Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4175/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı1 Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 ödənilməli olan - 3.800 manatın və İddiaçı2 ödənilməli olan - 3.700 manat pulun, ümumilikdə - 7.500 manat pulun tutulması, həmçinin iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün müəyyənləşdirilmiş dövlət rüsumu olan 95 manatın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Şahmar Qurbanov onun - yəni, İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2021 -ci il tarixli HK-1/647 saylı materialı nəzərdən keçirərək 02 sentyabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Sözügedən qərardan görünür ki, İddiaçı1, İddiaçı2 (hazırki iddia ərizəsi üzrə birgə iddiaçılar) və X1 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı1, İddiaçı2 (hazırki iddia ərizəsi üzrə birgə iddiaçılar) və X2 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bildirilir ki, iddiaçılar - İddiaçı1 və İddiaçı2 biznes fəaliyyəti ilə məşğul olmaq üçün hazırki iddia ərizəsi üzrə Cavabdeh müəyyən məbləğdə pul vermişlər. Belə ki, İddiaçı1 hazırki iddia ərizəsi ilə əlaqədar bildirmək istəyir ki, o, Cavabdeh (bundan sonra Cavabdeh) 2019-cu ildən etibarən ortaq tanışları vasitəsi ilə tanımışdır. Sonradan münasibətləri yaxşı olmağa başlamış və söhbətlər zamanı Cavabdeh “Avedov” markalı günəbaxan yağlarının biznesi ilə məşğul olduğunu bilmişdir və onu bu işə qoşmaq üçün ondan 7.000-8.000 manat məbləğində pul istəmişdir. O, isə pulunun olmadığını bildirmişdir. Cavabdeh ona gəliri izah etmək üçün bildirmişdir ki, hər 4000 manata görə 3000 manat gəlir verə bilər. Bundan sonra Cavabdeh ilə əlaqə saxlayaraq işə qoşulmaq üçün razılıq vermiş, lakin hal-hazırda pulumun olmadığını və bankdan kredit götürüb verəcəyimi bildirmişdir. O, 4000 manat pulu həm Cavabdeh, həm digər İddiaçı2, həm də ortaq dostları olan Kamal vasitəsi ilə Cavabdeh vermişdir. xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Kral” şadlıq sarayının yaxınlığında Cavabdeh ilə görüşərkən o, ona bildirmişdir ki, 4000 manat pulu Kamaldan almışdır. Cavabdeh əlavə olaraq ona bildirmişdir ki, hər 30-35 gündən bir 3000 manat gəlir verəcək. Bundan təxminən 15-20 gün sonra Cavabdeh ondan yenidən iş üçün 4000 manat pul istəmişdir. Əlavə olaraq Cavabdeh ondan 200 manat da borc olaraq pul istəmişdir. O da həmin gün dəqiq xatırlamadığım tarixdə Cavabdeh ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi “Atakişiyeva Aytən” adına olan “Kapital Bank”a məxsus hesabına yaşadığı ərazidə yerləşən ‘Araz" marketdə olan ödəniş terminallarından birindən 200 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra Cavabdeh ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında görüşmüş, həmin vaxt ortaq dostları olan Rəşad Qurbanov da orda olmuşdur. O, Rəşadın yanında Cavabdeh iş görüb əlavə gəlir gətirməsi üçün 4000 manat pul vermişdir. Cavabdeh də öz növbəsində bildirdi ki, 30-35 gün ərzində verdiyi 8000 manat pulun qarşılığında əlavə 6000 manat pul verəcək, bir neçə gün ərzində isə borc olaraq verdiyi 200 manat pulu qaytaracaqdır. 2 ay sonra o, Cavabdeh heç bir iş görmədiyi üçün verdiyi 8200 manat pulu və əlavə 6000 manat gəliri istəmişdir. Cavabdeh isə müxtəlif bəhanələrlə vaxt istəmişdir. Bundan 1 həftə sonra məlum olmuşdur ki, Cavabdeh heç bir iş qurmayıb, verdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləyib. Çünki, ondan pulu verdiyi şəxslər barədə maraqlandıqda bu barədə heç bir cavab verə bilməmişdir. Bundan sonar iddiaçılar birlikdə Cavabdeh ilə görüşmüş və pulları tələb etdikdə o, bildirmişdir ki, Turizm agentliyi pullarını alıb, həmin şirkətə qoyub və bir müddət sonra hamının pulunu qaytaracaq. Lakin Cavabdeh agentlik barədə heç bir məlumat verə bilməmişdir. O da Cavabdeh əvvəldən tanıdığı üçün və ona etibar etdiyi üçün bir müddət də gözləmək qərarına gəlmişdir. Təxminən 2021-ci ilin may ayında Cavabdeh ilə yenidən görüşüb pulunu tələb etdikdə o, bildirmişdir ki, xarici ölkədən taxta materialları sifariş verib, həmin taxtalar gəldikdə pulları ödəyəcək. Sonuncu dəfə isə Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan müddət ərzində pulların gələcəyini və ödənişi edəcəyini bildirsə də, ödənişi həyata keçirməmişdir. Yalnız uzunuzadı süründürməçilikdən və bəhanələrdən sonra Cavabdeh ona 8.200 manat məbləğdən yalnız 4.400 manat qaytarmış, qalan məbləğ olan 3.800 manatın taleyi barədə maraqlandıqda isə müxtəlif bəhanərlə işi yubatmağa çalışmışdır. İddiaçı2 hazırki iddia ərizəsi ilə əlaqədar bildirmək istəyir ki, 2020-ci ilin sentyabr ayında ortaq tanışlarımız vasitəsi ilə Cavabdeh tanımışdır. (bundan sonra Cavabdeh). Cavabdeh uzun müddət biznes fəaliyəti ilə məşğul olması, atası Rasimin də böyük mağazası olmasını bilmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Cavabdeh onunla görüşərək bildirmişdir ki, “Araz” marketlər şəbəkəsində işləyir, müxtəlif şirkətlərdən topdan satış qiymətinə ucuz qiymətə mallar alır, həmin malları da ucuz qiymətə ala bilməsi üçün ona əlavə vəsait lazımdır, əgər onun məşğul olduğu biznes sahəsinə bir qədər vəsait yatırsa, bu işdən yaxşı gəlir əldə edə bilər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, hal-hazırda o, “Bizon” adlı enerji içkilərinin satışı ilə məşğul olan şirkətlə işləyir, əgər 5000 manat pul versə, həmin şirkətdən ucuz qiymətə “Bizon” enerji içkiləri alaraq atasının və müxtəlif tanışlarının işlətdikləri mağazalarda realizə etməklə ona hər 45 günün tamamında 1940 manat gəlir verə bilər. Bundan sonra ona inandığı üçün razılaşmışdır. İlk dəfə 2020-ci ilin oktyabr ayının əvvələrində Nəsimi Rayon Məhkəməsinin inzibati binasının qarşısında Cavabdeh 5000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra, yəni 2021 -ci ilin yanvar ayında Cavabdeh 2716 manat, 2021-ci ilin fevral ayında isə yenidən 2716 manat pul verərək həmin pulun verdiyi pulun qazancı olmasını bildirmişdir. Bununlada Cavabdeh onun etibarını qazanmışdır. Bundan sonra Cavabdeh ona müraciət edərək bildirdi ki, “Avedov” günəbaxan yağlarının alqı-satqısı ilə məşğul olmağa başlayır, həmin işə 10000 manat pul lazımdır. Əgər 10000 manat versə 45 gündən sonra 6000 manat xeyir əldə edə bilər. Cavabdeh inanıb etibar etdiyi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Azinko” yaşayış kompleksinin həyətində Cavabdeh 10000 manat pul vermişdir. 2021-ci ilin mart ayının sonlarında Cavabdeh onunla yenidən görüşərək “Mamedoff” alkoqollu kokteyllərin alqı-satqısı ilə bağlı yaxşı qazanc əldə edə biləcəyini bildirərək əgər 4000 manat pul versə, 45 gün ərzində 2500 manat gəlir əldə edə biləcəyimi bildirmişdir. Cavabdeh etibar etdiyi üçün onunla razılaşaraq 2021-ci ilin mart ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Ege Hospital” klinikasının inzibati binasının qarşısında Cavabdeh 4000 manat pul vermişdir. Bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə pulları verməkdən imtina etmiş, verdiyi vədlərə əməl etməmişdir. O, Cavabdeh ümumilikdə 19000 manat pul vermiş, Cavabdeh həmin puldan ayrı-ayrı vaxtlarda qaytarmaqla cəmi 15.300 manat pul qaytarmışdır, qalan 3.700 manat məbləğində vəsaiti nə vaxt qaytaracağı barədə maraqlansa da, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. İddiaçı2 teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunnalara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu və iddiaçılara qeyd olunan məbləğdə pul vəsaiti borclu olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı1, İddiaçı2 və X2 tələblə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmçinin yuxarıda qeyd olunan qərardan görünür ki, araşdırma zamanı izahat verən Cavabdeh qaytarmalı olduğu pul məbləğini qaytarmaqdan imtina etmədiyini və yaxın vaxtlarda hissə-hissə olmaqla qaytaracağını qeyd etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə işgüzar münasibətləri olmuş və bu münasibətlər çərçivəsində iddiaçılar cavabdehə iddia tələbində qeyd edilən pul məbləğlərini vermişlər. İddiaçılar iddia tələbində ona istinad edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və onlara ödəməli olduğu məbləği geri qaytarmamışdır. Cavabdeh iddia tələbiə etiraz etmir və pulun qaytarılmamasının səbəbinin qərəzli olmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 95 manat dövlət rüsumunun 47.50 manat hissəsi cavabdeh Cəfərlı̇ Kamran Rası̇ m oğlundan tutularaq iddiaçı Hüseynlı̇ Babasən Lazım oğluna və digər 47.50 manat hissəsi isə İddiaçı2 ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Cəfərlı̇ Kamran Rası̇ m oğlundan 3800 manat pul vəsaiti tutularaq iddiaçı Hüseynlı̇ Babasən Lazım oğluna və 3700 manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. İş üzrə ödənilmiş 95 manat dövlət rüsumunun 47.50 manat hissəsi cavabdeh Cəfərlı̇ Kamran Rası̇ m oğlundan tutularaq iddiaçı Hüseynlı̇ Babasən Lazım oğluna və digər 47.50 manat hissəsi isə İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4175/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4175/2022
26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver