Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-43/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı rayon MKTB-nin 62 saylı MKİS olmaqla vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh kanalizasiya (tullantı, çirkab) suyun axıdılması nəticəsində onun mənzilinə dəymiş 2000 (iki min) manat məbləğində zərərin və məhkəməyə müraciət üçün ödədiyi 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin üzərinə eyni zamanda mənzilə gələcəkdə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularının təmir edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzil 144462 №-li xx.xx.1998ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. 3 dekabr 2022-ci il tarixdə onun mənzilindən üst mərtəbədə yerləşən 75 saylı mənzildən suyun axması nəticəsində, onun mənzilinin dəhlizinə, sanitar otaqlarına, mətbəxinə və mətbəx məbəlinə ciddi ziyan dəymişdir. Onun mənzilindən yuxarıda 75 №-li mənzildə Cavabdeh yaşayır, qeydiyyatdadır və həmin mənzilin mülkiyyətçisidir. Cavbdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Bakı şəhəri, Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-nin 6 dekabr 2022-ci il tarixli Aktı ilə təsdiq olunur. 3 dekabr 2022-ci il tarixdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin 100-10605G-1222 №-li 5 dekabr 2022-ci il tarixli cavab məktubunda mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək suyun axıdılması nəticəsində dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Lakin xahişləri nəticəsiz qalmışdır.
Tərəflərin izahatları
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı bildirdi ki, hazırki iddia tələbini yalnız 2000 manat məbləğində ziyan məbləğinin cavabdehdən tutulmasını hissəsində müdafiə edir və iddia tələbini qalan hissədə müdafiə etmir. Əlavə olaraq bildirdi ki, hazırda onun evinə suyun axıntısı kəsilib. O, yalnız vurulmuş ziyan məbləğini tələb edir.
İş materialları
6. AR BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH, 144462 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 73 İddiaçı adına qeydiyyata alınmışdır.
7. Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-in 06 dekabr 2022-ci il tarixli aktından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 73-də yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və üst mərtəbədə yerləşən 75 saylı mənzildən onun mənzilinin dəhlizinə və sanitar otaqlarına axan su nəticəsində ciddi ziyan vurulduğu aşkar edilmişdir.
8. Suraxanı rayon MKTB-nin 62 saylı MKİS-in arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzil 75-də yaşayır.
9. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan (səh.10) xx.xx.2022-ci il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 26 ünvanında yerləşən iddiaçıya məxsus 73 saylı mənzilə həmin ünvanda yerləşən 75 saylı mənzildən su sızdığı müəyyən olunur. Lakin, cavabdehə məxsus məzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar aşkar edilmədiyindən su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır (Qərardadın 1 və 2-ci sualları üzrə). Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 26 ünvanında yerləşən, iddiaçıya məxsus 73 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılan təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun təqribən 2148.80 manat müəyyən olunur (Qərardadın 3-cü sualı üzrə).
İşin faktiki halları
10. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı onun mülkiyyətində olan mənzilə cavabdehin yaşadığı mənzildən su axıdılması nəticəsində ziyan vurulduğunu bildirir və hazırda həmin 2000 manat məbləğində ziyan məbləğininin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin 13 mart 2023-cü il tarixli iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə etmişdir ki, o, iddiaçıya mənzilin təmir-bərpa işlərini görülməsini təklif etmiş, lakin iddiaçı razılaşmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan (səh.10) xx.xx.2022-ci il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 26 ünvanında yerləşən iddiaçıya məxsus 73 saylı mənzilə həmin ünvanda yerləşən 75 saylı mənzildən su sızdığı müəyyən olunmuşdur. Lakin cavabdehə məxsus məzilin su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar aşkar edilmədiyindən su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır (Qərardadın 1 və 2-ci sualları üzrə). Məhkəmə qeyd edir ki, hazırki ekspert rəyindən də göründüyü kimi iddiaçıya məxsus olan mənzilə məhz elə cavabdehin yaşadığı mənzildən su sızması müəyyən edilmişdir. Eyni zamanda hazırki ekspet rəyindən o da müəyyən edilir ki, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 26 ünvanında yerləşən, iddiaçıya məxsus 73 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılan təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun təqribən 2148.80 manat müəyyən olunmuşdur. (Qərardadın 3-cü sualı üzrə). Məhkəmə eksper rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Lakin bununla belə, məhkəmə hazırki iddia tələbində münasibətdə qeyd edir ki, tələbdən göründüyü kimi iddiaçı cavabdehdən vurulmuş ziyana görə 2000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin yuxarıda qeyd olunan prosessual normasından da aydın olduğu kimi məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməli və cavabdeh Seyı̇ dova Səadət Meydan qızından vurulmuş zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilməlidir.
15. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə eyni zamanda mənzilə gələcəkdə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularının təmir edilməsi vəzifəsinin qoyulması” hissəsində münasibətdə qeyd edir ki, iddiaçı hazırki məhkəmə iclasında tələbi qeyd olunan hissədə zərurət aradan qalxdığına görə müdafiə etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Seyı̇ dova Səadət Meydan qızından vurulmuş zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilməli və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Seyı̇ dova Səadət Meydan qızından vurulmuş zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq iddiaçı Gülməmmədova Həqı̇ qət Binəli qızına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Seyı̇ dova Səadət Meydan qızından tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.