Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4963/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh* iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* və Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh* ilə X6 arasında 07.*2.202*-ci ildə bağlanmış Bakı şəhəri, Bül-bülə qəsəbəsi, *-ci Bül-bülə küçəsində olan 0.02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi. İddia tələbinin dəlliləri Cavabdeh bacısı Cavabdeh* 07.*2.202*-cı ildə Bakı şəhəri *4 saylı Notariat Ofisində Bakı şəhəri, Bül-bülə qəsəbəsi, *-ci Bül-bülə küçəsində olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payının alıcı X* mülkiyyətinə verilməsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alıcı tərəfindən bacısı aldadılmış, ev dəyərindən xeyli aşağı məbləğə 47.500 manata qiymətləndirilmişdir, halbuki evin qiyməti təxminən 90.000 manat təşkil edir. Bundan əlavə, yəni bacısı tərəfindən ona aid olan hissəni satmazdan əvvəl iddiaçıya təklif olunmalı idi. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. O, izahatında bildirdi ki, mübahisəli evdə digər qardaşı ailəsi ilə birlikdə yaşayır. Evin yeni mülkiyyətçisi İsmayılov Bəhruz alqı-satqı müqaviləsi bağlandığı vaxtdan orada yaşayır. Cavabdeh* iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, qardaşı olan İddiaçı ilə məsləhətləşmədən iş görərək evi ucuz qiymətə satmışdır. Evi satmaqda ona heç kim təsir göstərməmişdir. Atasından miras qalan hissədə digər qardaşı ailəsi ilə birlikdə yaşayır. Cavabdeh Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusu X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları RX seriyalı 008*832 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 6/8 hissədə Cavabdeh* və 2/8 hissədə X2 məxsus olmuşdur. *4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı *006962 saylı 07.*2.202*-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını X4 47500 manata satmışdır. Məhkəmənin mövqeyi Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 6/8 hissədə Cavabdeh* və 2/8 hissədə X2 məxsus olmuşdur. 07.*2.202*-ci il tarixində Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını X4 47500 manata satmışdır. İddiaçı məhkəməyə müraciət etməklə 07 dekabr 202*-ci ildə Bakı şəhəri *4 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payının alıcı X3 mülkiyyətinə verilməsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsini istəyir. Cavabdeh* iddia tələbi ilə razıdır. Digər cavabdeh Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusu X7 isə məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istədiyi fərdi yaşayış evi üzərində hər hansı formada mülkiyyət hüququ yoxdur. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 6/8 hissədə Cavabdeh* və 2/8 hissədə iddiaçı və Cavabdeh* vəfat etmiş ataları X2 məxsus olmuşdur. İddiaçı atasından qalan mirasın qəbulu ilə bağlı hər hansı bir addım atmamış, eləcə də həm iddiaçı, həm də Cavabdeh* etiraf etmişlər ki, sözügedən fərdi yaşayış evində digər qardaşı ailəsi ilə birlikdə yaşayır, yəni məhkəmə tərəflərin izahatına əsasən müəyyən edir ki, iddiaçı sözügedən fərdi yaşayış evinə faktiki sahibliyi də həyata keçirmir. Belə olan halda məhkəmə iddia tələbinin bütün dəlillərinə qiymət verərək iddianı buna subyekt subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı nə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olması, nə də həmin evin onun faktiki sahibliyində olması müəyyən edilmir. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*8.2-ci maddəsinə görə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə *5 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 2*8.3-ci maddəsinə görə pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, paylı mülkiyyətin hər hansı digər iştirakçısının satın almaqda üstünlük hüququ pozulduqda üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Bu o deməkdir ki, iddiaçı hazırki iddianı irəli sürməyə subyektiv hüququ olsa idi belə, o, sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini deyil, satın almaqda üstünlük hüququ pozulduqdan üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsi tələbini irəli sürməkdə haqlı olardı. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh* və Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş *00 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh* və Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4963/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4963/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver