Məhkəmə qərarları › İş №2(010)-3968/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3968/2025

14.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3968/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra – ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs - X4 Birliyinin dövlət büdcəsinə olan ümumilikdə 142.07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2100.27, İşsizlikdən Sığorta Fonduna olan 96.6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 408.06 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs (xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE seriyalı, AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) - xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan X4 Birliyinin işsizlikdən sığorta fonduna 96.6 manat, Dövlət Sosial Müdafiə Fonduna 2100.27 manat, İcbari Tibbi Sığorta Fonduna 408.06 manat, dövlət büdcəsinə 142.07 manat məbləğində (o cümlədən, vergilər üzrə 124.62 manat, faizlər üzrə 17.45 manat) olmaqla, ümumilikdə 2747 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixli, **********004200, xx.xx.2025-ci il tarixli, **********664100, xx.xx.2025-ci il tarixli, **********245400, xx.xx.2025-ci il tarixli, **********706000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, X1 əvvəlki qanuni təmsilçisi başqa şəxs olmuş və 2024-cü ilin dekabr ayında vəfat etmişdir. 2025-ci ilin yanvar ayından o, hüquqi şəxsin icra orqanının rəhbəri kimi fəaliyyətə başlamış və hüquqi şəxsin müəyyən qədər vergi borclarını ödəmişdir. Lakin, hazırda ərizədə qeyd edilən vergi borcları onun hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə deyil, məhz digər qanuni təmsilçinin fəaliyyət göstərdiyi dövrdə, təxminən 2007-ci il tarixdən etibarən yaranmış və ödənilməmişdir. Həmin borclar ona aid olmasa da, o, vergi borclarını ödəməyə hazırdır, lakin vergi orqanları onunla əməkdaşlıq etmir və ona ödəniş qrafiki açmırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə ümumilikdə 246.25 manat (181.24 manat işsizlikdən sığorta haqqı və 65.01 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********5 nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə ümumilikdə 5368.78 manat (4149.88 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə və 1218.90 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********0 nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə ümumilikdə 561.74 manat (412 manat icbari tibbi sığorta haqqı və 149.74 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Vergi borcunun ödənilməsinə dair **********9 nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə ümumilikdə 211.31 manat (188.63 manat vergilər və 22.68 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. xx.xx.2025-ci il tarixli, **********993300 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan müəyyən olunur ki, X4 Birliyinin (VÖEN: **********) icra orqanının rəhbəri – Maraqlı şəxs hüquqi şəxsin ödənilməmiş borcunun məbləği (8420.43 manat) barədə məlumat verilmiş və həmin borcun 15 (on beş) gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X4 Birliyinin hazırkı qanuni təmsilçisi ümumi yığıncağın xx.xx.2025-ci il tarixli qərarı və digər sənədlərə əsasən Maraqlı şəxsdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16.1.1 Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; Maddə 77.1 Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən arda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3 Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirməsi üçün cavabdehdir. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edlməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs hazırda vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin rəhbəridir. Vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişdir. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin rəhbərinə vergi qanunvericiliyinə uyğun olaraq bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış borc məbləği ödənilməmişdir. Maraqlı şəxs məhkəməyə verdiyi izahatında onun rəhbərlik etdiyi dövrdə hansısa borcun yaranmadığını, hesablanan borcun isə onun rəhbər olmadığı illərdə yarandığını bildirmişdir. Buna münasibətdə məhkəmə qeyd edir ki, maraqlı şəxs həmin hüquqi şəxsin rəhbəri kimi dövlət qeydiyyatından keçərək hüquqi şəxsin öhdəliklərini də öz üzərinə götürmüş hesab edilir, yəni həmin borcun onun rəhbərlik etmədiyi illərdə yaranması onu vergi və digər ödənişləri ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN – **********) dövlət büdcəsinə olan ümumilikdə 142.07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2100.27 manat, İşsizlikdən Sığorta Fonduna olan 96.6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 408.06 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs (xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE seriyalı, AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) - xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2- 1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin olunduğu və ərizəçi hazırki ərizə ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, maraqlı şəxsdən 100 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 234, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs X4 Birliyinin (VÖEN – **********) dövlət büdcəsinə olan ümumilikdə 142.07 (yüz qırx iki manat yeddi qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2100.27 (iki min yüz manat iyirmi yeddi qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 96.6 (doxsan altı manat altmış qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 408.06 (dörd yüz səkkiz manat altı qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs (xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE seriyalı, AA******* nömrəli, fərdi identifikasiya nömrəsi (FİN) - xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu hüquqi şəxs X4 Birliyinin rəhbəri Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar