Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4375/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Canavşir oğlundan ondan borc aldığı 30000 manat həmin məbləğdə pulun 3 ildə əldən çıxmış faydaya görə 8550 manat və mənəvi zərərə görə 20000 manat olmaqla cəmi 58550 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Cavançir oğlu 05 avqust 2020-ci il tarixdə Bakı şəhərində yaşadığı binanın qarşısına gəlib iddiaçıya yalvararaq Rusiya Federasiyasından satexnika malları gətirmək üçün pula ehtiyacı olduğunu, 30000 manat pulunun çatmadığı, ona kömək etməyini, ona 30000 manat məbləğində borc pul verməyini, malları gələn kimi pulunu verəcəyini bildirmişdir. O da Cavabdeh inanıb, həmin günü Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşadığı binanın qarşısında tanışı X1 və Cavabdeh iştirakları ilə 05 avqust 2020-ci il tarixli üzləşmə aktı yazaraq 30000 manat məbləğində pulu Cavabdeh özü şəxsən imza etdi, şəxsiyyət vəsiqəsinin surətini ona verdi və öz imzası ilə təsdiq etdi ki, həqiqətən ondan 30000 manat məbləğində pulu borc almışdır. Həmin vaxt Cavabdeh ilə danışıb razılaşdılar ki, Cavabdeh 3 ay müddətində onun 30000 manat pulunu qaytaracaqdır. Lakın, bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə ondan borc adı ilə aldığı 30000 manat pulu qaytarmaqdan imtina etdi. Əvvəlcə Cavabdeh ona, qardaşının Şabran rayonunda torpaq sahəsi olduğunu, onu satıb pulunu qaytaracağını demişdir. Cavabdeh hətta həmin torpaq sahəsinin çıxarışını da ona mobil telefonla göndərmişdir. Ancaq bundan sonra müxtəlif bəhanələrlə onu aldadaraq ondan borc aldığı 30.000 manat pulunu ona qaytarmaqdan imtina etdi. Bundan sonra o Cavabdeh ilə razılaşmış və “Kapital Bank”-dan 5500 manat krediti götürdü. İddiaçı bankdan götürdüyü 5500 manat məbləğində krediti cvabdeh Cavabdeh verdiyi 30000 manatı tamamlamaq üçün bacısı Solmaz Bayramovadan borc almışdır. Lakin, Cavabdeh 2 ay həmin krediti ödəsə də, sonra krediti banka ödəmədi, həmin krediti də o banka özü ödəmişdir. Ona görə də, o məcbur olub, Cavabdeh ona qarşı törətdiyi qanunsuz əməlinə görə 16 mart 2023-cü il tarixli şikayət ərizəsi ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Onun Cavabdeh verdiyi şikayət ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən araşdırma aparıldı, Cavabdeh ilə aranızda olan mübahisə mülki xarakterli olduğundan və təhqiqatçı tərəfindən şikayət üzrə 8 may 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh 5-ci polis bölməsində araşdırma zamanı borcunu qisa müddətdə ödəməyi vədd etsə də, yenə də vəddinə əməl etməmişdir. İddiaçı yaşlı olduğunu, Cavabdeh 3 il ərzində onun 30000 manatını vermədiyinə görə səhətində çoxlu problemlər yarandığını, maddi sıxıntı və mərhumiyyətlərə düçar oldu, himayəsində olan bacısı X10 onkoloji xəstədir, müalicəsinə və dərmanlarına külli miqdarda pul lazımdır. O məcbur qalıb, yenidən “Kapital Bank”-dan 5000 manat kredit götrmüş, aldığı pensiyadan da ayda 272 manat həmin kreditə ödəyir. Lakin, Cavabdeh bunların hamısını bilə-bilə onun ona inamından sui-istifadə etdi, onun üçün külli miqdar olan 30000 manat pulunu hər dəfə vədlərlə onu aldadaraq qaytarmaqdan imtina etmişdir. O, özü İİ qrup əlildir. Əfqanıstan müharibəsi veteranıdır, birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Füzuli şəhərindən məcburi köçkündür. Yuxarıda şərh olunanlara əsasən, hesab edir ki, Cavabdeh ondan borc aldığı 30000 manat, həmin pulun 3 ildə əldən çıxmış faydasına görə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi illik 9,5 % olmaqla (yəni 2850 x 3 il = 8550) 8550 manat ona pul ödəməlidir. Bundan Cavabdeh qanunsuz əməli nəticəsi o, və ailə üzvlərinin hədsiz dərəcədə mənəvi əzablar və iztirablar çəkmiş, mülkiyyət hüquqlarını pozmuş, özü və ailəsi maddi və mənəvi mərhumiyyətlərə düçar olmuş, bunun nəticəsində o və ailə üzvləri hədsiz əzab və izdirab çəkmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında münasibətlərin 05 avqust 2020-ci il tarixinə uyğun olduğunu, tələb etmə üzrə iddia müddətinin bitdiyini görə iddia müddətinin tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək cavabdehin onun pulunu mənimsədiyini, ona inandığı üçün notariat qaydada vermədiyini, cavabdehin dəfələrlə pulu qaytaracağına söz verdiyini halda pulu qaytarmadığını bildirmişdir. Həmçinin, cavabdehin götürüdüyü puldan 1500 manatını qaytardığını bildirmişdir. İddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı tələbi təmin oluna bilməyəcəyini, yeganə sübut üzləşmə aktı olduğunu və həmin akt borc kimi ya tapşırıq kimi qiymətləndirilməsi məlum olmadığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixli aktı borc müqaviləsi kimi nəzərdə tutulsa, tələbetmənin 3 il müddəti artıq keçdiyini iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş 370778 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı həmin tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. “Üzləşmə aktı” adlı sənədində qeyd yazılır: “Mən İddiaçı avqust ayı yəni: 05.08.20-ci ildə Cavabdeh (AA*******) xx.xx.1977-ci il təvəllüdlü) mənə dedi ki, Rusyadan mal vururam 30000 manatım çatmır, mənə kömək elə (otuz min manat) mallarım gələn kimi pulunu verəcəm.” İddiaçı, Cavabdeh, X4 imzaları ilə təsdiq ediblər. “Mən Talıbov X3 mal vurmaq üçün İddiaçı 30000 azn aldım və həmin pulu 2-3 ay müddətinə qaytaracağıma söz verdim. Yazdığımı imzamla təsdiq edirəm.” Cavabdeh, İddiaçı X4 öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrin çıxarışından görünür ki, Dəvəçi rayonu, Əmirxanlı kəndində yerləşən 0.40 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GTKR4571121A116 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, İddiaçı 5550 manat məbləğində kredit illik 16 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli GTKR1811277B125 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, İddiaçı Bayra oğluna 5680 manat məbləğində kredit illik 21,5 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixindən çıxarışdan görünür ki, X8 həmin klinikada qeydiyyatda olmaqla, sol süd vəzinin bədxassəli xərçənq diaqnozu qoyularaq müalicə alır. 16 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə öndərilmiş şikayət ərizəsindən görünür ki, İddiaçı inanımdan sui-istifadə edərək, ondan 30000 manat pulun dələduzluq yolu ilə ələ keçirib mənimsəyən Cavabdeh Çavanşir oğlunun barəsində Azərbaycan Reszpublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə cinayət işinin başladılmasına və ona vurduğu 30000 manat maddi ziyanın ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi verilən şikayətlə bağlı araşdırma aparıldığı və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, toplanmış materiallar üzrə cinayət işinin rədd olunması və İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması bildirilmişdir. Qərarın təsvir hissəsində göstərilmiş Cavabdeh izahatından görünür ki, o, İddiaçı mallar gətirməsi üçün 30000 manat borc pul istəmişdir. Malları satdıqdan sonra pulunu qaytaracaqdır. İddiaçı onla razılaşmışdır. Pandemya olduğu üçün malları gətirə bilməmişdir. Akifdən aldığı pulu İran vətəndaşı olan Qurban adlı şəxsə verməklə məqsədi santexnik malları gətirmək olmuşdur. Pulu ona Sədərək ticarət mərkəzində vermişdir. Daha sonra onun Qurban adlı şəxslə əlaqəsi kəsildiyi üçün İddiaçı aldığı pulu ona geri qaytara bilməmişdir. Sifarış verdiyi mallar isə gəlib çıxmadığından İddiaçıa borcu qalmışdır. Aldığı pulu qisa müddətdə qaytaracağı bildirmişdir. 14 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinə iddiaçının nümayəndəsi X11 tərəfindən verilən sorğu məktubundan görünür ki, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh hansı ünvanda qeydiyyatda oması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilən CD-diskdə iddiaçının dediyinə görə səs Cavabdeh səsidir. Həmin səs yazısında deyilir ki, köməkli göstəriləcək, daha doğrusu borc qaytarılacaq. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir... Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10. Məhkəmə baxışının aşkarlığı ...10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.... Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:... 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin.
3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı. ... 4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Belə ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 05 avqust 2020-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Yuxarıda sadalanmış mülki qanunvericiliyin müddəalarına əsasən, həmin sənəd hər iki tərəf tərəfindən imzalanmış, bütün mühüm şərtləri özündə əks etdirən yazılı əqddir. Nəzərə alaraq ki, 2020ci ildə qüvvədə olan mülki qanunvericiliyin müddəalarına görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox idisə, borc müqaviləsi yazılı formada bağlanmalı idi, iddiaçı və cavabdeh arasında imzalanmış sənəd – yazılı şəkildə bağlanmış borc müqaviləsidir. Sənədin “üzləşmə akt” kimi adlandırılması onun borc müqaviləsi olmasına və etibarlılığına təsir etmir. Belə ki, məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Eyni zamanda, cavabdeh üzləşmə aktında (müqavilədə) olan imzasını mübahisələndirməmiş, bununla da, üzləşmə aktını olduğu kimi qəbul edilməsini təsdiq etmişdir. Üzləşmə aktından (borc müqaviləsindən) görünür ki, Cavabdeh İddiaçı Rusiyadan mallar almaq məqsədi ilə 30000 manat pul borc almışdır. Bu borca heç bir faiz hesablanmır və Cavabdeh xx.xx.2020-ci il tarixdə həmin borcu 2-3 ay müddətinə qaytarmaq öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh pul verilmişdir. Tərəflər arasında olan müqaviləyə (üzləşmə aktına) əsasən müəyyən öhdəliklər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Borcalan Cavabdeh üzərinə düşən öhdəliyi pozmuş, onu lazımınca icra etməmiş, İddiaçı qaytarmalı olan borcu tam və vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan alınan pulu təyin edilmiş müddət ərzində qaytarmamaqla öhdəliklərini yerinə yetirməmişdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. İddiaçının ifadələrinə görə, borclu olan cavabdeh yalnız iki ildən sonra 1500 manat pulu ona qaytarmışdır. Bununla da, iddiaçıya qaytarılmamış əsas borc məbləği 28500 kimi müəyyən edilməlidir. Müqavilədə (üzləşmə aktında) borcun qaytarılması üçün 2-3 ay müddət nəzərdə tutulmuşdur, lakin artıq 3 il müddətin keçməsinə baxmayaraq, borc tam və vaxtında qaytarılmamışdır. Bununla da, iddiaçı əldən çıxmış faydanın tələb etməsində də haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, əldən çıxmış faydanın həcmi müəyyən edilərkən, Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş müddəaları əsas götürülürək hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin (xx.xx.2023-cü il tarixinədək olan redaksiyada) 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər, lakin məhkəmə hesab edir ki, hesablaşmalar bank uçot dərəcəsi ilə deyil, gecikdirilmiş vaxt üçün illik 5% ilə aparılmalıdır, çünki bank uçot dərəcəsi ilə hesablaşmaların aparılması üçün iddiaçı tərəfindən heç bir sübut iş materiallarına əlavə olunmamışdır. Müqavilə xx.xx.2020-ci ildə 2-3 aylıq müddətinə bağlanmış və son ödəniş müddəti xx.xx.2020-ci il tarixə düşürdü. Müqavilədə faiz nəzərdə tutulmadığından, illik 5% xx.xx.2020-ci il tarixindən sonra hesablanmalıdır. Belə ki, 1-ci il üçün qaytarılmamış məbləğ – 30000 x 5 % = 1500, 2-ci il üçün qaytarılmamış məbləğ – 30000 x 5 % = 1500, 3-cü il üçün qaytarılmamış məbləğ – 28500 x 5 % = 1425. Toplam 3 ilə görə qaytarılmamış məbləğinin 5 %-i 4425 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən əldən çıxmış fayda kimi 4425 manat tutulub iddiaçıya ödənilməlidir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə qeyd etməyə zəruri hesab edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə xx.xx.2020-ci ildə 2-3 aylıq bağlanmış və son ödəniş müddəti xx.xx.2020ci ilə düşürdü. Deməli, iddiaçı öz hüququnun pozulduğunu yalnız xx.xx.2020-ci il tarixindən sonra bilə bilərdi. Həmçinin, iddiaçı 16 mart 2023-cü il tarixində hüquq-mühafizə orqanlarına müraciət etmiş və xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı almışdır. Həmin qərarın təsvir hissəsində göstərilmiş Cavabdeh izahatlarından görünür ki, o, 30000 manat borcu etiraf etmiş və qaytaracağını bildirmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə iddia müddəti tətbiq edilməməlidir. İddiaçı tərəfindən mənəvi zərərə görə tələb olunan 20000 manat məbləğində pul, mənəvi zərərin vurulması sübut olunmadığından, təmin edilə bilməz. Belə ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Həmçinin, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Lakin, iş materiallarında mənəvi zərərin vurulmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alındığından, məhkəmə hesab edir ki, 188,78 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıdan aldığı 28500 manat borc və həmin məbləğə hesablanan 3 illik əldən çıxmış faydaya görə 4425 manat olmaqla, cəmi 32925 manat məbləğində pul tutularaq iddiаçı İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan aldığı 28500 manat borc və həmin məbləğə hesablanan 3 illik əldən çıxmış faydaya görə 4425 manat olmaqla, cəmi 32925 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 188,78 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva