Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4366/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə, Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə, Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz cinayət təqibi nəticəsində ona vurulmuş *0000 (on min) manat maddi və 30000 (otuz min) manat mənəvi zərərin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə o, Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsu üçün bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi-4,*60 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi *,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 08 yanvar *0**-ci il tarixdə saat *8:40 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, *4 iyul küçəsində yerləşən “Araz” supermarketin qarşısında saxlanılaraq Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 4* ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi-4,*60 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotikn vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi *,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi üçün ona Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli hökmünə əsasən ona Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə bəraət verilmişdir. Suraxanı rayon Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, ona Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə bəraət verilməsinə dair Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *5 iyul *0**-ci il tarixli və *(*0*)-**84/*0** saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş və bəraət almış şəxs onun barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. O, qanunsuz olaraq *0 gün polisin müvəqqəti saxlama yerində saxlanılmış, o, *-ci qrup əlildir ona həyatını tənzimləyən dərmanların verilməsinə və evinə məlumat verilməsinə belə icazə verilməmişdir. Sonradan ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. O və ailəsi iki ilə yaxın müddət ərzində güclü sarsıntı və həyəcan keçirmiş və bu sonuncu Ali Məhkəmənin qərarı qəbul edilənə kimi davam etmişdir. Qohumları, yaxın qonşuları, dostları arasında nüfuzdan düşmüş və işgüzar nüfuzuna xələl gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı barəsində əsassız cinayət işi başlanılmış, o əsassız olaraq cinayət təqibinə məruz qalmış və 8 gün müddətinə qanunsuz olaraq həbs olunmuşdur. Bunun nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Belə ki, onun mülkiyyətində ağ rəngli avtomobili olmuşdur və o, həmin avtomobili icarəyə verərək pul qazanırdı. Lakin həmin avtomobili *3000 manat məbləğində satmaq məcburiyyətində qalmışdır. Bundan əlavə o iki il ərzində istintaq altında olmuş, onun barəsində qanunsuz cinayət təqibi başlanmış və o qanunsuz olaraq istintaqa və məhkəməyə çağrılmışdır. Bununla da o ailəsi, yaxın qohumları, dostları, tanıdıqları arasında nüfuzdan düşmüş, şərəf və ləyaqəti ləkələnmişdir. Onun himayəsində doqquz övladı vardır və bu müddət ərzində o övladları ilə də maraqlana bilməmiş, onların təlim-tərbiyəsi ilə məşğul ola bilməmişdir. Qanunsuz cinayət təqibi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarından göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiaları təmin edilə bilməz. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla bağlı bildirir ki, analoji məhkəmə işlərində həbs qətimkan tədbiri seçilməyən iddiaçıya mənəvi ziyanın dəyməsi əsassız hesab edilmişdir. İddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də ağlabatan deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə bəraət verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *5 iyul *0**-ci il tarixli *(*0*)-**84/*0** nömrəli qərarından görünür ki, bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarından görünür ki, İddiaçı barəsində 08 yanvar *0**-ci ildən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin *5 yanvar *0**-ci il tarixli 4(0*0)-*5/*0** nömrəli qərarından görünür ki, İddiaçı barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarı ilə seçilmiş 04 ay müddətinə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli xüsusi qərarından görünür ki, Suraxanı rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi X*, Suraxanı rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X4 və Suraxanı rayon Polis İdarəsinin NMB-nin rəisi X3 məsuliyyətləri barədə məsələni həll etmək üçün hazırkı xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.*-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının *6-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **.*-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ** və *3-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 3*.05.*00*-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin **.*-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi **.04.*0*0-cu il tarixli qərarının *83-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə *6 iyul *007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart *008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin **0*.*.-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bu Məcəllənin **0*.*.-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin **0*.*-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanunu təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *34.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, sonradan onun əməli istintaq orqanı tərəfindən *34.*-ci maddəsinə tövsif olunaraq məhkəməyə verilmişdir. Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə bəraət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)- 75/*0** nömrəli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *5 iyul *0**-ci il tarixli *(*0*)-**84/*0** nömrəli qərarı ilə bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarı ilə İddiaçı barəsində 08 yanvar *0**-ci ildən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon Məhkəməsinin *5 yanvar *0**-ci il tarixli 4(0*0)-*5/*0** nömrəli qərarı ilə İddiaçı barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarı ilə seçilmiş 04 ay müddətinə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İddiaçı 08.0*.*0**-ci il tarixdən tutulmuşdur. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının 30 000 manat mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr *008ci il tarixli 7 nömrəli qərarının *-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X* Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından iddiaçının mənəvi sarsıntı keçirməsi və fiziki əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə onun azadlığının məhdudlaşdırılması ilə əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 30 000 manat dəyərində qiymətləndirir. Plenum qərarının *0-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin 5 000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində iddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğundan, bu hal onun əsəb gərginliyi keçirərək, psixo-emosional vəziyyətinin pisləşməsinə və onun şüurunda mənfi reaksiyaya səbəb olmasına və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan 5000 manat mənəvi zərər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin **7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **6-**0, **7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin olunsun. Qanunsuz cinayət təqibi nəticəsində 5000 (beş min) manat məbləğində mənəvi zərər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4366/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4366/2022
26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver