Məhkəmə qərarları › İş №2(010)-4016/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4016/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4016/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla Cavabdeh1 arasında 4 saylı ASAN xidmət” mərkəzin notariat kontorunda bağlanmış 11 mart 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi, cavabdehlər - Cavabdeh1 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbül qəsəbəsi, küç. S.Bəhlulzadə, 89 saylı binanın 11 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayında cavabdehin - Cavabdeh1 anası ünvan 2 ünvanında yerləşən mənzilini 12.000 manata ona satmağı təklif etdi. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə o, yaxın ailə dostu Aslanov Nazimlə birlikdə iddiaçını 4 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna apardılar. Orada sonradan öyrənmişdir ki, X2 oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli mənzilin alqı-satqısı üçün müqavilə tərtib etmişdir. Göstərilən alqı-satqı müqaviləsinə əsasən mənzilini 12.000 manata cavabdehə satmışdır. Üstəlik, sonradan ona izah edilmişdir ki, nəinki sözügedən evi ucuz qiymətə satmış, hətta 6000 manatı ona ödədikdən sonra kredit müqaviləsinə uyğun olaraq qalan məbləğin ödənilməsini 3 il müddətinə uzadılmışdır. Bu məbləğin 150 manatını ona hissə-hissə Nəcəfova Adilya ödəyib və onun evdən çıxarılması ilə bağlı iddia qaldıran zaman onun 3000 manat borcu qalmışdır. Və qəribədir ki, iddiaçı guya onunla kredit müqaviləsi bağlayıb, ona əsasən, iddiaçı guya ona 6000 manat borc vermişdir. Aydın olmuşdur ki, o Azərbaycan dilini bilmədiyi üçün nə baş verdiyini, hansı sxemlər qurduğunu başa düşməmişdir. Bu müqavilələrdə kredit müqaviləsinin onun üçün rus dilinə tərcümə olunduğuna dair öz əlyazma qeydi və imzası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirərək iddiaçının iddiasının heç bir əsasının olmadığını qeyd etdi və tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: -Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 4814\2021 saylı qətnaməsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, AN-İ 08152087 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 12.000 manata satmışdır. - xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh2 faizsiz olaraq xx.xx.2023-cü il tarixədək 6.000 manat məbləğində kredit vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan mənzili Cavabdeh1 12.000 manata satmış və həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüququ AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilmişdir. Hazırda iddiaçı qeyd olunan alqısatqı müqaviləsini cavabdehlər onu aldatmaq yolu ilə imzalatdıqlarından həmin müqavilənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında qanuni şəkildə alqı-satqı müqaviləsinin bağlanığına istinad edərək iddia tələbi ilə razı olmadığını qeyd edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçı tələbində qeyd etdiyi halları, yəni, iddiaçı ilə bağladığı əqdlərin məzmunun onun üçün tərcümə olunmadığını, bununla bağlı əlyazma qeydininin və imzasının olmamasına dair halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, yalnız şifahi mülaizələrə əsaslanmışdır. Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X4rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırkı iş üçün preyudusial əhəmiyyətə malikdir. Belə ki, həmin qətnamə ilə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmasının müəyyən edilməsi özü-özlüyündə iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı əqd kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəcəfova Ədı̇ lə Nı̇ ftulla qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və mənzildən çıxarılması haqqında tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar