Məhkəmə qərarları › İş №2(010)-4033/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4033/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4033/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Sığorta Şirkət ASC-nin cavabdehlər Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes-Benz C-220” markalı ** VU *** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 1605.45 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumunun və bank xərcinin cavabdehlər Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “VAZ 2109” markalı ** EA *** dövlət nömrə nişanlı avtomaşınla Xızı rayonun Sitalçay kəndi içərisində kənd arası beton yola torpaq yoldan çıxarkən qarşıdan gələn X5 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış ** VU *** dövlət nömrə nişanlı “Mercedes-Benz C-220” markalı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızının mülkiyyətində olan “VAZ 2109” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh3 təqsirli olması BDYPİ-nin protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “İnter Kontinental” firmasının təqdim etdiyi xx.xx.2013-cü il tarixli akta uyğun olaraq, həmin avtomaşına 2110 ( iki min yüz on) manat ziyan dəymişdir. MİP № 131006-B05 saylı sığorta müqaviləsinə və MİP-1 № 1471/2013 saylı sığorta aktına əsasən sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə həyata keçirildiyi üçün avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1905.45 manat müəyyən edilir və İddiaçı Sığorta Şirkəti azadolma məbləği 300 manat çıxmaqla 1605.45 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 1605.45 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, yol-nəqliyyat hadisəsində "İddiaçı” Sığorta Şirkətində sığortalı olan zərərçəkən X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən X5 dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə idarə edərkən qəza törətdiyi “VAZ 2109” markalı ** EA *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh3 satmışdır. O həmin şəxsə baş etibarnamə vermişdir ki, sonradan həmin etibarnamə əsasında özgəninkiləşdirsin. Odur ki, ona münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o 2012-ci ildə həmin avtomobili baş etibarnamə əsasında satmışdır. Həmin avtomobil onun sahibliyindən çıxmış və yol nəqliyyat hadisəsi digər Cavabdeh3 tərəfindən törədildiyindən və ona heç bir aidiyyəti olmadığından ona münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işmateriallarındaolan ƏN-İİİ № 589123 saylı etibarnamənin surətindən görünür ki, Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızı xx.xx.2012-ci il tarixdə məxsus ** EA *** dövlət qeydiyyat nişanlı VAZ 21093 markalı avtomobili idarə etməyi və digər səlahiyyətləri X11 və X9 etibar etmişdir. İş materiallarında olan ƏN-İİİ № 865489 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci ildə Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızına məxsus ** EA *** dövlət qeydiyyat nişanlı VAZ 21093 markalı avtomobili idarə etməyi və digər səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli sığorta aktından görünür ki, 1605,45 manat İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtomobilin təmiri üçün X3 hesabına keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1605,45 manat məbləğində pul X3 hesabına köçürülmüşdür. İş materiallarında olan ƏN-İİ № 825225 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünürki, ** VU *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz C-220” markalı avtomobilin mülkiyyətçisi X6r. İş materiallarında olan MİP-131006-B05 saylı avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti X3 məxsus ** VU *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz C-220” markalı nəqliyyat vasitəsini 7458 manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Xızı rayon Polis Şöbəsi tərəfindən İddiaçı Sığorta Şirkətinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixində Cavabdeh3 idarə etdiyi VAZ 21093 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi Mercedes-Benz C220 markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət X18 tərəfindən İddiaçı Sığorta Şirkətinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, VAZ 21093 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən X1 adına qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında xx.xx.2012-ci il tarixindən Cavabdeh3 istifadəsinə verilməsi DİN-nin Baş Dövlət X15 mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiqi etməyə lüzum yoxdur və VAZ 2109 markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş icbari avtoməsuliyyət sığortası üzrə müqavilələrdən müəyyən olunur ki, hadisənin baş vermə gününə, yəni xx.xx.2013-cü il tarixə icbari sığorta müqaviləsi mövcud olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Cavabdeh3 İXMnin 151.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 digər cavabdeh Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızına məxsus olan ** EA *** dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı avtomobili idarə edərkən toqquşma nəticəsində X5 məxsus ** VU *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz C-220” markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. X5 məxsus ** VU *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz C- 220” markalı nəqliyyat vasitəsi sığortalı olduğundan vurulmuş 1605,45 manat zərər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Qəhrəmanova (İmaməliyeva) Suğra Vilayət qızı və Cavabdeh2 tərəfindən Cavabdeh3 qanuna müvafiq qaydada etibarnamə verildiyindən məhkəmə hesab edir ki, vurulmuş zərəri ödəmək vəzifəsi Cavabdeh3 üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-nə keçdiyindən 1605,45 manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində dövlət rüsumu və bank xidmət xərci zərərvuran şəxs Cavabdeh3 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 X5 məxsus ** VU *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz C-220” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi 1605,45 (min altı yüz beş manat, qırx beş qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar