Məhkəmə qərarları › İş №2(010)-3979/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3979/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3979/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı X4 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərdən mənəvi ziyana görə 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı, eləcə də ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən ərizə tərtib edilərkən cavabdehlərdən birinin adı tam göstərilməmiş, Cavabdeh2 ata adı qeyd edilməmiş, ümumiyyətlə həmin cavabdehin şəxsiyyəti və qeydiyyat yeri ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Bundan başqa, iddia ərizəsinə X1 qeydiyyat yeri barədə DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış əlavə edilmişdir ki, orada X1 ünvan 1 mənzil 44 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Lakin həmin arayışdan görünür ki, bu məlumatlar vətəndaş X2 xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində olan məlumatlardır. Hazırda isə cavabdehin həm soyadı, həm də qeydiyyat yeri dəyişmişdir. Belə ki, “elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş və vətəndaşın qeydiyyat yeri kimi Bakı şəhəri, Sabunçu rayonu qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələbləri də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı işdən isə görünür ki, cavabdehlərdən biri – Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatdadır. Digər cavabdehin isə ata adı barədə məlumat verilmədiyindən nə qeydiyyat yeri, nə də şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti ilə bağlı tələbləri pozmaqla məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X4 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar