Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4141/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz mlakın Dövlət reyestrindən adıma olan çıxarışdan digər şəxslərə satılan daşınmaz əmlak paylarının qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz mlakın Dövlət reyestrindən adıma olan çıxarışdan digər şəxslərə satılan daşınmaz əmlak paylarının qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus daşınmaz əmlak mülkləri iddiaçının adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən “Daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 nömrəli” çixarişdan çixarilmasina dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı qeyri-müəyyən tələb irəli sürmüşdür ki, bu da ərizəsinin qaytarılmasına əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3 maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4 maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 152.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz mlakın Dövlət reyestrindən adıma olan çıxarışdan digər şəxslərə satılan daşınmaz əmlak paylarının qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4141/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4141/2021
17.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver