Məhkəmə qərarları › İş №2(010)-44/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-44/2025

08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-44/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bəhrəli oğluna, Cavabdeh3, Cavabdeh1 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evin daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 Bəhrəli oğlunun adına qeydə alınmasına dair 25 aprel 2019-cu il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməsi, V159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 və 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərin ləğv edilməsi, Cavabdeh3 və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qeydə alınmış 29 aprel 2019-cu il tarixli “Miras payın bağışlanması Müqaviləsi”nin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin və bu barədə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar