Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3980/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin şəxslərin əmlakları ilə birgə çıxarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin şəxslərin əmlakları ilə birgə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oglu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 "xxxx" MMCyə məxsus ünvan 1 ünvanında yerləşən yataqxanaya istifadə hüququnun olmamasının müəyyən edilməsi və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X3 İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında əmlak kompleksində istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin şəxslərin əmlakları ilə birgə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. ünvan 1 ünvanında yerləşən yataqxana İddiaçı MMC-nin mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Avdıllla oğlu, Cavabdeh6, Cavabdeh7 qaçqınlıqla əlaqədar İddiaçı MMC-nin yataqxanasında məskunlaşmışdır və hal-hazırda yaşayışlarını həmin yataqxanada davam etdirirlər. Lakin adı çəkilən şəxslər işğaldan azad edilən ərazilərdə yeni salınmış mənzillərlə təmin edildiyinə görə yaşadıqları yataqxanadan çıxmaları zərurəti yaranmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Afıq oğlu, Cavabdeh4 Afıq qızı xx.xx.2023-cü il tarixində Füzuli rayonuna, Cavabdeh5 Avdıllla oğlu, Paşayeva X1 Zəhra Mürvət qızı isə xx.xx.2024-cü il tarixində Füzuli rayonuna köçürülmüşdür. Bununla bağlı İddiaçı MMC Suraxanı Rayon İcra Hakimiyyətinə adı çəkilən şəxslərin yataqxanadan çıxmaları ilə bağlı müraciət etsə də, heç bir tədbir görülməmişdir. Tərəflərin izahatları.
4. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh5 bildirdi ki, X7 onun övladıdır. O qızı ilə birlikdə orada deyil, Bülbülə qəsəbəsində yaşayır.
7. Məhkəmə iclasında Cavabdeh6 bildirdi ki, o qeyd olunan ünvanda yaşamır, Füzulidə yaşayır. Orada əşyaları yoxdur. Onun baldızı Cəmilə orada yaşayır və gözdən əlildir. Cəmilə hazırki tələbdə qeyd olunmayıb. O Cəmiləyə qulluq üçün həmin yaşayış yerinə gedir-gəlir.
8. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbində qeyd olunan ünvanda yaşayır.
9. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbində göstərilən ünvanda yaşayır.
İş materialları.
10. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya MH, ******* nömrəli, **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışından görünür ki, ünvan 3 ünvanında istiadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.m ümumi, 2608.7 kv.m əsas, 1164.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 110 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. AR ƏN 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 629 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X2 adına vərəsəlik işi açılmışdır. X4, X5, X8, X6 vərəsə kimi tanınmışdır.
12. AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə Bölməsinin "xxxx" MMC-nin direktoru Hüseynova Natəvana ünvanlanan xx.xx.2024cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC-nin mülkiyyətində olan yataqxanada 8 məcburi köçkün ailəsi məskunlaşmışdır. Həmin ailələrdən aşağıda qeyd olunanlar Füzuli və Laçın şəhərində yaşayış sahəsi ilə təmin olaraq köçürülmüşlər : 1) Cavabdeh1, yoldaşı – Cavabdeh2, oğlu – Cavabdeh3, qızı – Cavabdeh4 (köçmə tarixi xx.xx.2023-cü il). 2) Cavabdeh5, yoldaşı – Cavabdeh6, qızı – Cavabdeh7, (köçmə tarixi xx.xx.2024-cü il). 3) X14, oğlu – X9 (köçmə tarixi xx.xx.2024-cü il).
İşin faktiki halları.
13. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin sahədə uzun müddədir ki, məskunlaşmışlar. Onların bəziləri hazırda mübahisəli binada yaşayır, bəziləri isə vaxtaşırı gəlib-gedir. İddiaçı hazırki tələbində mülkiyyətində yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarının olmamasının və onların yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılmalarını tələb edir. İddiaçı tərəf hesab edir ki, cavabdehlər onlara məxsus binada uzun müddət yaşasalar da, lakin onların həmin yaşayış sahəsinə istifadə hüquqları yaranmamşdır. Tələbini onunla əsaslandırır ki, artıq həmin məcburi köçkünlər dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbi ilə razı deyillər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
20. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Hazırkı işdə cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. Hazırkı işdə cavabdehlərin iddiaçıya məxsus olan binaya yuxarıda qeyd olunan əsaslardan hər hansı üzrə istifadə hüququnun olması müəyyən edilmir. Cavabdhlər həmin əraziyə qaçqın kimi məskunlaşmışlar və məlum səbəblərə görə müəyyən dövr ərzində orada yşaamışlar. Hazırda iş materiallarından görünür ki, cavabdehlər işğaldan azad edilmiş rayonlarda evlə təmin edilmişlər. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə məxsus binada müvəqqəti məskunlaşmasına zərurət aradan qalxmışdır. Qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli sahədə uzun müddət yaşamaları halı onların həmin sahəyə istifadə hüquqlarını yaratmır. Belə olan halda, müəyyən edilir ki, cavabdehlərin mübahisə obyektinə istifadə hüquqları yaranmamışdır. Belə olan halda, məhkəmə iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələbini əsaslı hesab edir. Tələbin davamı olaraq məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin öz əmlakı ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılması hissəsində də əsaslıdır. Belə ki, cavabdehlərin həmin ərazidə qalmalarını əsaslandıran hər hansı bir hüquqi və faktiki əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər qeyd olunan mübahisəli yaşayış sahəsində məcburi köçkün olaraq məskunlaşsalar da, lakin hazırda onlar Füzuli rayonunda yaşayış sahəsi ilə təmin edilmişdirlər. Qeyd olunan hal iş materiallarında olan sübutlarla (AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə Bölməsinin "xxxx" MMC-nin direktoru Hüseynova Natəvana ünvanlanan xx.xx.2024-cü il tarixli məktubu) yanaşı, eyni zamanda cavabdehlərin izahatı ilə də öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsaslıdır.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçınə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən yataqxanaya istifadə hüquqlarının olmamaları müəyyən edilməli, həmin şəxslər əmlakları ilə birgə İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçınə ödənilməlidir.
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən yataqxanaya istifadə hüquqlarının olmamaları müəyyən edilsin və həmin şəxslər əmlakları ilə birgə İddiaçınə məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 149 ünvanda yerləşən əmlakdan (yataqxana) çıxarılsınılar. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.