Məhkəmə qərarları › İş №2(010)-425/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-425/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-425/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı2 və anası İddiaçı1 məxsus 25.000 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdehlər Cavabdeh3, arvadı Cavabdeh2, atası Cavabdeh1 2016-2017-ci illər ərzində ümumilikdə 25.000 manat, 30,000 manat dəyərində çox qızıl-zinyət əşyası vermişdir. Lakin sonradan hazırda axtarışda olan X1 məxsus Əhmədli qəsəbəsi, Sarayev küçəsində işləyən lombarda qoyub, guya Xaçmazda lombarda qoyub, guya Masallı rayonunda lombarda qoyaraq iddiaçıdan pul alıb ki, qızıllar batmasın. Zəng edib pul göndərin, yoxsa qızıl batacaq. İddiaçı da məcbur olub hər dəfə pullar göndərirdi, özləri gəlib evdən pul alıb qəbz vermişdi. Poçtla 2770 manat pul yollamışdır qızıl batmasın. Cavabdeh Aynurə Afaqın anası Mahirəyə zəng edərək, taksi yollayaraq pul almışdı ki, qızılı gətirib təhvil verəcək. Bir gün zəng edərək dedi ki, Pərvin tutulub onu həbsdən çıxaraq, qızılları Masallı lombardından və Xaçmaz lombardından çıxarsın. Ona görə Seyidağanı yolladı, iddiaçı da lombarda qızıl qoyaraq pul götürüb Seyidağaya vermişdir. Cavabdeh2 8000 manat, 17000 manat isə Cavabdeh3 vermişdir. Bu şəxslər dələduzluq yolu ilə həm qızıllara görə, həm də 25000 manat iddiaçının pulunu ələ keçirərək, talan etmişlər. Bununla bağlı Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda cavabdehlərdən 25.000 manat pul və 30.000 manat dəyərində qızılların cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasını tələb etmişdir. Belə ki, iddiaçının cavabdehlərə verdiyi qızıllar bunlardır. 1 ədəd üzük 10 qr 750 əyar - 1000 manat; 1 ədəd qolbağ 14 qr 583 əyar - 900 manat; 1 ədəd ərəb sepi 30 qr 750 əyar - 3000 manat; 1 ədəd minalı klon 18 qr 583 əyar - 1580 manat; 1 kalye 23 qr 750 əyar - 2300 manat; Medalyon klon 22 qr 750 əyar - 2200 manat; 1 üzük 9 qr 750 əyar - 900 manat; 1 üzük 6 qr 750 əyar - 600 manat; 1 kalye 32 qr 750 əyar - 3200 manat; 1 qolbaq 26 qr 750 əyar - 2600 manat; Nişan üzüyü bril qaşlı 8 qr - 800 manat; Dəvəli üzük 6 qr 750 əyar - 600 manat; Brilyant qaşlı sırğa 14 qr 750 əyar - 1520 manat; Sep 30 qr 583 əyar - 2400 manat; Sep 26 qr 583 əyar - 1800 manat; Qolbağ 15 qr 750 - 1500 manat; Sırğa 12 qr 750 əyar -1200 manat; Üzük 6 qr 750 əyar -800 manat; 11 qr qolbağ-1100 cəmi : 30.000 manat. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı2 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, Pərvinlə xəstəxanada tanış olmuşlar. 2014-cü ilin oktyabr, noyabr aylarında Pərvin ona evinin olduğunu, banka girov qoyub 30000 kredit götürmək istədiyini demişdir. Pərvin ona demişdir ki, evin sənədləşmə işlərini qaydasına salmaq üçün ona pul lazımdır. O da, buna görə anası ilə danışmış, ona demişdir ki, evi girov qoyacağı halda istənilən məbləği götürə bilərlər. Sonradan anası da Pərvinlə görüşmüş və anası ona hissə-hissə pul vermişdir. Bundan başq o, Pərvinlə birlikdə anasının qızıllarını aparıb Memar Əcəmi və Əhmədli metrolarının yanındakı lombarda girov qoymuş, ordan 3500 manat məbləğində pul götürmüşlər. Pərvinin sənədləri olmadığı üçün sənədləşmə özünün adına aparılmışdır. O, pulları Pərvinə verdi, Pərvin evin sənədləşmə işlərini həll etsin. Sonra da Pərvin tutuldu. O, Pərvinin qeyri-rəsmi nikahda olduğu arvadı Aynurədən xahiş etmişdir ki, Pərvindən qızılların hansı lombardda olduğunu öyrənsin. Aynurə öyrənə bilməmişdir. Aynurə onunla əlaqə saxlamış, ona demişdir ki, Pərvini həbsdən çıxarmaq lazımdır ki, o da gedib qızılları geri alsın. Bunun üçün Aynurənin atası onlara gəlmiş, anasından qəbzə qol çəkməklə 1200 manat pul götürmüşdür. O, özü də Aynurəyə 300 manat pul vermişdir. Sonra Aynurə ona demişdir ki, Pərvin azadlığa çıxıb, Lənkərana malın dalınca gedib, 300 manat pul lazımdır ki, qızılları geri götürsün. O, taksi ilə Aynurəyə 300 manat göndərmişdir. Sonra Aynurə ona dedi ki, lombardın yiyəsi Qətibə qızılları Xaçmaza aparıb, Pərvin də onunladı, Qətibədə böyük məbləğdə qızıl var. Aynurə dedi ki, ayrı-ayrı şəxslərin adına pul göndərsin ki, qızılları çıxara bilsinlər. O, da Xaçmaza ayrı-ayrı adamların adına pul göndərmişdir. 30000 manat pul vəsaiti anasına məxsus olsa da, tələb etdiyi məbləğdən 5000 manat onun tərəfindən şəxsən cavabdehlərə verilmişdir. 1950 manat Cavabdeh2, qalanı isə Cavabdeh3. Aynurə və Pərvin birlikdə onu aldadıblar. Bildiyinə görə qızılları Qətibə adlı şəxsdə girovda qalıb. Həmin lombard indi bağlanıb. Qızıllar anasının olsa da, qızılları o özü Pərvinə vermiş, Pərvin də onları lombarda girova qoymuşdur. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabeh Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, bir dəfə məhkəmədə iş olub və bu barədə qətnamə çıxıb. Əlavə olaraq indi də 30 minlik qızıl istəyirlər. Heç bir sübut da yoxdur. İş materialları Nizami rayon Pi-nin İŞ-də şahid qismində dindirilən Cavabdeh2 ifadələrindən görünür ki, “Cavabdeh3 2013-cü ildə tanış olmuşam. 2014-cü ilin yanvar ayının əvvəllərində ailə həyatı qurduq. Pərvin idarə etdiyi «CİP» markalı maşının sənədini düzəltdirmək adı ilə məndən pul istədi. Mən ona pul verə bilməyəcəyimi dedikdə o, qızıl sepimi və bağımı lombarda girov qoyaraq pul ala biləcəyini dedi və mən da razılaşdı.münasibətlərimiz yaxşı olduğuna görə ona inanıb sepi və qolbağı lombarda girov qoyaran pul ala biləcəyini dedi və mən də razılaşdım. Münasibətimiz yaxşı olduğuna görə ona inanıb sepi və qolbağı 3-cü mikrorayonda yerləşən lombardlardan birində girov saxlayaraq əvəzində təxminən 800 manata qədər pul almışdı. Bir müddət sonra Pərvin dedi ki, maşının qohumunun adınadır, öz adına sənədləşdrmək üçün yenə də pul lazımdır, bu dəfə də onun dediklərinə inanıb evdə olan dəyəri təxminən 7000-8000 manat arasında olan qızıl-zinət əşyalarımı (qızıl sep, qolbağı, brilyantlı qızıl üzüklər, briliant qolbağı və sairlər) ona verdim. Sonradan maraqlandıqda, o, zinət əşyalarını lombarda qoyub pul aldığını və sənədin düzəldilməsi ilə məşğul olduğunu bildirmişdi. Toyumuza qədər Pərvin bir daha mənə bildirdi ki, polis akademiyasında təhsil alır, qayıbları çoxdur və buna görə də onu akademiyadan xaric etmək istəyirlər. Hətta mənim yanımda bir neçə dəfə kimlərləsə danışıb onların akademiyanın müəlimləri olduğunu demişdi. Mən onun işini yerinə yetirərək tanışım Gülşən xanımdan faizlə 2600 manat borc pul alım, pul azlıq etdiyinə görə anama xəbər edib ona məxsus 2 ədəd qızıl boyunbağını alaraq onları da Pərvinə verdim. Sonradan Pərvinin deməsinə görə, lombardda giro saxlayıb pul almışdı. 2014-cü ilin aprel ayına qədər Nizami rayonu, Naxçıvanski küçəsində ev almaq istədiyini bildirərək vədləşdirmə məsələsinin həlli üçün məndən xeyli pul istədi. Rəfiqəm Vüsalə qadından 1000 manat borc pul alıb ona verdim. Qalan qızıl-zinət əşyaları anamın xəbəri olmadan Pərivinə vermişdim. İşlədiyimə görə, evimdə mənə məsus ayrıca büdcə var idi. Həmin büdcəmi anam saxlayırdı. Ona görə də Pərvin pul istədikdə, anamdan yox, tanışlarımdan alıb ona vermişəm. Yenə də xəbər çatdı ki, Pərvin nəyə görəsə tutulub, ona pul lazımdır, yaşadığım binanın qarşısına taksidə Pərvinin Elgün adlı xalası oğlu gəlib çıxmışdı. Bu məsələ ilə bağlı artıq anamın da xəbəri olmuşdu. Həmin gün mən Elgünə Hövsan qəsəbəsində 850 manat pul verdim. Ertəsi gün mən Elgünlə Nizami rayonu ərazisində yerləşən Naxçıvanski küçəsində görüşüb ona 3800 manat pul verdim. Bundan sonra da mən Elgünə Pərvinə kömək göstərilməsi üçün xeyli pul verib ümumilikdə məndən o ərəfədə cəmi 15.000 manat məbləğdə pul alınmışdı. Sonradan məlum oldu ki, Pərvinin heç bir işi olmayıb, sadəcə, məni bu yolla aldadıb külli miqdar pul vəsaitini əldə etmişdir. O vaxtlar isə Pərvin mənimlə görüşəndə ona kömək etdiyimə görə minnətdarlığını bildirmişdi. 2014-cü ilin aprel ayının 12-si tarixdə bizim toyumuz oldu. Toy məclisi metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında yerləşən «Elita Plaza» şadlıq sarayında olmuşdu. Bir yerdə biz təıxminən 45 gün ərzində ər-arvad kimi yaşadıq. Biz Hövsan qəsəbəsində kirayə ev tutub yaşamışdıq. Birgə yaşadığımız ərəfədə Pərvin hamamda olarkən onun mobil telefon nömrəsinə mesaj gəlmişdi. Mesajla tanış olduqda məlum oldu ki, Azər adlı şəxs onu, arvad-uşağını söyüb pul gətirməsini tələb edir. Pərvin hamamdan çıxandan sonra mesajı ona göstərdim və bu mesajla bağlı aramızda mübahisə yaranmışdı. Pərvin dedi ki, bir yerdə işlədiyi Azər adlı əməkdaşa vaxtında pulunu çatdımadığına görə belə mesaj göndərib. Pərvində pul olmadığına görə yenə mən pul axtarıb tapmalı oldum. Bir nəfər tanışımdan 2300 manat pulu borc alıb onu Pərvinə verdim. Pərvinin deməsinə görə 2300 manatı o, Azərə vermişdir. Bir müddət sonra onun ailə üzvlərindən bir neçəsi mənə zəng vurub Pərvinin dələduz olduğu və yaxşı adam olmadığı barədə məlumat verildi. Bununla bağlı aramızda yenə söz-söhbət baş vermişdi. Mübahisə vaxtı Pərvin gileylənib Azərin yenidən ondan pul tələb etdiyini bildirmişdi. Ertəsi gün mən Pərvinin dediklərini yoxlamaq üçün Şaqan qəsəbəsində yerləşən cəzaçəkmə tipli müəssiyə yollandım. Onda mənimlə birlikdə Vüsalə adlı rəfiqəm olmuşdu. Mən orada səs-küy qaldırıb Azər adlı əməkdaşı soruşdum. Həm də Pərvinin şəklini göstərib müəssisədə onun işləyib-işləmədiyini soruşmuşdum. Onda aydın olmuşdu ki, Pərvin, sən demə, orada cəzasını çəkir. Azərlə görüşüb Pərvinlə aramda olan söhbətləri ona danışdım. Azər Pərvindən pulu almadığını bildirmişdi. Ancaq o söhbətdən altı saat sonra Pərvin tutularaq cəzaçəkmə müəssisəinə qaytarılmışdır. Bu hərəkətdən sonra bildim ki, Azərə pul çatdırılmadığına görə, Pərvin tutulub. Şaqandan sonra Pərvin Şüvəlan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə keçirilmişdi. Orada Pərvin təxminən 4 ay müddətində qalmışdı. Pərvin orada olarkən mənə Afaq adlı qadının telefon nömrəsini verdi və dedi ki, onunla görüşüb məndə olan pul və onda olan qızıl-zinət əşyaları ilə onu qurtaraq. Afaqla mən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında birinci dəfə görüşdüm. Söhbət vaxtı məlum oldu ki, o, Pərvinin dostunun nişanlısı olub. Söhbət zamanı Afaq dedi ki, bəs, indi onun əlində heç nə yoxdur. Ancaq bir müddət əvvəl xeyli miqdarda qızıl-zinət əşyalarını lombarda qoyub pulu Pərvinə vermişdi. Söz verdi ki, imkan tapsa bir qədər pul tapıb verəcək ki, Pərvini qırtarmaq mümkün olsun. Şəxsən, Afaq mənə o görüşdən sonra pul verməyib. Ola bilsin, kiməsə versin, ancaq mən bunu bilmədim. Məhkəmə iclasında Pərvinə islah işləri verildi və o, Xaçmaz rayonuna göndərilmişdir. Xaçmaz rayonundan Pərvin geri qayıtdıqdan sonra mən onu qəbul etmədim. Hazırda o, törətdiyi cinayətə görə 16 nömrəli cəzaçəkmə müəssisəsində cəzasını çəkmədədir. Həmin avtomaşın ağ rəngli, markasını hal-hazırda xatırlamadığım, dövlət nömrə nişanının sonu 108 olmuşdur. Cavabdeh3 mənə bildirmişdir ki, həmin avtomaşın onun xalası qızının adına olmuş, xalası qızının adından öz adına sənədləşdirmək istəmişdir. Mən həmin vaxt Pərvinlə ailəli olmamışdım, həmin ərəfədə biz nişanlı olmuşuq. Həmin sep və qolbağın italyan qızı olmasını xatırlayıram, sepin çəkisi qolbaqdan çox olmuş, qolbaq ikili bir-birinə keçmə qolbaq olmuş, sep isə halqalı bir-birinə keçmə olmuşdur. Dəqiq xatırlayıram ki, sepin klonu var idi lakin onu verməmişdir, həmin qızılları dəqiq xatırlamadığım 3-cü MKR tərəfdə lombarda verərək 800 manatdan bir qədər artıq pul almışdır. Həmin sep və qolbağın fotoşəkilləri məndə hal-hazırda harada olmasını xatırlamıram lakin qısa müddətə taparaq həmin qızılların fotoşəkillərini sizə təqdim edəcəyəm. Cavabdeh3 Elgünü mənə xalası oğlu kimi təqdim etmişdir, Elgünün anket məlumatları barədə məlumatım yoxdur, sonradan bildiyimə görə Pərvin məni aldatmış və Elgünün onun xalası oğlu olmadığını müəyyən etmişəm. Vüsalənin soyadı Haqverdiyevədir, ata adını bilmirəm, mən yaşlarında olar, ailəlidir, bir övladı var, halhazırda işləmir. Əvvəllər mənimlə birgə dərzi sexində çalışmışdır. Mobil telefon nömrəsi 070 ***-**-** Mənim bundan xəbərim yoxdur, qeyd edilən aktla bağlılığım və aidiyyətim yoxdur. 25.000 manat pul vəsaitini İddiaçı2 almamışam. Kirov qəsəbəsindəki mənzilin sənədləşmə işlərindən məlumatsızam. İfadəmdə qeyd etdiyim kimi mənim bu faktla bağlılığım və aidiyyətim yoxdur, İddiaçı2 ilə belə bir danışığımız və ünsiyyətimiz olmayıb, qeyd edilən məbləğdə pul vəsaiti almamışam və poçt vasitəsi ilə hesabıma pul köçürülməyib. Əgər pul vəsaitləri başqa şəxslərin hesabına köçürülmüş olsa belə, mən həmin şəxsləri tanımıram, onlarla ünsiyyətim, danışığım və razılaşmam olmamışdır. İddiaçı1 İddiaçı2 şikayəti ilə əlaqədar 2015-2016-cı il tarixdə polisə çağırılarkən görmüşəm və səhv etmirəmsə telefon danışığım olmamışdır. Cavabdeh3 həbsdən azad olunması ilə əlaqədar atam Cavabdeh1 Mahirə Zülfuqarovadan yazılı sürətdə 1200 manat pul almışdır ki, Pərvin həbsdən azad olunaraq qızıl zinət əşyalarımızı qısa müddətə qaytarsın, belə ki, qızıl zinət əşyaları lombarda Pərvin tərəfindən qoyulmuşdur və onun adından çıxarılacaq idi. Sonradan Pərvinin deməsinə görə həmin məbləğdən 1000 manatını Mahirə Zülfuqarovaya qaytarmış, qalan 200 manatı isə atam araşdırma müddəti ərzində Mahirə xanıma verilməsi üçün vermişdir. Nizami rayon Pi-nin İŞ-də şahid qismində dindirilən Cavabdeh3 ifadələrindən görünür ki, “......Ümumiyyətlə Afaqın anası Mahirə ilə yola getmədiyini bilirəm, Afaq dəfələrlə mənim yanımda anasının ünvanına nəlayiq söyüşlər söyüb, onun yaramaz insan olduğunu, sələmə pul verdiyini, onun işlərinə qarışdığını deyirdi. Bu səbəbdən də Afaq anasının yaşadığı Keşlə qəsəbəsindəki evində deyil, bacısının yaşadığı Sulutəpədəki evində qalırdı. Mən onun istəyi ilə müxtəlif otellərə gedib onunla cinsi əlaqəyə girirdim, bizim cinsi əlaqəyə girdiyimiz məkanlardan Xırdalan şəhərindəki «Vulkan» otel, Zığ səsindəki «Maral» otel, Xətai rayon Polis İdarəsinin hazırki inzibati binasının arxasındakı dağlıq ərazi və sair kimi yerlər olmuşdur. Bir dəfə Afaq məni metronun Sahil stansiyası yaxınlığına çağırdı, yaxınlıqdakı elitar kafelərin birində əyləşib çay içdik. Həmin vaxt Afaq bir nəfər türk vətəndaşının olduğunu, onun imkanlı olduğunu, onu ələ keçirmək niyyətində olduğunu və bu səbəbdən də bəxtini açdırmaq və həmin türkü özünə bağlamaq üçün baxıcı mollaya ehtiyacı olduğunu dedi. Mən də Afaqa molla işində köməklik edəcəyimi dedim. Bir neçə gün sonra mən Afaqla təkrar görüşdüm və 10 manat pulu ona verib, metronun Nizami stansiyası yaxınlığındakı mənzillərin birində baxıcılıqla məşğul olan bir nəfərin yanına apardım. Afaq baxıcının yanına girib çıxandan sonra molla ilə danışdığını, həmin türkün şəklini istədiyini və hansısa məbləğdə pul istədiyini dedi. X13 qəsəbəsindəki evlərinin yanında düşürdüm. Həmin ərəfələrdə mənim Afaqla görüşlərim çox olub və hər dəfəsində demək olar ki, biz cinsi əlaqəyə girirdik. Mən Afaqla intim əlaqələrə girərkən onun natəmizliyi məni ondan iyrənməyə vadar edirdi, hətta mən uzun müddət ondan uzaq gəzdim, telefon zənglərinə cavab vermədim. Mən 2011-ci ilin əvvəllərində X6 ilə nişanlandım və xeyli müddət Masallı rayonunda qalası oldum. Həmin rəfələrdə Afaq mənə SMS yazıb dedi ki, «nömrəmi qara siyahıdan xsöfh sənə sözüm var.» Mən də onun dediyi kimi etdim və özüm onunla telefon əlaqəsi yaratdım. Afaq mənim üçün darıxdığını dedi və məni görmək istədiyini dedi. Mən də ona Masallı rayonunda olduğumu dedim. Afaq mənə Masallı rayonuna gələcəyini dedi. Afaq Masallı rayonuna gəldim, Afaq Cəlilabad rayonu ərazisindəki «Pirişiv» postunda BMV markalı avtomobildə gəlmişdi, həmin ıavtoıobili saçları ağarmış, orta yaşlı bir oğlan idarə edirdi, Afaq həmin avtomobildən düşüb mənim idarə etdiyim «Pajero» markalı avtomobilə əyləşdi. mənim idarə etdiyim həmin avtomobil «rent car» mərkəzindən icarəyə götüülmüşdü. Mən Afaqı həmin yerdə qarşıladım və onu Masallı rayonu, İstisu istirahət zonasındakı «Gölüstü» restoranına gəldik. Həmin restoranda iki otaqlı katej sifariş verdim. Həmin katejdə olduğumuz vaxt mən ona cinsi əlaqəyə girməyimizi təklif etdim, o isə həmin vaxt cinsi əlaqəyə girmək istəmədiyini dedi, onun Masallı şəhərinə gəlməsinin səbəbini soruşanda o, biri ilə ailə həyatı qurmaq niyyətində olduğunu dedi. Afaq mənimlə intim münasibətlərə girmədiyi üçün mən onu tərk etdim və yaşadığım Masallı rayonu, Şatıroba kəndinə getdim, kəndə getməzdən əvvəl katejin və verdiyim sifarişlərin pulunu ödədim, Afaq isə gecəni katejdə keçirdi. Mən katejdən ayrıldıqdan təxminən 1 saat sonra həmin restoranda çalışan Sətdam adlı şəxs mənimlə telefon əlaqəsi yaradıb Afaqın onu yanına çağıraraq istirahət mərkəzində əyləncə yerinin olub-olmadığını /soruşduğunu bildirmişdi. Təxminən bir neçə dəqiqə sonra Sətdam təkrar mənimlə əlaqə yaradıb dedi ki, Afaq katejdən çıxıb restoran ərazisində gəzişir, restorana mal paylayan ekspeditellərdən biri ilə söhbətləşir, Sətdam hətta mənə dedi ki, Afaqın hərəkətlərindən onun əxlaqsız qadın olduğu aydın görünür, əgər Afaq ona yaxınlıq etməyi təklif edərsə, o, Afaqla görüşmək niyyətindədir. Mən isə Sətdama tapşırdım ki, ondan uzaq dursun və onun heç bir təklifinə razılaşmasın. Bir neçə dəqiqə sonra Afaq mənə zəng etməyə, SMS göndərməyə başladı. Mən onun zənglərini cavablandırmırdım. Səhəri gün mən erkəndən Sətdamla əlaqə yaradıb Afaqın orada olub-olmadığını soruşdum, o isə Afaqın hələ orada olduğunu dedi, daha sonra Afaq mənə SMS yazmağa və zəng etməyə başladı. Mənə dedi ki, gecəni onu atıb getdiyimə görə məndən bərk inciyib, Bakıya qayıtmaq .niyyətindədir, lakin pulu olmadığına görə geri dönə bilmir. Mən bir neçə dəqiqə sonra həmin restorana gəldim və Afaqı maşına əyləşdirib onu Masallı şəhərində Səybət adlandırılan dairəyə gətirdim. Mən orada Bakı istiqamətində hərəkət edən taksi avtomobilinə Afaqı əyləşdirib, özünə 10 manat, gediş haqqı olaraq isə sürücüyə 10 manat verib Afaqı Bakıya yola saldım.Bir müddət Afaqla əlaqə yaratqmadım, Afaq isə ara-sıra məni yığırdı, mən isə onun zənglərini yenə də cavablandırmırdım. Mən istifadə etdiyim mobil nömrəmi dəyişdim, əvvəllər istifadə etdiyim mobil nömrələrdən birini olan 070 *** ** ** nömrəni isə bibimin oğlu X4 verdim. Təxminən 1-2 ay sonra İlkin mənə məlumat verdi ki, ona verdiyim nömrəyə bir xanım zəng edir və məni axtarır. Mən İlkinin dediyi nömrənin Afaq olduğunu bildikdən sonra istifadə etdiyim 051 811 10 və 070 *** ** ** mobil nömrələrimdən birində Afaqın mobil nömrəsinə zəng etdim,.nömrəmdən Afaqı yığarkən #31# kodundan istifadə etmişdim. Mən Afaqla telefonda danışarkən o, mənə türk haqqında mənə danışdıqlarını xatırladıb dedi ki, həmin türk işlə bağlı Masallı rayonuna gəlib. Afaq onu da dedi ki, Masallıya təkrar gəlmək niyyətindədir, mən isə dedim ki, mənim onu qarşılamağa maddi imkanım yoxdur. Afaq isə dedi ki, bütün xərcləri özü çəkəcək, əsas odur ki, mən ona zəng edərək Afaqın təşkil edəcəyi qonaqlığa çağırım. Mən də razılaşdım, təxminən 3-4 gün sonra Afaq Masallıya gəldi, mən Afaqı Masallıda «Seybət» dairəsində qarşıladım və onun özünün istəyi ilə onu İstisu istirahət zonasındakı «Gölüstü» restoranına apardım.Afaq mənə türkün nömrəsini verdi və mənə dedi ki, həmin nömrə ilə əlaqə yaradım, mən isə onun mənim yanıma gəldiyi halda mənim nəyə görə türkü çağırmalı olduğumu dedim və əsəbiləşdim. Mən gecəni restoranın katejlərinin birində Afaqla keçirdim, bütün xərcləri Afaq qarşıladı. Həmin gün Afaqa anası Mahirə zəng edib ona hədə-qorxu gələrək polisə verəcəyini deyirdi, Afaq isə anası ilə kobud danışırdı. Səhəri gün anası yenə də Afaqla mütəmadi əlaqə saxlayıb, onu polislə hədələyirdi, buna görə də Afaq daha bir gün qalmaq istəmədi və Bakıya qayıtdı. Bir neçə gün sonra mən Bakı şəhərinə gəlməli oldum. Mən Afaqla telefon əlaqəsi yaratdım, ondan harada olduğunu soruşdum. o isə bacısının Sulutəpədəki evində olduğunu dedi. Mən Afaqla görüşmək üçün onu bacısıgildən götürdüm, bir qədər maşında şəhərin müxtəlif yerlərini gəzdik. Daha sonra 20 yanvar dairəsi həndəvərində ondan ayrıldım, mən bir neçə gün Bakıda qaldıqdan sonra Masallıya geri qayıtdım. Afaq mənim rayonda olduğumu bildiyi üçün mütəmadi mənimlə teelfonla əlaqə yaradırdı və bir dəfə mənə dedi ki, rəfiqəsi ilə birlikdə Astaraya baxıcı yanına getməlidir. Afaq dedi ki, baxıcının müştərisi çox olduğundan səhər saat 5-dən onun yanına gedib müəyyən növbə tutmalıdır, bu səbəbdən də onu və rəfiqəsini qarşılamaq üçün yolüstü Masallıda gecələməlidirlər. Mən maddi vəziyyətimin yaxşı olmadığını dedikdə, Afaq dedi ki, bütün xərci özləri çəkəcəkdir, sadəcə olaraq mən onları İstisu istirahət zonasındakı «Gölüstü» restoranına aparım. Mən də razılaşdım, Afaqn dediyi gün mən onları qarşılamaq üçün Masallının «Seybət» dairəsinin qarşısına çıxdım, Afaqın tək taksi avtomobili ilə gəldiyini gördüm, ondan rəfiqəsinin harada olduğunu soruşduqda Afaq,rəfiqəsinin Cəlilabaddakı tanışıgilə getdiyini dedi. Mən Afaqı adı çəkilən məkana apardım, gecəni bir yerdə keçirsək də aramızda heç bir intim münasibətlər yaşanmadı. Səhər saat 5 radələrində mən Afaqı «Seybət» dairəsinə gətirdim, təxminən 20 dəqiqə gözlədikdən sonra rəfiqəsinin Vaz 2104 markalı avtomobillə gəldiyini gördüm, onlar bərabər həmin avtomobillə Astara istiqamətində yola düşdülər. Çox sonralar mən Afaqdan rəfiqəsinin həmin gün harada gecələdiyini soruşduqda o, mənə Masallıya BMV markalı avtomobillə ilk gəlişini xatırlatdı və dedi ki, həmin BMV ımarkalı avtomobili idarə edən saçları ağarmış şəxs rəfiqəsi ilə birgə yaşayır və həmin gecəni rəfiqəsi onunla birgə keçirmişdi. Həmin görüşdən bir-iki sonrakı vaxtlaradək mən Afaqla telefonda bir neçə dəfə danışmışam, lakin həmin günlərdən sonra mənim Afaqla görüşlərim kəsildi və 2012-ci ilin sonu 2013-cü ilin əvvəlinədək onunla təsadüfü görüşdüyümüz anadək onu bir daha görmədim, həmin vaxt, yəni sonuncu görüşümüzdən 2 ildən artıq müddət keçdiyi bir vaxt mən Afaqla Diqlas ticarət mərkəzinin yaxınlığındakı parkda Afaqla təsadüfən rastlaşdım. Bir-birimizlə səmimi görüşdük və bir-birimizə əlaqə saxlamaq üçün nömrələrimizi verdik. Həmin gündən sonra biz bir-birimizlə teelfonla əlaqə yaratmağa başladıq, ilk görüşümüz isə metronun Gənclik stansiyasının yaxınlığındakı köhnə mehmanxanın arxası oldu. Orada görüşərkən Afaq mənə İlkin adlı biri ilə görüşüb tanış olduğunu, onun Rusiya Federasiyasından yenicə gəldiyini, ata-anasının isə onu qəbul etmədiyini, onun külli miqdarda vəsaiti olduğunu bildirdi və məndən köməklik etməyimi istədi. Onun məndən istəyi o idi ki, İlkinin pulu ilə yeni mağaza açmaq niyyətində idi, həmin mağazanı açmaq üçün bir qədər pula ehtiyacı var idi və həmin pulu məndən borc olaraq istəyirdi, məndən borc olaraq 10.000 manat istədi, mən də köməklik etməyə çalışacağıma söz verdim. Afaq həmin görüşdən sonra mənimlə tez-tez əlaqə saxlayırdı və məndən pul barəsində soruşurdu. Mən də Afaqa dedim ki, əgər istəyirsə mənim evim var, həmin evimə sənəd düzəldərəmsə evi satmaqla əldə edəcəyim puldan istədiyi qədər borc verə bilərəm. Afaq mənimlə sonrakı görüşlərində anası haqqında danışmağa başladı, onun sələmlə pul verdiyini, onunla bu səbəbdən münasibətlərinin pis olduğunu, anasının onun şəxsi həyatına müdaxilə etdiyini deyirdi. Afaq mənə təklif etdi ki, onun özünün pula ehtiyacı var, mən özümü onun iş yoldaşı kimi anasına təqdim edərəmsə, anası mənə pul verə bilər və bu yolla mən anasından alacağım pulu Afaqa verməklə ona köməklik edə bilərəm. Mən də Afaqın istəyi ilə bunu etdim. Mən həmin gün Afaqın verdiyi adresə gəlib özümü Afaqın iş yoldaşı kimi təqdim etdim və anası Afaqla əlaqə saxlayıb bunun həqiqət olub-olmadığın soruşdu. Bu Afaqın özünün planı olduğuna görə Afaq bunu təsdiq etdi və anası mənə 10 faiz sələmlə, 200 manat pul verdi. Həmin gün sonra mən Afaqın anası Mahirədən müxtəlif vaxtlarda əl yazma yazaraq sələmlə müəyyən qədər pullar alıb Afaqa verirdim, Mahirədən hər dəfə pul vəsaiti aldıqda mən ona yazılı qəbz verirdim. Mən Mahirədən ümumilikdə təxminən 4000 manat pul vəsaiti almışam və həmin pulu Afaqa vermişəm. Afaq isə həmin puldan mənə heç bir məbləğdə pul verməmişdir. Sonuncu dəfələrdə Mahirə mənə pul verərkən əvəzində girov əşya tələb edirdi, mən isə bu haqda Afaqa deyirdim, Afaq isə mənə mobil telefonlarımı verməyimi deyirdi. Mən iki ədəd mobil telefonumu Mahirəyə girov olaraq vermişəm və hazırda da həmin mobil telefonlar onda qalmışdır. Aldığım pulların isə Afaq tərəfindən ödənilmirdi. Bir dəfə Afaq mənə dedi ki, qeyri-rəsmi yaşadığı İlkinin pula ehtiyacı var, ona köməklik etmək niyyətindədir. Afaq mənə Elit ticarət mərkəzinin yanındakı lombarda anası Mahirənin Afaqın adına girov qpyduğu qızıl əşyaları var, həmin əşyalar lombardda bata bilər, anası həmin qızıllara görə bankdan 6.000 manat pul götürüb. Afaq dedi ki, onlarla banka gedib qızılları oradan çıxarmaq lazımdır və mən ona müəyyən qədər vəsait tapmaqda köməklik edim. Mən bir neçə dəqiqə sonra Afaqa 2000 manat pul tapdığımı dedim, Afaq isə pulun 4000 manat da tapılmasını xahiş etdi, mən isə pulu tapa bilmədiyim üçün 2000 manat pulu aldığım şəxsə pulunu geri qaytardım. Afaq mənimlə telefon əlaqəsi yaradıb məndən həmin 2000 manat pulu istəyərkən, mən pulu sahibinə geri qaytardığımı dedim. Bir gün sonra Afaq məni Elit ticarət mərkəzinin yanına çağırdı. Afaq mənə 6000 manat pulu göstərdi və onunla banka girməyimi xahiş etdi. Mən də Afaqla bərabər banka girdim. Afaq pulu banka ödəyib qızılları girovdan çıxardı və metronun Əhmədli stansiyası yaxınlığındakı Rəşad adlı şəxsin işlədiyi lombarda gəldi. Mən çöldə gözlədim. Təxminən bir neçə dəqiqə sonra Afaq əlində bir neçə predmetdə qızıl əşyası ilə geri döndü və üzərində 2500 manat pul da var idi. Mən nə baş verdiyini soruşduqda Afaq dedi ki, Elitdən götürdüyü qızılların bir qismini Rəşadın yanında lambarda girov qoyub və əvəzində 2500 manat pul götürüb, qalan qızıllar isə özündə qalıb. Afaq mənə dedi ki, guya həmin pul və qızılları o, yaşadığı evə verəcəkdir. Mən həmin vaxt Afaqdan borc olaraq pul issəm də, o, puldan heç bir məbləğdə pul vermədi. Bir neçə gün sonra Afaq mənə zəng edib onu feemar Əcəmi stansiyasına aparmağımı xahiş etdi. Mən də həmin ünvana apardım. Afaq lombardın birinin qarşısında düşdü, həmin ünvanı mən göstərə bilərəm. Afaq həmin ünvanda bir neçə sayda qızıl əşyalarını girova qoyub təxminən 900 manat pul götürdü. Mən yol nəqliyyat hadisəsi törətdiyimə görə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkdiyim vaxt qeyri-rəsmi yaşadığım Aynur adlı qadının vasitəsi ilə borc olaraq Afaqdan 1200 manat pul almışam, həmin pulu 200 manat və 1000 manat şəklində Mahirəyə ödəmişəm. xx.xx.2015-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişdən görünür ki, X7 298.00 manat məbləğində pulu Cavabdeh3 göndərmişdir. xx.xx.2015-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişdən görünür ki, İddiaçı2 980 manat məbləğində pulu X2 göndərmişdir. Azərpoçt MMC-nin ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 207 manat məbləğində pul göndərmişdir. Azərpoçt MMC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı1 Cavabdeh3 xx.xx.2015ci il tarixdə 199 manat məbləğində pul göndərmişdir. Azərpoçt MMC-nin ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 200 manat məbləğində pul göndərmişdir. Azərpoçt MMC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı1 X2 xx.xx.2015-ci il tarixdə 40 manat və xx.xx.2015-ci il tarixdə 39 manat; xx.xx.2015-ci il tarixdə 20 manat; xx.xx.2015-ci ildə 10 manat məbləğində pul göndərmişdir. Nizami rayon Pİ-nin İŞ-nin müsğəntiqi N.Osmanovun xx.xx.2022-ci il tarixli «cinayət işinin icraatına xitam veriməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2 Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı2 və anası İddiaçı1 məxsus 25.000 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq ona ödənilməsini istəyir. İddiaçı iddia tələbində ona və anası İddiaçı1 məxsus 25.000 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq ona ödənilməsini istəsə də, izahatında bildirmişdir ki, qızıllar və tələb olunan məbləğ anasına aiddir. Sadəcə sözügedən pul məbləğindən 1950 manatı Cavabdeh2, 3050 manatı isə Cavabdeh3 o özü şəxsən vermişdir. Tələb olunan qızılların hamısı onun tərəfindən Cavabdeh3 lombarda girov qoyması üçün verilmişdir. Hazırda iddiaçı iddiasını polisə müraciət əsasında aparılmış cinayət işi üzrə cavabdehlərin verdiyi izahatla, eyni zamanda məhkəməyə təqdim etdiyi əl yazısı olan qəbzlərlə və poçt vasitəsilə aparılmış ödəniş qəbzləri ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə vurğulayır ki, iddiaçı izahatında qızıllar və pulun anasına məxsus olmasına baxmayaraq cavabdeh şəxsən Cavabdeh2 1950 manat, Cavabdeh3 isə 3050 manat pul vəsaiti verdiyini bildirmişdir. İddiaçı2 həmin pulları müxtəlif üsullarla, yəni əlbəəl, köçürmə yolu ilə və taksi vasitəsilə verdiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı izahatında qalan 20000 manat pul vəsaitinin anasına məxsus olmasını və sonuncu tərəfindən cavabdehlərə verildiyini bildirdiyindən məhkəmə hesab edir ki, İddiaçı2 ümumiyyətlə həmin pul vəsaitlərini geri tələb etməkdə subyektiv hüququ yoxdur. 30000 manat məbləğində qızıl-zinət əşyalarına gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı anasına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaq üçün şəxsən Cavabdeh3 verdiyini və lombarddan götürülən pul vəsaitini sonuncuya verdiyini bildirsə də, bunu da məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Nizami rayon Pİ-nin İŞ-nin müsğəntiqi N.Osmanovun xx.xx.2022-ci il tarixli «cinayət işinin icraatına xitam veriməsi haqqında» qərarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehlərin hər ikisi ifadələrində Cavabdeh3 həbsdə olarkən sonuncu üçün 1200 manat borc götürdüklərini bildirmişlər. Buna münasibətdə, İddiaçı2 izahatında bildirmişdir ki, həmin pul vəsaiitini Cavabdeh2 atası Cavabdeh1 qəbzə imza atmaqla anası İddiaçı1 borc almışdır. Sözügedən pul məbləğinə münasibətdə də, məhkəmə hesab edir ki, iddiaçının anasına məxsus pul vəsaiti sonuncu tərəfindən başqa şəxsə borc verildiyindən iddiaçı həmin pulu tələb etməkdə də subyektiv hüquqa malik deyil. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi əl yazısı olan qəbzlərin surəti ilə bağlı qeyd edir ki, məhkəmə həmin qəbzləri sübut qismində nəzərə almır. Belə ki, əvvəla qeyd edilən qəbzlərin kserosurəti təqdim edilmişdir. Bundan əlavə həmin qəbzlərə baxdıqda açıqca qəbzlərin təhrik edildiyini müəyyən etmək olur. Bu səbəbdən məhkəmə qeyd edilən qəbzlərin mötəbərliyini şübhə altına alır və onların sübut kimi qiymətləndirilə bilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının təqdim etdiyi mədaxil qəbzlərinə münasibətdə isə qeyd edir ki, qeyd edilən qəbzlərin biri ilə İddiaçı2 tərəfindən X2 980 manat məbləğində pul vəsaiti göndərməsi, bir qismi ilə pul vəsaitlərinin iddiaçının anası İddiaçı1 tərəfindən X2 və Cavabdeh3 göndərilməsi müəyyən olunur. İddiaçı həmin pul vəsaitlərinin onun tərəfindən Cavabdeh3 göndərildiyini bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə hesab edir ki, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar