Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-404/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 250 (iki yüz əlli) manat və kanalizasiya borularının bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pulun Cavabdeh onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, (X5) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibidir. Belə ki, 03 oktyabr 2022-ci il tarixdə onun evinin dam hissəsində olan yağış sularının axıdılması və kanalzasiya borusuna birləşdirilən plastik boruları qonşusu Cavabdeh sındıraraq ona 250 manat dəyərində maddi ziyan vurmuşdur. Həmin boruların keçdiyi ərazi əvvəllər ümumi istifadə edilən piyada keçidi olmuşdur. Sonralar ünvan 2 ünvanında yaşayan X8 tərəfindən zəbt olunaraq öz həyətinə birləşdirilmiş və buna görə də aralarında mübahisə yaranmışdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılıq Suraxanı RİHB Əmircan qəsəbə İƏD nümayəndəliyinin aktı, Suraxanı RPİ-nin inzibati xəta haqqında iş üzrə qərardadı ilə təsdiq olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus olan əmlak yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil etmişdir. Həmçinin, hazırda cavbdehin təqsirli hərəkətləri nəticəsində evində bərpa təmir işləri aparılması tələb olunur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı X5 iddia ərizəsində göstərdiyi fərdi yaşayış evini 2007-ci il tarixdə alaraq, həmin ünvana köçmüşdür. Onun atası, X11 2020-ci il tarixdə dünyasını dəyişəndən sonra, qonşusu X5 onunla hasar qonşusu kimi mübahisələrə başlamışdır. İddiaçı X5 2022-ci ilin iyun ayında, yaşadığı fərdi yaşayış evinin təmir etdiyi zaman, ondan icazəsiz, gecə saatlarında onların hasarına müdaxilə edərək, kanaliasiya xətlərini onun həyətindən keçirmişdir. O, qonşusunun hərəkətlərinə öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə, ərazi üzrə sahə inspektoruna müraciət etmiş, X2 inspektoruna həmin kanalizasiya xətlərinin ərazidən çıxaracağına söz vermiş, lakin sözünə əməl etməmişdir. Oktyabr ayında yağışlar yağan zaman həmin kanalizasiya xətlərindən, çirkli sular onun həyətinə axmağa başlamışdır. Bu barədə o, qonşusu X4 həmin boruların dəyişdirilməsini xahiş etsə də, iddiaçı onun dediklərinə əhəmiyyət verməmişdir. O da, məcburiyyət qarşısında qalaraq, həmin kanalizasiya borularını özü çıxararaq, küçəyə qoymuş və qonşusu həmin boru xətlərini küçədən götürərək aparmışdır. X3 etdiyi qanunsuz hərəkət nəticəsində onların evinə maddi ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun anasıdır və həmin ünvanda bir yerdə yaşayırlar. O, işdə olankən ona zəng gəlib ki, evin kanalizasiya sisteminin plastik borularını sındırıblar. O, gəldikdə kanalizasiya sisteminin plastik borularının qonşusu olan Cavabdeh tərəfindən sındırıldığını görmüşdür. Onlar bu hadisədən sonra AR DİN-nin 102 xidmətinə və ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət edərək xx.xx.2022-ci il tarixdə yaşadığı evin dam hissəsində olan yağış sularının axldılması və kanalizasiya borusuna birləşdirilən plastik boruları qonşusu X1 ona maddi ziyan vurduğunu bildirmişlər. İş üzrə şahid X12 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə qonşudular. Həmin kanalizasiya sisteminin keçən hissəsi əvvəl boş ərazi olmuş və sonradan cavabdeh həmin hissəni qanunsuz olaraq zəbt etmişdir. O, bu hadisələrin olmamasını və hər iki qonşunun razılıq əsasında öz aralarında həll etmələrini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Suraxanı RİHB Əmircan qəsəbə İƏD nümayəndəliyi tərəfindən tərtib olunmuş aktdan müəyyən olunur ki, həmin əraziyə baxış keçirilmiş və baxış zamanı İddiaçı tərəfindən yaşadığı fərdi yaşayış evinin divarına və hasarına bitişik mövcud kiçik ölçülü kanalizasiya borusunun böyük diametrli boru ilə əvəz edildiyi müəyyən olunmuş və qonşuların verdiyi məlumata görə borunun keçdiyi ərazi əvvəllər ümumi istifadə edilən piyada yolu oimuşdur. Sonralar Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi dalan 1, ev 12 ünvanda yaşayan X6 tərəfindən həmin hissə zəbt olunaraq öz həyətinə birləşdirilmişdir. Buna görə də iki qonşu arasında mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə rədd edilmişdir. Vətəndaş İddiaçı məxsus evin plastik kanalizasiya borularını yerindən çıxararaq zədələmiş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti aidiyyəti üzrə əməkdaşa verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, kanalizasiya sisteminin plastik borularına zərər dəymiş və sıradan çıxmışdır. İş materiallarına əlavə edilmiş “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən verilmiş Memarlıq və Planlaşdırma Bölməsinə əsasən ünvan 3 ünvanında huquq subyekti İddiaçıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kanalizasiya borularını yerindən çıxararaq sındırmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla vurulmuş maddi ziyan 250 manat təşkil etmişdir. İddia edilən maddi ziyanla mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olduğundan, iddiaçıya məxsus evdə kanalizasiya borularının sındırılması nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyət daşımalı olduğunu hesab edir. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus fərdi yaşayış evində kanalizasiya borularına vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 250 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, kanalizasiya borularının təmir bərpa edilməsi ilə bağlı sübut təqdim olunmadığından 50 manat pulun tutulması hisəsində iddia tələbi rədd olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin kanalizasiya borularına vurulmuş maddi zərərin əvəzi olaraq 250 (iki yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-404/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-404/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver