Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4202/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkilnın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 və X2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədi ilə xərclənmiş toplam olaraq 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 23:35 radələrində iddiaçı, özünə məxsus olan “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Azadlıq prospektindən üzü H.Ələsgərova küçəsi istiqamətində 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə hərəkət edərkən Azadlıq prospekti ilə Akademik H.Əliyev küçələrinin kəsişməsində işıqforda dayanmış, işıqforun yaşıl işığında hərəkətə başlayan zaman təxminən 10 km saatda sürətlə hərəkət edərkən H.Əliyev küçəsi istiqamətindən Cavabdeh1 qaynı Türkiyə Respublikasının vətəndaşı X3 məxsus “Nissan Qashqai” markalı, 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2ci hissəsinin tələblərini pozaraq idarə etdiyi “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Həmin avtoqəza nəticəsində iddiaçının avtomobilinə xeyli ziyan dəymişdir. Hadisə yerinə çağırılmış DYP müfəttişləri hadisə barəsində müvafiq protokolları tərtib etmişlər, tərəflərin izahatları alınmış, müvafiq sxemlər çızılmışdir. Qəzanı törətməkdə Cavabdeh1 təqsirli bilinmişdir. Onun barəsində Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin xx xxxx 2020-ci il tarixli inzibati xəta pozma haqqında qərar qəbul edilmiş və Cavabdeh1 İXM-nin 332.4-cü maddəsini törətməkdə təqsirli bilinmişdir və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə qəbul edilmiş Qərarın surəti X2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan sonra avtomobilin təmiri məqsədi ilə «xxxxxxxxxxxxxx» MMC-yə müraciət etmiş və həmin şirkət tərəfindən avtomobilin təmir olunması üçün lazım olacaq ehtiyyat hissələrinin alınması və usta xərclərini müəyyən edən «Qüsur aktı» tərtib olunaraq iddiaçıya təqdim edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X2 Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon məhkəməsinin 3(005)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Mülki Məcəllənin 362-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Mülki Məcəllənin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, Cavabdeh1 sürücülük hüququ olmadan Türkiyə Respublikasının vətəndaşı X3 məxsus “Nissan Qashqai” markalı, 34-ZON-63 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman İddiaçı məxsus olan “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq iddiaçıya 8800 manat miqdarda zərər vurmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində hər iki cavabdeh təqsirlidir və belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, digər Cavabdeh1 isə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi cavabdehlərin təqsiri üzündən baş verdiyindən və Cavabdeh1 həmin avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən 8800 manat vurulmuş zərərin əvəzi cavabdehlər Cavabdeh1 və X1 birgə qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci – 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X1 birgə qaydada tutularaq iddiaçıya ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı məxsus “Mercedes-Benz S500” minik markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 8800 (səkkiz min səkkiz yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4202/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4202/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver