Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4290/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, X7 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti (bundan sonra mətndə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 1260 (bir min iki yüz altmış) manat manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1290,40 (bir min iki yüz doxsan manat qırx qəpik) ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta şirkəti tərəfindən AB 043675 №-li şəhadətnamə ilə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2014-cü il tarixində, saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X. Ələkbərov küçəsində toqquşmuşdur. Suraxanı rayonu DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2017-ci il tarixli 9/17-813 №-li Arayışa, xx.xx.2014-cü il tarixli BYP 658872 №-li Protokola əsasən **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş (yol-nəqliyyat hadisəsi yerindən yayınma) və AR İXM-in 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1260 manat dəyərində müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq, 127/14 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdənsonra Şirkət tərəfindən 1260 manat sığorta ödənişi **********05607 №-li xx.xx.2014-cü il tarixli Ödəniş tapşırığına əsasən zərərçəkənin bank hesabına tam olaraq köçürülmüşdür.Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1260 manat məbləğində sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AB seriyalı 355183 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “Opel Vectra” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. xx.xx.2010-cu il tarixli ƏN-İİ seriyalı 994602 №-li etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “Opel Vectra” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2060-cı il tarixinədək Cavabdeh1 idarə etmək üçün etibar etmişdir. Suraxanı rayon DYPŞ-nin xx.xx.2013-cü il tarixli BYP seriyalı 658872 saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2014-cü il tarixində 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X. Ələkbərov küçəsində toqquşmuşdur. Suraxanı rayon DYPŞ-nin xx.xx.2014-cü il tarixli BYP seriyalı 658872 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 151.3-cü maddəsinə əsasən (yol-nəqliyyat hadisəsi yerindən yayınma) cərimə edilmişdir. xx.xx.2014-cü il tarixli “X4 Department” tərəfindən həyata keçirilmiş baxış aktından görünür ki, hadisə nəticəsində **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə 1260 manat məbləğində zərər dəymişdir. xx.xx.2014-cü il tarixli 127/14 №-li sığorta aktından görünür ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2014-cü il tarixində 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X. Ələkbərov küçəsində toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1260 manat dəyərində müəyyənləşdirilmişdir. xx.xx.2014-cü il tarixli, **********05607 saylı ödəniş tapşırığına əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkmiş şəxs X1 hesabına 1260 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, **********05607 saylı ödəniş tapşırığına əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkmiş şəxs X1 hesabına 1260 manat pul vəsaiti köçürülmüşdür. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Suraxanı rayon DYPŞ-nin xx.xx.2013-cü il tarixli BYP seriyalı 658872 saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən **-HK-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2014-cü il tarixində 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X. Ələkbərov küçəsində toqquşmuşdur. Suraxanı rayon DYPŞ-nin xx.xx.2014-cü il tarixli BYP seriyalı 658872 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsinə əsasən (yol-nəqliyyat hadisəsi yerindən yayınma) cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd edilən norma mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyacaq şəxslərin dairəsini məhdudlaşdırmaqla, zərər vurulması anında yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahibliyi həyata keçirmiş şəxsin həmin mənbənin vurduğu ziyana görə məsuliyyətini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 olsa da, etibarnamə əsasında Cavabdeh2 “Opel Vectra” minik markalı avtomobil ilə **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2060-cı il tarixinədək Cavabdeh1 idarə etmək üçün etibar etmişdir. Bu hal isə vurulmuş ziyana münasibətdə Cavabdeh2 təqsirini istisna edir. Belə halda, iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə 1260 (bir min iki yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh1 iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4290/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4290/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver