Məhkəmə qərarları › İş №2(010)-419/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-419/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-419/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin direktoru Cavabdeh ilə bağlanmış müqavilə üzrə ödənilmiş 35145 manat məbləğində maddi zərərin, xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi əsasında X1 şəklində ödənilmiş 19000 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə ödənilmiş 4350 manat məbləğində pulun, mənəvi zərərə görə 20000 manat məbləğində pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə "xxxx" MMCnin direktoru Cavabdeh ilə 104 saylı müqavilə bağlayaraq həmin MMC tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda tikilən yaşayış binasında 2-ci blokda, binanın təsdiq olunmuş layihə-texniki sənədləri ilə 4-cü mərtəbə, lakin sakinlərin ümumi yığıncağının qərarı ilə 3-cü mərtəbə hesab edilən mərtəbədə yerləşən 60,18 kv. metr sahədən ibarət 1 otaqlı mənzili 50000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 35145 manata almış, mənzilin haqqını Cavabdeh birdəfəlik nağd qaydada ödəmişdir. Mənzilə dair adına müqavilə, pulun ödənişinə və MMC-yə borcunun qalmamasına dair xx xxxxxx 2013-cü il tarixli, 379 saylı maliyyə arayışı və mənzilin onun mülkiyyəti olmasını təsdiq edən sənəd kimi həmin tarixli 332 saylı çıxarış verilmişdir. Cavabdeh mənzili təhvil verərkən mənzilin başqa sahibi olmadığını bildirmiş və o, mənzildə təmirə başlamışdır. 2014-cü ilin yaz aylarında sonradan adının X9 olduğunu bildiyi bir şəxs gəlib mənzilin sonuncuya məxsus olduğunu bildirmişdir. Onlar birlikdə MMC-nin ofisində Cavabdeh mübahisəni araşdırmağını tələb etmiş, Cavabdeh bildirmişdir ki, Zaur Həbibov heç bir əsas olmadan onun mənzilinə iddialıdır, sonuncunun mənzili bir mərtəbə aşağıda yerləşir. 2015-ci ilin payız aylarında ona qonşusu zəng edərək bildirmişdir ki, mənzilimin qapısını sındırmışlar. Binaya gedib mənzilinə baş çəkərkən ona məlum olmuşdur ki, icra məmurları gələrək Zaur Həbibovun xeyrinə məhkəmə qətnaməsini təqdim etmişlər və mənzilin məhkəmə qərarı ilə Zaur Həbibova verildiyini bildirmişlər. Hazırda mənzil faktiki onun istifadəsindədir, təmirini başa çatdırmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(011)-2604/2014 nömrəli qətnaməsinə əsasən, iddiaçı X5 iddia ərizəsi qismən təmin edilmiş və "xxxx" MMC ilə onun arasında Bakı şəhəri, Gəncə prospekti, 29/35A ünvanında, 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv. metr olan mənzilə dair bağlanmış xx xxxxxx 2013-cü il tarixli 104 saylı müqavilə etibarsız hesab edilmişdir. Qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılmışdır. Daha sonra onun və zərərçəkmiş digər şəxslərin şikayətləri əsasında Cavabdeh barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-63/2019 nömrəli hökmünə əsasən, Cavabdeh qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin qeyd olunan mənzil faktiki onun istifadəsində olduğundan hökmdə mənzilin digər alıcısı X7 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(103)-700/2019 nömrəli qərarına əsasən, qeyd olunan hökm dəyişdirilmiş və Cavabdeh qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin qərarda ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət olunaraq qeyd olunan mənzilin təmirinə xərclənmiş 26950 manat məbləğində pul cavabdeh X2 tələb olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-1012/2019 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin olunmuş və cavabdeh X2 26950 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Zaur Həbibov tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1727/2020 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-1012/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-264/2020 nömrəli qərardadına əsasən, X9 ilə aralarında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və Zaur Həbibova 19.000 (on doqquz min) manat kompensasiya ödəməklə şəxs qeyd olunan mənzilə olan hüquqlarından onun xeyrimə imtina etmişdir. Ərizəyə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 17/74-39/16 nömrəli məktubdan görünür ki, onun tərəfindən ödənilmiş 19.000 (on doqquz min) manat məbləğində pul kompensasiyası X5 hesabına köçürülmüşdür. Bundan əlavə yuxarıda qeyd olunan mülki işlər və cinayət işi üzrə, həmçinin X5 məhkəmədə qaldırdığı iddia üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərlə bağlanmış müqavilələrə ümumilikdə onun tərəfindən 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul ödənilmişdir. Bütün bunlar Cavabdeh qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Odur ki, həmin məbləğ Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd olunanlar iddia ərizəsinə əlavə edilmiş orderlərlə təsdiq olunur. Həmçinin Cavabdeh qanunsuz hərəkətləri, yəni mənzili iki nəfərə satması nəticəsində o, maddi zərərə məruz qalmaqla bərabər illərdir pozulmuş hüquqularımın bərpası üçün apardığı mübarizə nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh ona vurduğu maddi zərərlə bərabər, sonuncunun qanunsuz əməlləri nəticəsində 2013-cü ildən bəri çəkdiyi mənəvi zərərin də məbləği olan 20000 (iyirmi min) manat məbləğində olan pulu ona ödəməlidir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(010)- 737/2020 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Cavabdeh borclu olduğu bir neçə icra işləri ümumi icraatda birləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - İcraçı “xxxx” MMC-nin direktoru Cavabdeh ilə payçı İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 104 saylı müqavilədən görünür ki, icraçı Bakı şəhəri, Gəncə prosspekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 2-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 60.18 kv.m olan mənzil izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh “xxxx” MMC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, GƏncə prosspekti 2935a ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun,3-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 60,18 m2 olan mənzilin üzərinə sahiblik və istifadə hüuququnun tanınmasına və 2900 manatın tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, xxxx MMC ilə İddiaçı arasında Bakı şəhəri, Gəncə prosspekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 3-ü mərtəbəsində ümumi sahəsi 60,18 m2 olan mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 104 saylı müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Gəncə prosspekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 3-ü mərtəbəsində ümumi sahəsi 60,18 m2 olan mənzilin X8 təhfil verilməsi vəzifəsi Ələsgəroğlu-K MMC-yə həvalə olunmuş, X5 Bakı şəhəri, Gəncə prosspekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 3-ü mərtəbəsində ümumi sahəsi 60,18 m2 olan mənzilə sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsi xxxx MMC-yə həvalə olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum X3 haqqındakı xx xxxxxx 2019-cu il tarixli, 1 (101) – 63/2019 saylı hökmü dəyişdirilmiş, məhkum Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət və yerli idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir..... Həmin qərarla qeyd edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı onun mülki iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunsun. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Həbibоv Zаur Mаnsur oğlundan 26950 (iyirmi аltı min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitnin tutularaq iddiaçı Аbbаsоv Kаmil Bаbа оğlunа ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qeyd edilən qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə tələbkar X9 ilə borclu İddiaçı arasında Bakı şəhəri, Xətai rayon İcra şöbəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prosspekti, 2935A ünvanda olan yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60.18 kv.m olan 1 otaqlı mənzildən çıxmamaq şərti ilə tələbkar X7 20.000 manat kompensasiya ödəməyə öhdəlik götürərək Bakı şəhəri, Nizami rayon İcra və Probasiya şöbəsinin icraatında olan tələbkar olduğu Nizami rayon Məhkəməsinin 1 (007)-101/2019 saylı xx.xx.2019 tarixli icra sənədinin icrasından X5 xeyrinə imtina edir, X9 20.000 manat kompensasiya aldıqdan sonra Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsinin icraatında olan tələbkar olduğu Xətai rayon Məhkəməsinin 2(011)-7310/2017 saylı xx.xx.2017 tarixli icra sənədinin icrasından İddiaçı xeyrinə imtina edir. X9 20.000 manat kompensasiya aldıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Gəncə prosspekti, 2935A ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60.18 kv.m olan 1 otaqlı mənzilin İddiaçı adına sənədləşdirilməsi üçün bütün orqanlarda səlahiyyətverici Notariat qaydada tam etibarnamə verir. İddiaçı öz növbəsində sazişin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq 15 gün ərzində 20.000 manat kompensasiyanı X7 ödəməyi öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı cavabdehlə bağladığı müqavilə əsasında cavabdehin direktoru olduğu MMC-nin inşa etdiyi binadan mənzil almış, sonradan məhkəmə aktı ilə mənzilin digər şəxsə məxsus olması müəyyən edilmiş və qeyd edilən müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə aktları ilə cavabdehin əməllərinə hüquqi qiymət verilmiş və o cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırkı tələblə iddiaçı cavabdehin ona maddi və mənəvi ziyan vurmasının cinayət mühakimə icraatı və mülki icraat qaydasında məhkəmə aktları ilə sübut olunduğuna əsaslanaraq mənzilin alınmasına, təmirinə və barışıq sazişi əsasında üçüncü şəxsə verdiyi pulların cavabdehdən tutulmasını xahiş edir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Beləliklə, işə əlavə edilən məhkəmə aktları ilə cavabdehin qanunazidd əməl törətməklə iddiaçının əmlak mənafelərinə ziyan vurması halı sübut olunur. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tələbində Cavabdehla bağlanmış müqavilə üzrə ödənilən 35145 manat məbləğində maddi zərərin ödənilməsini xahiş edir. Bu məbləğ mənzilin alqı satqı məbləğidir. İşə əlavə edilmiş sənədlərdən və iddiaçının özünün izahatından məlum olur ki, həmin mənzil barışıq sazişi əsasında iddiaçıya qaytarılmışdır və hazırda onun mülkiyyətindədir. Belə olan halda, mənzilə görə cavabdehə ödənilmiş pulun geri istənilməsi əsaslı deyildir. Çünki, məhkəmə qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında mənzilin iddiaçıya verilməsi barədə müqavilə etibarsız hesab edilsə də, nəticə etibarı ilə mənzil sonradan anlaşma əsasında iddiaçının mülkiyyətinə verilmişdir. İdida tələbinin xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi əsasında X1 şəklində ödənilmiş 19.000 manat məbləğində pulun cavabdehdən tələb edilməsi hissəsini məhkəmə əsaslı sayır. Belə ki, iş materiallarından göründüyü kimi, X12 Abbasov arasında imzalanmış barışıq sazişinə əsasən İddiaçı Z.Həbibova əlavə 20.000 manat ödəməklə mənzili öz mülkiyyətində saxlamışdır. İddiaçı Z.Həbibova əlavə 20.000 manat ödəməsi Cavabdeh İddiaçıla mübahisəli mənzilə dair saxta müqavilə imzalamasının nəticəsi olmuşdur. Deməli, iddia tələbi bu hissədə əsaslıdır və tələb edilən 19.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə ödənilmiş 4.350 manat məbləğində pulun tutulması hissəsini məhkəmə əsaslı saymır. Belə ki, iddia tələbinin bu hissəsini təsdiq edəcək hər hansı bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbinin mənəvi zərərə görə 20.000 manat məbləğində pulun tutulması hissəsini məhkəmə əsaslı saymır. Belə ki, tələbin bu hissəsi ilə də bağlı iddiaçı tərəfindən hər hansı bir sübut iş materiallarına əlavə edilməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Ona görə də, iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Beləliklə, məhkəmənin gəldiyi nəticə budur ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 19000 manat pulun tutulması hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19000 (on doqquz min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar