Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4344/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan borca almış olduqları 5500 manat pulu, bu müddət ərzində ona vurduqları mənəvi ziyana görə 500 manat olmaqla, ümumilikdə onlardan müştərək qaydada 6000 manat məbləğində pulun ödənilməsi və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı evin qonşuluğunda yaşamış olan qonşusu Asəf Əliyev və onun həyat yoldaşı Türkan Əliyeva 2023-cü ilin iyun ayında ona müraciət edərək, qısa bir müddətə qaytarmaq şərti ilə 10000 manat pula təcili ehtiyacı olduğunu söylədikdə, o da yaxınlarından ona həmin vəsaiti toplayıb, yaşadığı evdə təqdim etmişdir. Lakin, yaxın qonşu olmaları, həmçinin qarşı tərəfə olan etibarından ondan həmin borcu notariat qaydasında rəsmiləşdirməyə ehtiyac görməmişdir. Lakin, pulu Asəfə təqdim etdiyi zaman, aralarında mobil telefon vasitəsi ilə video çəkiliş aparmışlar. İyirmi gün sonra Asəf və onun həyat yoldaşı Türkan Əliyeva yenidən onun ünvanına gələrək, ondan əlavə olaraq 3000 manat borca pul istədilər. O da, onlara həmin pulu evindən vermişdir. O, onlarla arasında ümumi razılığa gələrək, 18 ay müddətində ayda 700 manat olmaqla borcu tam qaytarmalı idilər. Lakin, bu iki il müddətində Asəf və onun həyat yoldaşı Türkan Əliyeva ondan borca aldıqları 13000 manat pul vəsaitindən cəmi 4150 manat borc pul qaytarmışlar. İki aydan artıqdır ki, Asəf və onun həyat yoldaşı Türkan Əliyeva yaşayıqları evi satıb, Suraxanı rayonu, Hövsan qəsəbəsinə köçmüşlər. Asəf ona bildirmişdir ki, yaşadığı evi satmaqda məqsədi ona olan 8850 manat borcu qaytarmaq idi. Lakin, onlar evi satıb, onun borcunu ödəmədən yayınıb qaçmışlar. Eyni zamanda, telefon zənglərinə cavab vermirlər. Həmçinin, Asəf Əliyevin bacısı, Cavabdeh2 2023-cü ilin sentyabr ayında öz həyat yoldaşı Cavabdeh1 ilə birlikdə yaşadığı ünvana gəlib, ondan 5500 manat borc pul verilməsini xahiş edərək, ayda 500 manat ödəməklə pulu götürdülər. Onlar da, aldıqları 5500 manat borc puldan heç bir vəsait qaytarmamışlar. Borc pul vəsaitinin qaytarılması ilə bağlı o Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciəti üzrə 31-ci PŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-54-2/2- 2-4077/11/25 nömrəli məktubunda ona borclu olan şəxslərin izahatlarının alındığı və göstərilən xüsusatların mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Onun baxılmış olan müraciəti üzrə materialda borclu olan şəxslərin hər birinin fərdi alınmış izahatlarının surəti alınmışdır. Hər birindən alınmış izahatda, fərqli şəkildə izah verilsə də, ona olan borclarının etirafı, bəzi doğru olmayan əsaslarla da olsa, mübahisə yaradacaq qədər onlar tərəfindən sübutsuz ifadələri vardır. Belə ki, Cavabdeh1 Rəfail oğlu barəsində 31-ci PŞ-nə yazmış olduğu müraciətinə cavab olaraq, izahat vermişdir. O, izahatında özünün ondan 1500 manat pul vəsaitini aldığını, arvadı Cavabdeh2 ondan xəbərsiz Ötərxandan 3500 manat məbləğində pul aldığını etiraf etmişdir. Cavabdeh2 isə 31-ci PŞ-nə yazmış olduğu izahatında 2023-cü il tarixdə ondan 5500 manat məbləğində borca pul aldığını bildirmişdir. Onun Suraxanı RPİ-nin 31-ci Pş-nə etdiyi müraciəti üzrə, şöbənin PŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-54-2/2-Ə-4077/11/25 nömrəli məktubunda ona borclu olan şəxslərin izahatlarının alındığı və göstərilən xüsusatların mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunduğunu əsas götürərək, alınmış olan borc pulların ona qaytarılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Beləliklə o cavabdehlər Cavabdeh1 Rəfail oğlu və Cavabdeh2 ondan borca almış olduqları 5500 manat pulu, bu müddət ərzində ona vurduqları mənəvi ziyana görə 500 manat olmaqla, ümumilikdə onlardan müştərək qaydada 6000 manat məbləğində pulu tələb edir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh2 ona bildirmişdir ki, uşağı xəstədir, bu səbəbdən ondan 1500 manat pul almışdır. Ondan ikinci dəfə 2000 manat məbləğində, üçüncü dəfə 1000 manat və dördüncü dəfə 1000 manat məbləğində pul alınmış və ona demişdir ki, faizə pul götürmüş və həmin pula görə 600 manat məbləğində pul ödəyir. 1 gün sonra yenə 1000 manat məbləğində pul vermişdir, sonra yenə ona müraciət etmiş və maşını satacağını bunun üçün ona 1000 manat da pul verməyini istəmişdir. Cavabdeh ona hər ay 500 manat məbləğində pul verəcəyini bildirmişdir. O, cavabdehə pulu 2023-cü ilin sentyabr ayında, qalan məbləğləri isə həmin ilin oktyabr və noyabr aylarında vermişdir. Cavabdeh2 5500 manat məbləğdə puldan ona cəmi 1500 manat məbləğində pul qaytarmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ona pulu borc kimi deyil, faizlə birlikdə qaytarmaq məqsədilə verməmişdir. İddiaçı onu polis orqanına şikayət etmişdir. O, İddiaçı 5500 manat məbləğində pul almış,1500 manat məbləğində pulu ona qaytarmışdır. İddiaçı ayda 500 manat olmaqla pul qaytarmalı idi. Bu məqsədlə maaş kartını iddiaçıya vermişdir. Bundan əlavə avtomobili lombarda qoyduqlarını, 8500 manat məbləğində faizə pul qaytarmalı olduğunu və 4000 manat məbləğində isə borcunun olduğunu bildirmişdir.
5. Cavabdeh1 izahat verərək bildirmişdir ki, İddiaçı 2000 manat məbləğində pulu onun iştirakı ilə, pulun bir hissəsini isə qaynının yanında vermişdir. O hazırkı iddiaçı tərəfindən tələb olunan borc məbləğindən 4000 manat pul tələbini qəbul edir, belə ki, İddiaçı üç dəfə 500 manat məbləğində pul qaytarılmışdır.
İş materialları.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi 31ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazdığı müraciətə baxılmış, X7, X1, Cavabdeh2 izahatları alınıb və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur.
7. Cavabdeh1 Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə verdiyi izahatın surətindən müəyyən olunur ki, “Yuxarıda qeyd olan ünvanda yaşayıram. Cavabdeh2 həyat yoldaşıdır, təxminən 1 il bundan əvvəl X4 2000 nəğd pulu fazilə almışlar, həmən pula 1500 faiz ödəyəcəkdilər. Bundan başqa onun iştirakı olmadan 3500 faizə alıb. Həmən puldan 1500 qaytarıb, ümumilikdə Tərxana nəğd 4000 manat borcu var. Tərxan isə ondan 8500 manat tələb edir. Onların da o qədər imkanı yoxdur, ayda 200 manat pul ödüyəcəklər. O buna razılaşmır ayda 500 manatı ödəyə bilmir.
8. Cavabdeh Qasımova X5 RPİ-nin 31-ci polis şöbəsinə izahatının surətində göstərmişdir ki, “Mən həqiqətən yuxarıda qeyd olunan ünvanda yaşayıram. Qeyd edirəm Əsgərov X2 məni tanışım təxminən 2023 ilə Ötərxan 5.500 AZN pul borc almışam belə razılığa gəlmişəm hər ay 400+500 AZN ödəyəcəkdim. 3-4 ay ödədim sonra imkan olmadı ödüyə bilmədim”.
İşin faktiki halları.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 5500 manat məbləğində pul vəsaiti almışlar və İddiaçı cavabdehlər barəsində ərizə ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Qasımova X5 RPİ-nin 31-ci polis şöbəsinə izahat verərək 5500 manat pul vəsaitini almalarını və həmin pul vəsaitindən 1500 manat qaytarmalarını etiraf etmişlər.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
14. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 5500 manat məbləğində pul vəsaiti almışlar və İddiaçı cavabdehlər barəsində ərizə ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Qasımova X5 RPİ-nin 31-ci polis şöbəsinə izahat verərək 5500 manat pul vəsaitini almalarını və həmin pul vəsaitindən 1500 manat qaytarmalarını etiraf etmişlər.
15. İddiaçı tərəf polis şöbəsində verilmiş izahatları təqdim edərək tərəflər arasında real olaraq şifahi qaydada borc müqaviləsi bağlanmasını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
16. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
17. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfin polis idarəsində verdiyi izahatlarını təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 5500 manat pul vəsaitini cavabdehlərə verdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, cavabdehlərin polis idarəsində pul vəsaitinin iddiaçıdan alması ilə bağlı olaraq verdiyi izahatlar da bu halı təsdiq edir.
18. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
19. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.
20. Məhkəmə hesab edir ki, borc müqaviləsi tərəflər arasında yazılı qaydada bağlanmasa da, hər iki tərəf 5500 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdeh tərəfə verilməsini etiraf edir. İş materiallarında pul vəsaitinin cavabdehlər tərəfindən alınması sübut olunsa da, hazırkı halda həmin pul vəsaitinin iddiaçıya qaytarılması barədə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfindən pul vəsaitinin alınması ilə bağlı etirafını təqdim etmişdir.
21. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanma nəticəsində aldıqlarını iddiaçıya geri qaytarmalıdır.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
23. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi - 60 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4000 manat pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 25.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4000 (dörd min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova