Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4128/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh1 qarşı “qeydiyyat şəhadətnaməsinin qaytarılması və hüquqi yardım xərcinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən mülkiyyətində olan “Opel Astra” markalı, ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh1 həyat yoldaşım vasitəsilə tanımışam. Cavabdeh həyat yoldaşımla 15 ilə yaxın bir məhlədə yaşayıb. “Opel Astra” markalı, ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 29 aprel 2022-ci il tarixdə almışam. Həmin nəqliyyat vasitəsini satmaq istəyirdim, bu zaman cavabdeh mənə nəqliyyat vasitəsini satmaqda kömək edə biləcəyini bildirdi. Mən də “Opel Astra” markalı, ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılıb pulunun mənə verilməsi ilə əlaqədar Cavabdeh1 09 iyun 2022-ci il tarixdə etibarnamə verdim. Cavabdeh nəqliyyat vasitəsini sata bilmədiyinə görə mən nəqliyyat vasitəsini geri tələb edərək, özümün satacağını bildirdim. Lakin cavabdeh nəqliyyat vasitəsini və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini mənə qaytarmaqdan imtina etdi. Mən də Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət edərək, Cavabdeh1 09 iyun 2022-ci il tarixdə verdiyim etibarnamənin ləğv edilməsini xahiş etdim. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən 27 iyun 2022-ci il tarixdə Anara verdiyim etibarnamə ləğv edildi. Bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ərizə ilə müraciət edərək, “Opel Astra” markalı, ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin saxlanmasını xahiş etdim. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev xx.xx.2022-ci il tarixli, 016-79952A-3222 nömrəli məktubla mənə cavab yazaraq göstərmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı (həbs) və ya saxlanmasının məhkəmə orqanlarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirilməsi nəzərə alınaraq, toxunduğunuz məsələnin müsbət həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. Mən də məcburiyyət qarşısında qalaraq, hüquqlarımın müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli oldum”.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncuda məhkəmədən mülkiyyətində olan “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, göstərdiyi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaya etiraz.
4. Cavabdeh1 nümayəndəsi (vəkili) vasitəsilə iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
İddiaya etirazın əsaslandırıldığı hallar.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən məlumatlar tamamilə həqiqətə uyğun deyil və heç bir sübuta əsaslanmır. Belə ki, iddiaçıya məxsus “Opel Astra” markalı avtomobil cavabdehin sahibliyində deyil və həmin avtomobillə bağlı ona etibarnamə verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi etibarnamənin məzmununda hər hansı bir “Opel Astra” markalı avtomobilə dair cavabdehə istifadə və sərəncam səlahiyyətləri verilməmişdir. Məhkəməyə təqdim edilən etibarnamə iddiaçı tərəfindən ona Gürcüstan Respublikasından avtomobil gətirilməsi üçün verilmiş, lakin cavabdeh iddiaçıya avtomobil gətirə bilmədiyi üçün bir həftə sonra iddiaçı tərəfindən sözügedən etibarnamə ləğv edilmişdir. Sözügedən etibarnamənin məzmunundan göründüyü kimi etibarnamə iddiaçını ayrı-ayrı dövlət orqanlarında ümumi təmsil etməklə bağlıdır.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, əvvəlki məhkəmə iclasında tərəflər arasında qeydə alınmış səs yazısı məhkəməyə təqdim edilmişdir. Həmin səs yazısından görünür ki, iddiaçı satması üçün cavabdehə “Opel” markalı avtomobilini vermiş, lakin sonradan etibarnaməsini ləğv etmiş, cavabdeh avtomobili özbaşına 11000 manata satmış, avtomobilə aid bütün sənədləri, eləcə də açarı özündə saxlamışdır. İddiaçı sonradan özü əlavə xərc çəkərək yeni açar çıxartsa da avtomobilin qeydiyyat şəhadətnaməsi hələ də cavabdehdədir və o, bunu qaytarmaqdan imtina edir. Cavabdeh qeydiyyat şəhadətnaməsini qaytarmaq qarşılığında iddiaçıdan əsassız olaraq 500 manat pul tələb edir və iddiaçı bu pulu ödəməkdən imtina etdiyinə görə də sənədi qaytarmır. Halbuki, avtomobilin mülkiyyətçisi iddiaçıdır və bu avtomobilə dair sənədlər də iddiaçıda olmalıdır. Həmçinin, hesab edir ki, məhkəməyə təqdim edilmiş səs yazıları sübut kimi qəbul edilməlidir, çünki Konstitusiya Məhkəməsinin səs yazılarının sübut kimi qəbul edilənliyi ilə bağlı qərarı var. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin vəkili bu səs yazısını cavabdehə dinlədəcəyini və cavabdehin növbəti məhkəmə iclasında iştirakını təmin edəcəyini bildirsə də məhkəmənin hazırkı iclasında nə cavabdeh, nə də vəkili iştirak edir. Bu onu göstərir ki, danışıqlar həqiqətən bu iş üzrə tərəflər arasında baş tutmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, nə mübahisəli avtomobil, nə də onun qeydiyyat şəhadətnaməsi heç vaxt cavabdehdə olmamışdır. İddiaçı əvvəlcə avtomobili də cavabdehdən tələb etsə də sonradan məlum olmuşdur ki, avtomobil X3nin cərimə meydançasındadır və iddiaçı avtomobili artıq gedib götürmüşdür. Bu məsələnin cavabdehə aidiyyəti yoxdur. İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə məhz həmin avtomobillə bağlı deyil. Etibarnamənin məzmunundan da görünür ki, bu etibarnamə ümumi şəkildə gömrük orqanlarında və postlarında, eləcə də bir sıra başqa orqanlarda təmsilçiliklə bağlı verilmişdir. Etibarnamədə konkret olaraq hansısa avtomobil adı qeyd edilməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında ailə münasibətləri ilə bağlı mübahisə var və iddiaçı da bu səbəbdən cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səs yazısına münasibətdə qeyd edir ki, bu səs yazısının məhz hazırkı iş üzrə tərəflər arasında baş tutması müəyyən deyil. Həmin səs yazısında “Anar” adı ilə çağırılan şəxs başqa şəxs də ola bilər. Məhkəmə iclası növbəti tarixə təxirə salınarsa, cavabdehin iştirakı ilə səs yazısı təkrar dinlənilə bilər.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclası zamanı ona təqdim edilən audio yazıları cavabdehə göstərmiş və o, həmin səs yazılarının ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının sübut kimi qəbul edilməməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
İş materialları.
10. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə vermiş, bu etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Etibarnamənin məzmun: “Məni bütün dövlət orqan və təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən gömrük orqanlarında və postlarında, yol polis məntəqələrində, terminallarında, Azərbaycan Respublikası DN BDYPİ QİŞ, notariat ofislərində, banklarda təmsil etməyi, adıma gələn istənilən avtonəqliyyat vasitəsini mənim adıma rəsmiləşdirməyi, tranzit nömrə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət nömrə nişanı almağı, aldığına dair imza etməyi, ərizə yazmağı, sürücülük hüququ olduğu halda avtonəqliyyat vasitələrini idarə etməyi, mənə aid olan işləri aparmağı, ödənişlər aparmağı və bu tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı bütün hərəkəti etməyi etibar edirəm”.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, № 016-117556-1222 nömrəli məktubla verilmiş cavaba əlavə edilən kompüter çıxarışından görünür ki, “Opel Astra minik” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
12. Bir ədəd CD-dən görünür ki, Anar və Vladimir adlı şəxslər arasında baş tutan telefon danışıqları qeydə alınmışdır.
İşin faktiki halları.
13. İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamənin məzmunundan görünür ki, etibarnamə cavabdehin iddiaçını bütün dövlət orqan və təşkilatlarında, eləcə də gömrük və yol nəqliyyatı orqanlarında təmsil etməsi, cavabdehin iddiaçının adına avtonəqliyat vasitəsi rəsmiləşdirməsi, qeydiyyat şəhadətnaməsi və nömrə nişanı alması, avtonəqliyyat vasitəsini idarə etməsi ilə bağlı verilmişdir. Lakin etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir.
14. Hazırda İddiaçı iddia edir ki, o, Cavabdeh1 etibarnaməni avtomobilin satışını həyata keçirməsi üçün vermiş, etibarnamə verərkən həm də avtomobilin qeydiyyat şəhadətnaməsi və açarını ona vermiş, lakin etibarnamə ləğv olunduqdan sonra Cavabdeh1 avtomobili, eləcə də onun sənədini və açarını qaytarmaq üçün ondan əlavə pul istəmiş, o da bu pulu vermədiyindən cavabdeh bunları qaytarmaqdan imtina etmiş, sonradan avtomobilini X3nin cərimə meydançasında tapmış, açar olmadığından yeni açar çıxartdırmış, lakin cavabdeh avtomobilin qeydiyyat şəhadətnaməsini ona qaytarmamışdır. İddiaya etirazla məhkəməyə müraciət edən və məhkəmə iclasında dinlənilən cavabdehin nümayəndəsi (vəkili) isə iddianı qəbul etməmiş, tərəflər arasında avtomobil alqı-satqısı ilə bağlı münasibətlərin olmadığını, iddiaçının cavabdehə verdiyi etibarnamənin isə xarici ölkələrdən iddiaçının adına avtomobil gətirilməsi zamanı gömrük rəsmiləşdirməsinin həyata keçirilməsi üçün verilmiş ümumi etibarnamə olduğunu, bu etibarnamədə mübahisəli avtomobilin adının qeyd edilmədiyini, dolayısı ilə nə həmin avtomobilin, nə də avtomobilə aid hər hansı sənədin heç vaxt cavabdehdə olmadığını bildirmiş, iddianı qəbul etməmişdir.
15. İddiaçı istinad etdiyi halları sübut etmək üçün məhkəməyə cavabdehlə öz arasında baş tutduğunu iddia etdiyi səs yazılarını təqdim etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin (vəkilinin) də iştirakı ilə bu səs yazılarının dinlənilməsi təmin edilmiş, cavabdehin nümayəndəsi (vəkili) səs yazılarını dinlədikdən sonra həmin səs yazılarında adı keçən Anar adlı şəxsin məhz bu iş üzrə cavabdeh olan Cavabdeh1 olubolmadığını müəyyən etməyin zəruri olduğunu, bu səbəbdən səs yazılarının cavabdehə dinlədilməsi, Cavabdeh1 növbəti məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasının növbəti tarixə təxir edilməsinə etiraz etmədiyini bildirmiş, lakin növbəti məhkəmə iclasında nə cavabdeh, nə də vəkili iştirak etmiş, sadəcə olaraq cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin səs yazılarını dinlədiyini və həmin yazıların özünə məxsus olmadığını bildirdiyini qeyd etmişdir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh1 İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş olmasını inkar etmir. Sadəcə olaraq, cavabdeh bu etibarnamənin ona “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilməsini qəbul etmir. Cavabdeh iddia edir ki, iddiaçı müvafiq etibarnaməni ona xaricdən öz adına avtomobil gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı vermişdir. Cavabdehə görə onların iddiaçı ilə arasında “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı heç bir münasibət olmamış, dolayısı ilə nə həmin avtomobil, nə də onun qeydiyyat şəhadətnaməsi heç vaxt cavabdehdə olmamışdır.
21. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin həll edilməsi üçün ilk növbədə tərəflər arasında “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı münasibətin olub-olmaması, İddiaçı Cavabdeh1 bu avtomobili, eləcə də onun qeydiyyat şəhadətnaməsini verib-verməməsi araşdırılmalıdır.
22. Yuxarıda qeyd edilmiş və hər iki tərəfin mövcudluğunu mübahisələndirmədən qəbul etdiyi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış etibarnamədən görünür ki, bu etibarnamə ilə iddiaçı tərəfindən cavabdehə əsasən müxtəlif dövlət orqanlarında ümumi təmsilçiliklə bağlı səlahiyyətlər etibar edilsə də aralarında “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət nömrə nişanı almaq”, “sürücülük hüququ olduğu halda nəqliyyat vasitəsini idarə etmək” kimilərinin də olduğu bir qrup səlahiyyətlər cavabdehə etibar edilmişdir. Yəni, cavabdehin vəkilinin də məhkəmə iclasında mübahisələndirdiyi kimi etibarnamənin məzmunundan etibarnamənin məhz “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilməsi müəyyən edilmir, bununla belə etibarnamənin məzmunu bu etibarnamənin həm də “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş olmasını da istisna etmir. Odur ki, məsələ ilə bağlı yekun qənaətə gəlmək üçün işin əhəmiyyətli hallarını təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş səs yazıları tədqiq edilməlidir.
23. Lakin məhkəmə ilk növbədə bu səs yazılarının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir.
24. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2).
25. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
26. Bununla belə məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir.
27. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
28. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş CD-də olan telefon danışıqlarının bəziləri bir qadın və kişi arasında baş tutmuş danışıqlardır. Bu vəziyyətdə həmin danışıqların hazırkı iş üzrə tərəflər arasında baş tutmuş olması istisna edilir. Odur ki, məhkəmə həmin səs yazılarını bu iş üzrə sübut kimi qəbul etmir.
29. Lakin CD-də olan səs yazılarından bəziləri iki kişi arasında baş tutmuşdur. Bu səs yazılarının gedişində tərəflər bir-birinə “Anar” və “Volodya” şəklində müraciət edirlər. Səs yazılarını məhkəməyə Cavabdeh1la aralarında baş tutmuş telefon danışıqları kimi təqdim edən tərəf İddiaçıdur. Dolayısı ilə iddiaçı səs yazısında “Volodya” adı ilə səslənilən şəxsin özü olmasını mübahisələndirmir. Lakin məhkəmə iclasında səs yazılarının dinlənilməsində iştirak etmiş cavabdehin vəkili bu danışıqlarda “Anar” adı ilə səslənilən şəxsin bu iş üzrə Cavabdeh1 yox, başqa bir şəxs ola biləcəyini iddia etmiş, səs yazılarını cavabdehə dinlədəcəyini bildirmiş, məsələnin araşdırılması üçün Cavabdeh1 növbəti məhkəmə iclasında iştirak edə biləcəyini qeyd etmişdir. Lakin məhkəmənin növbəti iclasında nə cavabdeh, nə də vəkili iştirak etmiş, cavabdehin vəkili məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin səs yazılarını dinlədiyini və səs yazılarının ona məxsus olmadığını bildirdiyini qeyd etməklə kifayətlənmişdir.
30. Məhkəmə isə bu danışıqların hazırkı iş üzrə tərəflər arasında baş tutduğu nəticəsinə gəlir. Ona görə ki, danışıqların məzmunu bu danışıqların üçüncü şəxslər arasında baş tutma ehtimalına yer verməyəcək dərəcədə spesifikdir. Belə ki, danışıqların gedişində “Anar” adı ilə müraciət olunan şəxs qarşısındakına deyir: “Ağ “Opel”in var idi, mən onu satdım, evin təmirinə xərclədim, oboy, parket və s. aldım. Sən isə sənədi ləğv etdin. Hesab et ki, “Opel” maşın yoxdur”; “Nə qədər ki, sən pulu mənə verməmisən, ağ maşını, sənədlərini sənə verməyəcəm”.
31. Bu danışıqlardan belə görünür ki, “Volodya” adı ilə müraciət olunan tərəfin ağ rəngli “Opel” markalı avtomobili var və o, bu avtomobili sənədləri ilə birlikdə “Anar” adı ilə müraciət olunan şəxsə vermişdir. Sonradan Anar avtomobili satmış, pulunu da xərcləmişdir. Lakin daha sonra “Volodya” avtomobilin sənədini (belə görünür, etibarnaməni) ləğv etmişdir. Buna baxmayaraq, Anar həmin ağ “Opel”i qaytarmaq istəmir, ona görə ki, “Volodya” bunun üçün ona pul verməlidir.
32. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı həqiqətən ağ rəngli “Opel” markalı avtomobili var. O, bu avtomobillə bağlı hazırkı iş üzrə Cavabdeh1 etibarnamə (sənəd) vermiş, sonradan bu etibarnaməni ləğv etmişdir. Məhz bu baxımdan məhkəmə hesab edir ki, səs yazılarında danışıq tərəfləri, onlar arasındakı münasibətlərin təbiəti barədə o qədər spesifik məlumatlar verilmişdir ki, danışıqların başqa şəxslər arasında baş tutması ehtimalı istisna edilir. Belə ki, danışıqlarda “sənin ağ “Opel”in” deyə bəhs edilən avtomobil İddiaçı mülkiyyətində olan “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobildir; səs yazılarında “Sən sənədi ləğv etdin” dedikdə, İddiaçı etibarnaməni ləğv etməsindən bəhs edilir.
33. Belə olan halda məhkəmə səs yazılarında verilən məlumatlarla işin faktiki hallarının əlaqəli təhlili əsasında bu telefon danışıqlarının məhz hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh1 arasında qeydə alındığı nəticəsinə gəlir.
34. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən o halı da nəzərə alır ki, səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənildikdən sonra cavabdehin vəkili səs yazılarında “Anar” adı ilə müraciət olunan şəxsin hazırkı iş üzrə cavabdeh olmasını mübahisələndirdiyindən məhkəmə tərəfindən cavabdehin məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi və səs yazıları ilə bağlı məsələnin onun iştirakı ilə araşdırılması məqsədilə məhkəmə iclasının növbəti tarixə təxir edilməsi təklif edilmiş, məhkəmə iclasında iştirak edən cavabdehin vəkili də buna etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq, növbəti məhkəmə iclasında nə cavabdeh, nə də vəkili iştirak etmiş, cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin səs yazılarındakı danışığın ona məxsus olmadığını bildirdiyini qeyd etmiş, bununla belə məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməsi, səs yazısının cavabdehə məxsus olmadığının sübut edilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmiş, sadəcə iclasın iştirakları olmadan keçirilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Halbuki, cavabdehin danışığı kimi təqdim edilmiş bu səs yazılarında cavabdeh demək olar ki, iddianın əsasını təşkil edən halları tam etiraf etmişdir. Bu baxımdan bu səs yazılarını məhkəmə iclasında dinləyən cavabdehin vəkili ən azından peşəkar hüquqşünas kimi bilirdi (bilməli idi) ki, “Cavabdeh səs yazılarının ona məxsus olmadığını bildirir” şəklindəki müdafiə bu səs yazılarının mötəbərliyini şübhə altına almaq üçün belə kifayət deyil, əksinə cavabdehin işin həqiqi hallarının müəyyən edilməsinə mane olmaq məqsədilə məhkəmə iclasında iştirakdan yayınması barədə məhkəmədə mövqe formalaşmasına əsaslı zəmin yaradır.
35. Səs yazılarının hazırkı iş üzrə tərəflər arasında qeydə alındığını müəyyən etdikdən sonra məhkəmə bu səs yazılarında qeydə alınmış digər məlumatlara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, səs yazılarının ümumi məzmunu Cavabdeh1 İddiaçı “Opel” markalı avtomobilini və avtomobilin sənədlərini “sənəd” (etibarnamə) əsasında alması, avtomobili satması, sonra “sənəd”i ləğv etməsi, lakin Cavabdeh1 avtomobili və sənədlərini qaytarmaqdan imtina etməsi ilə bağlıdır. Hətta danışığın bir hissəsində iddiaçı cavabdehdən avtomobilin harada olduğunu soruşmuş və cavabdeh buna cavab olaraq “Maşın hər yerdə, maşını unut” cavabını vermişdir. Həmçinin, səs yazısının bir hissəsində cavabdeh açıq şəkildə “Nə qədər ki, sən pulu mənə verməmisən, ağ maşını, sənədlərini sənə verməyəcəm” demişdir.
36. Bütün bu qeyd edilənlər əsasında məhkəmə tərəflər arasında “Opel” markalı avtomobillə bağlı heç bir münasibətin olmaması, cavabdehin nə bu avtomobili, nə də avtomobilin sənədlərini heç vaxt iddiaçıdan almaması barədə cavabdeh tərəfin mövqeyini inandırıcı hesab etmir və işin həqiqi hallarının gizlədilməsi cəhdi kimi qiymətləndirir.
37. Cavabdehin əksinə, iddiaçının iddia tələbini əsaslandırdığı hallar ilə məhkəməyə təqdim edilmiş səs yazıları əsasında müəyyən edilən hallar üst-üstə düşür. Belə görünür ki, İddiaçı avtomobilini satmaq məqsədilə Cavabdeh1 etibarnamə vermiş, eləcə də avtomobili qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh1 təqdim etmişdir. Lakin sonradan aralarında əldə edilmiş razılıq pozulmuş və İddiaçı etibarnaməni ləğv etmişdir. Səs yazılarından belə görünür ki, Cavabdeh1 narazı qaldığı məsələ də elə bununla bağlıdır. Belə ki, Cavabdeh1 dediyinə görə İddiaçı ona borcu var, buna görə də “maşını unutmalıdır” (Səs yazısında məhz bu ifadədən istifadə olunmuşdur).
38. Məhkəmə isə qeyd edir ki, əgər həqiqətən iş üzrə iddiaçının cavabdehə hansısa borcu varsa, cavabdeh bu borcu iddiaçıdan tələb edə, zərurət olarsa, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin hansısa iddia edilən borca görə cavabdehin avtomobili üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
39. Bununla belə nəzərə alınmalıdır ki, iş üzrə məhkəmə icraatı gedişində İddiaçı avtomobilini X3nin cərimə meydançasından götürmüş, sonradan avtomobillə bağlı hissədə iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) bu hala istinad edərək, avtomobilin heç vaxt cavabdehdə olmadığını, cərimə meydançasında tapıldığını bildirmişdir.
40. Halbuki, avtomobilin cərimə meydançasında tapılması bu avtomobilin heç vaxt cavabdehdə olmamasının göstəricisi deyil. Əksinə, iş üzrə İddiaçı tərəfindən verilmiş ərizə əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(010)- 01/2022 saylı qərardadı ilə iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmiş, “Opel” markalı, ** FU *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobilin DYPİnin mühafizə dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Belə görünür, avtomobil elə məhkəmə qərardadı əsasında cərimə meydançasına yerləşdirilmiş, iddiaçı da avtomobili oradan götürmüşdür. Bu baxımdan iddiaçının avtomobili birbaşa cavabdehdən yox, cərimə meydançasından götürməsi o mənaya gəlmir ki, avtomobil heç vaxt cavabdehdə olmamışdır. Ola bilər ki, məhkəmə qərardadı əsasında avtomobil elə cavabdehin qanunsuz sahibliyindən götürülərək, cərimə meydançasına yerləşdirilmişdir. Odur ki, məhkəmə bu halı avtomobilin cavabdehdə olmamasının göstəricisi kimi qiymətləndirmir.
41. Beləliklə, yuxarıda istinad edilmiş səs yazılarından görünür ki, Cavabdeh1 “avtomobilin sənədlərinin” özündə olduğunu qəbul etmiş, buna baxmayaraq, həmin sənədləri qaytarmayacağını bildirmişdir. Məhkəmə səs yazılarında “avtomobilin sənədləri” dedikdə elə qeydiyyat şəhadətnaməsinin nəzərdə tutulduğu nəticəsinə gəlir və iddiaçının həmin sənədin geri qaytarılması ilə bağlı tələbini əsaslı hesab edir.
42. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını təsdiq edən sənəddir və nəqliyyat vasitəsinin mülkiyyətçisinə məxsusdur. Bu sənədin sahibinin razılığı olmadan başqa şəxslərin qanunsuz sahibliyində qalması yolverilməzdir. Bu baxımdan İddiaçı Cavabdeh1 olduğu məhkəmə araşdırması nəticəsində sübuta yetirilən qeydiyyat şəhadətnaməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
43. Məhkəmə onu da qeyd edir ki, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini itirdikdə onun dublikatını almaq üçün aidiyyəti orqana müraciət edə bilər. Lakin hazırkı işin xüsusi halı ondan ibarətdir ki, iddiaçı qeydiyyat şəhadətnaməsin itirməmiş, sadəcə cavabdehə vermiş, lakin cavabdeh sonradan onu qaytarmaqdan qanunsuz olaraq imtina etmişdir. Odur ki, iddiaçının qeydiyyat şəhadətnaməsinin dublikatını aidiyyəti orqandan almaq hüququnun olması onun hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçı öz mülkiyyətində olan avtomobilin dövlət qeydiyyatını təsdiq edən və tamamilə özünə məxsus ola sənədi üçüncü şəxsin qanunsuz sahibliyindən geri istəməyə istənilən halda haqlıdır. Məhkəmə xərcləri.
44. İddiaçı həm də vəkil üçün ödədiyini iddia etdiyi 500 manat məbləğində pulu da cavabdehdən tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1 hesabına “Müqavilə 1442. Vəkil1” təyinatı ilə 500 manat məbləğində pul köçürülmüşdür. Yenə iş materiallarından görünür ki, Vəkil1 və hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış müqavilənin nömrəsi 1442-dir. Bu o deməkdir ki, müvafiq qəbz əsasında ödənilmiş 500 manat məbləğində vəkil xərci iddiaçı tərəfindən vəkilin hesabına məhz bu iş üzrə hüquqi yardım üçün köçürülmüşdür.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 155.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
46. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, həm iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pul, həm də ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi Cavabdeh1 alınaraq İddiaçı verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 500 manat məbləğində vəkil xərci Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
49. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı məxsus “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində vəkil xərci Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva