Məhkəmə qərarları › İş №2(010)-418/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-418/2022

12.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-418/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsinin naturada payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsinin və əmlakın naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.0063 (hektar) torpaq sahəsində yerləşən, həyətyanı torpaq sahəsinin və əmlakın naturada payın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Oktay qızı verdiyi izahatında iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin çıxarışına əsasən 1/6 hissəsi ona, 1/6 hissəsi oğlu Bəydəmirzadə Raminə və 1/6 hissəsi qızı Bəydəmirzadə Elyaya məxsusdur. Eyni zamanda, yaşadıqları fərdi yaşayış evinin ön hissəsində 187 kv.m torpaq sahəsi mövcuddur. Torpaq sahəsi iyirmi ildən artıqdır ki, istifadəsindədir. Həmin torpaq sahəsinin içində iki yarımçıq yardımçı tikili 3,90x4,4 və 7,20x3,9 vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin **********60-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evinin texniki pasportu vardır. Texniki pasport PN-İNŞAAT MMC-nin memarlıqplanlaşdırma bölməsi tərəfindən 2021-ci il tarixdə ona məxsus mövcud fərdi yaşayış evi, mövcud iki ədəd yarımçıq yardımçı tikili 3,90x4,4 və 7,20x3,9 və həyətyanı sahəsinin layihəsi çəkilmişdir. ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********45 nömrəli, 29 aprel 2021-ci il tarixli məktubunda, müraciətinə cavab olaraq, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan və mövcud tikililər söküldüyünü nəzərə alaraq, payçıların sözügedən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində məhvlə bağlı qeydiyyatın ləğv olunaraq torpaq sahəsinin sənədləşməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin və bölgü sxeminin təqdim edildikdən sonra müraciətə baxılması bildirilmişdir. Adı gedən torpaq sahəsi ilə bağlı iddiaçı, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7608/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmışdır. Mümkünsüzlüyünün səbəbi kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının natura ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmənin qərara aldığı qərara əsasən iddiaçı, xx.xx.2021-ci il tarixdə cavabdehlər olan - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adı gedən mülkün aralarında ümumi razılığa gələrək, natura qaydasında bölünməsinə öz fikirlərininin bildirilməsi ilə bağlı xəbərdarlıq edərək, onlara təklifi ilə bağlı iddiaçıya məlumat vermələrini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən bu günə qədər iddiaçıya heç bir fikir bildirilməmişdir. İddiaçı da, məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Çıxarışdan göründüyü kimi, tikili və torpaq sahəsi altı paydan ibarətdir. Onun üç payı iddiaçıya və övladlarına aiddir. Üç payı isə qonşuya məxsusdur. İddiaçının evlər və əmlak arasında neçə illərdi ki, daş hasar çəkilmişdir. Mənimlə qonşum arasında olan sərhəddi mövcud daş hasarla tikilməsi barədə, foto şəkilləri iddia ərizəmə əlavə edirəm. Beləliklə də işin yuxarıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan qanunvericilyin normalarını nəzərə alaraq belə hesab edirəm ki, miras qalan ünvan 1 ünvanda, 0.0063 (hektar) torpaq sahəsində yerləşən, həyətyanı torpaq sahəsi və əmlak naturada pay ayrılmalıdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbini azaldılmasına dair ərizə verərək, mübahisəli evə dair payın naturada bölməsinə hissədə azaldılaraq, yalnız mübahisəli evin həyətyanı torpaq sahəsinin naturada ayrılmasına, verilmiş çıxarışından cavabdehlərin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsinin dövlət mülkiyyətiolduğunu və həmin torpağa dair iddiaçının naturada payın ayrılmasına dair tələbinin irəli sürüməsinə dair hər hansı subyekvti hüququnun olmamasını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının, cavabdehin, cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş: Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/6 hissəsi İddiaçı qızına, 1/6 hissəsi oğlu X1 və 1/6 hissəsi qızı X2, bundan əlavə 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh3 məxsusdur. Həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 12023232 və ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə, xx.xx.2012, xx.xx.2020-ci il tarixlərdə qeydiyyata alınmışdır. Suraxanı Rayon İcra Hakimiyyətinin məktubuna əsasən, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 18a ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi üçün qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan bölgü sxeminin çəkilməsinə köməklik göstərilməsi haqqında müraciətinizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə paylı mülkiyyətdə olan daşınmaz əmlaka dair bölgü sxeminin tərtib olunması Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli ünvan 3 ünvanında olan fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli təkrar müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. İzah edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçı özünün ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarına əsaslanaraq mübahisəli ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair payın naturada ayrılmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı, ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətçisidir. Mülki işin materiallarına əlavə edilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci i tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışına əsasən , ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin torpaq sahəsinin mülkiyyət növü dövlət olaraq qeydə alınmışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, , ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətçi olsa da, həyətyanı torpaq sahəsinə dair istər paylı istrsə də tam olaraq mülkiyyət hüququnun əldə etməmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətinə məxsusdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə hesab edir ki ünvan 2 ünvanında, 0.0063 (hektar) torpaq sahəsində yerləşən ümumi sahəsi 49,0 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin torpaq shəsi dövlət mülkiyyyətində olduğundan hal-hazırda yalnız iddiaçı mülkiyyətçi statusu əldə etmədiyindən, bununla da iddiaçının hazırki iddianın irəli sürmək subyektiv hüququ olmadığından, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsinin və əmlakın naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.0063 (hektar) torpaq sahəsində yerləşən, həyətyanı torpaq sahəsinin naturada payın ayrılmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsinin və əmlakın naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.0063 (hektar) torpaq sahəsində yerləşən, həyətyanı torpaq sahəsinin və əmlakın naturada payın ayrılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar