Məhkəmə qərarları › İş №2(010)-4288/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4288/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4288/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti (bundan sonra mətndə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti) Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 613 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 643.40 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində saat 21:05 radələrində Bakı şəhəri, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində Cavabdeh idarə etdiyi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “xxxxxxxxxxxxxx” minik markalı, **-JM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə X5 məxsus, X2 idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Suraxanı RPİ DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi (hazırki İXM-nin 327.6-cı maddəsi) ilə təqsirli tərəf kimi rəsmiləşdirilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə 613 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 4032/14 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən X5 avtomobilə dəymiş zərərə görə 613 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 613 manat məbləğində sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə cavabdehlər Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir. Ona görə də, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 613 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 manat dövlət rüsumunun Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə verərək ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin tərəfindən R Heydərova verilmiş sığorta ödənişinin cavabdehdən tələb olunması üzrə mülki hüquq münasibətlərinin 2014-cü ildə yarandığını, subroqasiya hüququnun delikt əsasında deyil, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi əsasında yarandığını və müqavilə tələbləri üzrə iddia müddətinin 3 il müəyyən olunmasını və buna görə də iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli İC AA 4032/14 №-li sığorta aktından görünür ki, X5 məxsus, X2 idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “xxxxxxxxxxxxxx” minik markalı, **-JM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2014-cü il tarixində 21:05 radələrində Bakı şəhəri, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 613 manat dəyərində müəyyənləşdirilmişdir. iş materiallarında olan PPT********** saylı 835387 seriyalı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünürki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti Cavabdeh məxsus **-JM-*** dövlət qeydiyyat nişanlı, “xxxxxxxxxxxxxx” markalı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən 613 manat məbləğində pul X3 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli inzibati xəta protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan ABN № 449835 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı “xxxxxxxxxxxxxx” markalı nəqliyyat vasitəsinin sahibi Standard Lizinq MMC-dir. İş materiallarında olan xx.xx.2013-cü tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X5 məxsus “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X6 etibarnamə əsasında vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh ünvanlanmış tələbnamədən görünür ki, xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol nəqliyyatı hadisəsi baş vermiş və həmin qəzadan yayınmışdır. Avtonəqliyyat vasitəsinin sahiblərinin icbari sığortası üzrə qəzada ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən X5 613 manat məbləğndə pul ödənilməsi barədə məlumat verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “xxxxxxxxxxxxxx” minik markalı, **-JM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 613 manat məbləğində maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X4 hesabına 613 manat məbləğində ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə keçdiyindən 613 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Chevrolet Aveo” minik markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 613 (altı yüz on üç) manat və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar