həmin ünvanda evin yerləşdiyi torpaq sahəsinə dair qeyd edilən torpaq qeydi vardır. Həmin torpaq sahəsinə dair paylar Əliyev Əli, Əliyev Mustafa və ərizəçinin babası X13 arasında faktiki 3 hissəyə bölünməklə istifadə edilmiş, bu barədə heç bir mübahisə olmamışdır. Ancaq ərizəçinin babası X7 ölümünü təsdiq edən sənədləri tapmaq, əldə etmək mümkün olmamışdır. Bundan başqa ərizəçi anası Nəzmiyyə Əliyevanın doğum şəhadətnaməsini əldə edə bilmədiyi üçün onun X7 qızı olmasını təsdiq etmək mümkün deyildir. Bu faktların müəyyən edilməsi məhkəmədənkənar qaydada mümkün deyildir. Bu halların müəyyən edilməməsi ərizəçinin vərəsəlik hüququnu həyata keçirməklə yaşadığı evə sənəd almasını qeyrimümkün edir ki, bu da ərizəçinin vərəsəlik və mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. Odur ki, məhkəmə qaydasında ərizəçinin babası X7 ölüm faktının, ərizəçinin onunla qohumluq münasibətlərinin və ərizəçinin X7 vərəsəsi olması barədə məhkəmə qətnaməsi çıxarılmasına zərurət vardır. Məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi tərəfindən mülki işə onun iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qohumdur. O, digər qohumlarından eşitmişdir ki, onun X13 adlı əmisi olmuş, Ərizəçi isə X7 nəvəsidir. O, qohumlarından eşitmişdir ki, X5 şəhərində rəhmətə getmişdir. X6 nə vaxt və hansı səbəbdən ölməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Ərizəçi arvadıdır, onunla 1979-cu ildə ailə həyatı qurmuşlar. O, eşitmişdir ki, X4 Fəhrad Ənvər oğlunun babası olmuşdur. Ərizədə göstərilən ev ilə bağlı heç bir mübahisə olmamışdır. O, orada ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş məktubdan görünür ki, X7 Stalin rayon X8 qeydiyyatı şöbəsinin yanvaravqust 1937, may-dekabr 1938, 1939-cu illər üzrə və Gəncə şəhər Nikah evi arxiv fondunun 1936-1940-cı illər üzrə ölüm aktlarının qeydləri kitabları yoxlanılmış, X7 ölüm qeydi aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Kirovabad şəhəri Sabir küçəsi, 198 saylı fərdi yaşayış evinin yerləşdiyi 1367.0 kv m torpaq sahəsinə dair X19, X10 və X7 adlarına xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-417/06 saylı qətnaməsinə əsasən hal-hazırda ünvanı Cavadxan küçəsi, 92 olan fərdi yaşayış evinə (3 yaşayış otaqlı “D” literli yaşayış evi) X19 mülkiyyət hüququ tanınmışdır, X23 X19 vərəsəsi olması faktı müəyyən edilmişdir. X25 Dədə Yediyar küçəsi, 20 saylı fərdi yaşayış evinə dair (istifadəsində olan 0.01403 ha torpaq sahəsində yerləşən 133.8 kv m yaşayış sahəsi, 31.1 kvm köməkçi sahə) xx.xx.2006-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 4 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 4Ə-2-147 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk X1. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1006/06 saylı qətnamə və icra vərəqəsinə əsasən hal-hazırda ünvanı Cavadxan küçəsi, 90 olan fərdi yaşayış evinə (17.6 kvm və 15.0 kvm iki yaşayış otağı, 5.7 kvm tambur, 13.3 kvm zirzəmidən ibarət “V” literli yaşayış evi) X19 mülkiyyət hüququ tanınmışdır, onunla X17 arasında alqı-satqı əqdinin bağlanması faktı müəyyən edilmişdir. X17 arasında alqı-satqı əqdinin bağlanması faktı müəyyən edilmişdir. X11 Cavadxan küçəsi, 90 saylı fərdi yaşayış evinə dair (0.0099 ha torpaq sahəsində yerləşən 32.6 kvm yaşayış sahəsi, 5.7 kvm köməkçi sahə) xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1133 saylı qətnaməsi və icra vərəqəsinə əsasən hal-hazırda ünvanı Cavadxan küçəsi, 92 olan fərdi yaşayış evinə (23.2 kvm yaşayış otağı, 16.3 kvm və 19.6 kvm örtülü eyvanlar, 11.6 kvm mətbəxdən ibarət “B” literli yaşayış evi, 19.6 kvm “M” literli hamam, 12.5 kvm “X” literli əl damı) X19 mülkiyyət hüququ tanınmışdır, X36, X19 vərəsəsi olması faktı təsdiq edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadında bu qətnamədə göstərilən “B” literli binaya, “M” literli hamama, “X” literli əl damına dair X19 mülkiyyət hüququ tanınsın cümləsi X22 oxunmalı olduğu bildirilmişdir. X33 Cavadxan küçəsi, 92 saylı fərdi yaşayış evinə dair (0.0226 ha torpaq sahəsində yerləşən 23.2 kvm yaşayış sahəsi, 47.5 kvm köməkçi sahə) xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X19 adına Cavadxan küçəsi, 90A saylı fərdi yaşayış evinə dair (0.0153 ha torpaq sahəsində yerləşən 19.4 kvm yaşayış sahəsi, 38.4 kvm köməkçi sahə) xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 2V- 1-164 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X21 adına keçmişdir. 3 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-1-110 saylı alqı-satqı müqaviləsinə əsasən Cavadxan küçəsi, 92 X3 və alıcıya xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə- 1-241 saylı alqı-satqı müqaviləsinə əsasən Cavadxan küçəsi, 92 X2 və alıcıya xx.xx.2012ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsassızdır. Belə ki, ərizədə göstərilənlərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki icraat qaydasında baxılan işlər üzrə ərizəçi tərəfindən istinad olunan hallar bilavasitə sübutemə yükü ilə bağlıdır. Xüsusi icraat qaydasında baxılan işlər üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunması həmin işlər üzrə ərizəçiyə təklif edilir. Ərizəçi tərəfindən təqdim olunan sübutların mövcudluğu və onlara istinad olunması məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Baxılan işlər üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı ərizəçinin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini, istinad etdiyi halları əsaslandırmalı və onları sübut etməlidir. Hakimə bütövlükdə baxılan iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunması ərizəçinin vəzifəsidir. Bir qayda olaraq, işdə iştirak edən şəxslər özü üçün əlverişli olan halları sübut etməlidir. Ərizəçi iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutları tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun ərizəsi elə həmin səbəbdən rədd edilməlidir. Məhkəmə ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahidlərin ifədələrində göstərdikləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən göründüyü kimi, onların ifadələrində bildirdikləri digər qohumlarından eşitdikləri məlumatlara əsaslandığından məhkəmə onların ifadələrini sübut növü kimi qəbul etmir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə ərizəçinin öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsinin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, həmçinin bu halları təsdiqinə dair sübutlar təqdim etməməyinə əsasən ərizə təmin edilə bilməz. İşin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, ərizəçi tərəfindən X7 ölüm faktının müəyyən edilməsini və həmin şəxsin ərizəçi ilə qohumluq münasibətlərinin olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmiş, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə ərizədə göstərilmiş Gəncə şəhəri, Cavadxan küçəsi 91 saylı evdə X7 yaşaması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 2 ünvanın olması barədə hər hansı məlumat mövcud deyil və bununla bağlı ərizəçi tərəfindən hər hansı sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizəçi iş üzrə müəyyənləşdirilməsi xahiş edilən faktları təsdiq edəcək heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün Ərizəçi ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəlik hüququnun müəyyən edilməsinə» dair ərizəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar