Məhkəmə qərarları › İş №2(010)-4289/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4289/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4289/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ qaydasında zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada subroqasiya hüququ üzrə 2543 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq «xxxx» ASC Sığorta Şirkətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» Sığorta Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, xx xxxxxxxx 2014-cü il tarixdə Cavabdeh1 idarəetmə və müvafiq etibarnamə olmadan Cavabdeh2 sahibliyində olan «xxxx» Sığorta Şirkəti tərəfindən «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin icbari sığorta» növü ilə sığortalanmış «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi «BMW X-5» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan vurmuşdur. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. xx xxxxxxxx 2014-cü və xx xxxxxxx 2014-cü il tarixli qiymətləndirilmə aktlarına əsasən dəymiş maddi zərərin ümumi məbləği 2543 manat dəyərində müəyyənləşdirilmişvə 2837/14 və 2838/14 saylı sığorta aktları tərib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablaşmaları həyata keçirildikdən sonra “xxxx” ASC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişlərə 2543 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra “xxxx” ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097, 1108.1-ci maddələrinə əsasən hər iki cavabdehə qarşı subroqasiya qaydasında iddia tələbi ilə müraciət etmək hüququ yaranmışdır. Bunlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vəxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək sığorta olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Suraxanı Rayon Məhkəməsinin 3(011)-717/2014 saylı inzibati işin qərarından müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyat hadisəsi törədərək «BMW X-5» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı və avtomobilə maddi ziyan vurmuşdur. O, bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.3-cü maddəsi ilə təqsirli bilinib 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan xx xxxx 2012-ci il tarixli «Fortis Consaltinq» şirkəti tərəfindən sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, «BMW X-5» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 1353 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 1353 manat X2 ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdə heç bir hüquqi və qanuni əsas olmadan idarə etdiyi Cavabdeh2 məxsus «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində «BMW X-5» markalı ** PJ *** dövlət qeydiyat nişanlı və «Mercedes Benz» markalı ** NN *** dövlət qeydiyat nişanlı avtomobillərə maddi zərər vurmuşdur. Qeyd olunan qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığorta aktlarına görə 2543 manat təşkil edən həmin zərərin əvəzi sığortaçı «xxxx» Sığorta Şirkəti ASC-ti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinə əsasən «BMW X-5» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz» markalı ** NN *** dövlət qeydiyat nişanlı avtomobillərə avtomobilərinin sahiblərinə ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi baş verdiyi zaman Cavabdeh2 mülkiyyətində olmuş və hazırda da onun mülkiyyətindədir. Beləliklə də, yuxarıda təsvir olunanlarla xx.xx.2014-cü ildə “xxxx” Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalanmış Cavabdeh2 məxsus olan və heç bir hüquqi əsas olmadan Cavabdeh1 tərəfindən idarə olunan «Hyunday Sonata» markalı ** ER *** avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərər iddiaçı “xxxx» ASC tərəfindən cəmi 2453 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ACS-nin subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir. Məhkəmə cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, hər iki cavabdehə qarşı iddia tələbi təmin edliməli və vurulmuş zərər müştərək qaydada sonunculardan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atam enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqi zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarını əsas tutmaqlda belə hesab edir ki, Cavabdeh1 yuxarıda şərh olunan yol-nəqliyyat hadisəsini törədərkən «Hyunday Sonata» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili hər hansı qanuni əsas olmadan idarə etmişdir. Həmin avtomoblin mülkiyyətçisi Cavabdeh2 tərəfindən adı çəkilən avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsinə dair har hansı bir sübut məhkəməyə təqdim edliməmişdir. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti həm həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2, həm də avtomobili qanuni əsaslar olmadan idarə etmiş Cavabdeh1 daşımalıdılar. Beləliklə də, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı «xxxx» Sığorta Şirkəti ASC-nin xeyrinə 2543 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 «xxxx» Sığorta Şirkəti ASC-nin xeyrinə müştərək qaydada 2543 manat vurulmuş zərərin əvəzi və 20 manat dövlət rüsumu tutulsun. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar