Məhkəmə qərarları › İş №2(010)-4419/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4419/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4419/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Cavabdeh MMC etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC qarşı mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MMC” qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərər görə 20000 (iyirmi min) manat maddi zərərin ödənilməsi, cavabdeh tərəfindən ödənişli təhsil xidmətlərin göstərilməsinə dair müqavilələrin tərtibində Dövlət dili haqqında və istehlakçıların müdafiəsi haqqında Qanunlarına riayət edilməsina dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 2018-ci ildə Cavabdeh MMC” 1-ci sinifdə ümumi təhsil almağa başlamış, 2020-ci ildə həmin məktəbin 3-cü sinifində təhsilini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında növbəti tədris ili üçün təklif olunan müqavilədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən dəyişikliyin edilməsi tələbi ilə elektron poçt vasitəsi ilə məktəbə müraciət etmiş, lakin müraciət nəzərə alınmamışdır. Beləliklə də, 2021-ci ilin yanvar ayına kimi qarşılıqlı yazışmalar davam etmişdir. Təklif olunan dəyişiliklərin edilməməsi və bununla da oğlunun təhsil almasının 2021-ci ilin yanvar ayında qanunsuz məhdudlaşdırılması istehlakçı olaraq onun hüquqlarının qanunsuz pozmaqla yanaşı oğlunun təhsil hüququnun pozulmasına səbəb olmuşdur. Oğlunun yaşını, hələ uşaq olduğunu nəzərə alaraq onun psixologiyasında gərginlik yaratmasına səbəb olacaqdır. Bundan əlavə tədris ili başlanmasından 3 ay sonra oğlunun digər bir məktəbdə təhsilini davam etdirməsi, pandemiya dövründə məktəb dəyişməsi ilə əlaqədar təşkilatçılıq və inzibati məsələlərin razılaşdırılması və həlli, eyni zamanda həmin məktəbə uyğunlaşması psixologiyasında əlavə gərginliyə səbəb olacaqdır. İstehlakçı olaraq, qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət olunmuş və bu müraciət araşdırılaraq Xidmət tərəfindən məktəbə müvafiq məktub göndərilmiş və orada “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqlarına malikdilər və buna təqsirli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdəö tutulmuş qaydada məsuliyyət daşıyırlar. Eyni zamanda 05 aprel 2021-ci il tarixində X3 tərəfindən məsələ ilə bağlı müraciət edilmiş və cavab məktubda məktəb direktorunun hərəkətləri tənqid edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı tələblərinin hüquqi əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 12-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6, 22-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum qərarının mənəvi zərərin ödənilməsi ilə bağlı müddəlarına istinad etmişdir. Məhkəmə iclasında İddiaçı, eləcə də onun nümayəndəsi qismində izahat vermiş vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək yazılı etirazını məhkəməyə təqdim etmişdir. İddiaya etirazda qeyd olunmuşdur ki, iddiaçı məktəbin verdiyi xidmətlər barədə dolğun və düzgün məlumat almadığını qeyd edərək onun istehlakçı hüququnun pozulmuş olduğunu bildirsə də, məktəb onunla müqavilə danışıqları zamanı qanunvericiliyin hər hansı müddəasını pozmamış və qanunla tərəflərə tanınan bütün hüquq və vəzifələr qorunmuşdur. İlk olaraq İddiaçı oğlunun təhsil alması ilə bağlı Məktəblə 2018-2019 və 2019-2020-ci təhsil illəri üzrə eyni mətndə tərtib olunmuş müqavilələr imzalanmış, övladı həmin təhsil illərində Məktəbdə təhsil almış və Məktəbin verdiyi təhsil xidmətlərinin keyfiyyətindən hər hansı formada narazı olmamışdır. Eyni zamanda, məktəb Azərbaycan Respublikası və beynəlxalq səviyyədə tanınan təhsil müəssisəsi hesab olunmaqla həm müqavilədə, həm məktəb tərəfindən valideynlərə təqdim olunan broşurlarda və kitabçalarda, həm də rəsmi internet səhifələrində məktəbimiz və təhsil sistemi haqqında ətraflı məlumatlar verilmişdir. Bundan əlavə, İddiaçı artıq 2 (iki) təhsil ili övladını məktəbdə oxutmaqla məktəbin xidmətlərindən faydalanmış və bütün məlumatları (o cümlədən, fənlərin siyahısı) valideynlərə "giriş kodu" verilən Məktəbin xüsusi onlayn portalından almışdır (bununla bağlı email yazışmaları və portalın görünüşünü əks edən çıxarışları qoşmaya əlavə edilir). Həmçinin, qanunvericilik bu cür məlumatların yalnız və yalnız tərəflər arasında imzalanan müqavilədə verilməli olduğunu qeyd etmir və məlumatların istənilən formada ötürülməsi qəbul edilir. İddiada qeyd ediliir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçının həmin orqana etdiyi istehlakçı hüququnun pozulması haqqında müraciətini araşdıraraq, onun haqlı olduğu məktubla bildirilmişdir. Halbuki, iddiaçı belə bir məktub iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, Xidmət iddiaçının haqlı olduğunu təsdiqlədiyi halda cavabdehi hansı səbəblərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məzəlləsinin 453-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etməməsi sual yaradır. "X8 Məktəbi" MMC özəl ümumtəhsil müəssisəsi olduğu üçün hər təhsil ili üçün şagirdlərin valideynləri ilə "Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında" Müqavilə imzalanması ilə təhsil xidmətləri göstərilir. İddiaçı ilə 2018-2019 və 2019-2020-ci təhsil illəri üzrə müqavilə əsasında övladına təhsil verilmiş, iddiaçı 2020- 2021-ci təhsil ili üzrə nəzərdə tutulmuş müqaviləni zamanında imzalamamış, buna baxmayaraq övladın təhsilində geriləməməsi üçün məktəb olaraq humanist addım atılmış və iddiaçınin övladı məktəbə çağırılmış, dərslərinə davam etmiş, eyni zamanda da iddiaçı ilə müqavilənin imzalanması və təhsil haqqının ödənilməsi tələb olunmuşdur. Lakin iddiaçı övladı təhsil aldığı 4-5 ay müddət ərzində müqaviləni imzalamaqdan dolayı yolla imtina etmiş, belə olduğu təqdirdə özəl ümumtəhsil müəssisəsi olaraq valideyn tərəfindən təhsil haqqısı ödənilməyən şagirdlə yollarını ayırmaq məcburiyyətində qalmışlar (bu barədə valideynə xəbərdarlıq məktubunu email vasitəsi ilə göndərmişlər). Özəl ümumtəhsil müəssisəsi olaraq şagirdlərini itirmək həm maddi, həm də işgüzar nüfuzlarına ziyan olaraq heç istəmədiklərindən və ən son olaraq məcbur qaldıqları haldır. Hazırki vəziyyətdə İddiaçı tərəfindən "Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında" Müqavilə imzalanacağı, mövcud borc və təhsil haqqı ödəniləcəyi təqdirdə övladının təhsilinin davam etdirilməsində maraqlıdırlar. İddiaçının övladının təhsil hüquqlarının pozulmasını bildirərək, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanununun 22-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən, uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. İddiaçı övladını dövlət məktəbinə qoymamaqla və özəl məktəbdə təhsil haqqını ödəməməklə şagirdin dərslərdən kənarlaşdırılmasına valideyn kimi özü səbəb olmuşdur. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikası qanununun 5.4-cü maddəsində göstərilir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsil alan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki çəkməsi anlayışıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi ziyan tələbi ilə bağlı iddiaçı mənəvi ziyanın nədə ifadə olunmasını izah edə bilmədiyindən, cavabdehin hərəkətləri ilə ziyanın vurulması arasında səbəbli əlaqənin olmasına dair sübut təqdim etmədiyindən, ziyanın vurulması ilə bağlı dəlillər gətirdiyindən, iddiaçı bu hissədə öz tələbini əsaslandıra və sübut edə bilmədiyindən iddia tələbi əsassızdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmonti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşarfakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Odur ki, İddiaçı cavabdeh "X8 Məktəbi" MMC-yə qarşı «maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarımasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinə etirazda qeyd olunanları təsdiq edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş Azərbatcan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı 08 sentyabr 2021-ci il tarixdə Komitəyə şikayət ərizəsi ilə müraciət göndərmiş və və həmin məktuba mahiyyəti üzrə baxılaraq Komitə bu nəticəyə gəlmişdir ki, iddiaçının azyaşlı övladının təhsil almaqdan kənarlaşdırılması onun təhsil almaq hüquqlarını pozmuşdur. Bu baxımdan onun həmin məktəbə qarşı iddia tələbini Komitə əsaslı hesab edir. Məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, cavabdeh olan “Sabis Sun” təhsil müəssisəsi istehlakçı olan iddiaçının göstərilən xidmətlə məlumat almaq hüquqlarını pozduğuna görə iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslıdır. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, 3-cü şəxslərin iddia əizəsi üzrə müvqeyini dinləyərək və işin faktiki hallarını və işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, tərəflərin izahatları, işin materialları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən 2020-ci ilin oktyabr ayında növbəti tədris ili üçün təklif olunan müqavilədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən dəyişikliyin edilməsi tələbi ilə elektron poçt vasitəsi ilə məktəbə müraciət etmiş və 2021-ci ilin yanvar ayına kimi qarşılıqlı yazışmalar davam etmişdir. İddiaçı 2020-2021-ci təhsil ili üzrə nəzərdə tutulmuş müqaviləni imzalamadığına və təhsil haqqını ödəmədiyinə görə övladı həmin məktəbdə təhsil alınmasından kənarlaşdırılmışdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.55-ci maddəsinə görə təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər. Həmin Qanunun 40.4.-cü maddəsinə görə özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.3.-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir. Həmin Qanunun 30.8.-ci maddəsinə əsasən bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Təsvir olunanlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödənişli təhsil xidmətləri fiziki və hüquqi şəxslər arasında təhsil verilməsi ilə bağlı aralarında bağlanmış müqavilə əsasında fəaliyyət göstərilməsini nəzərdə tutur. Bu isə ona dəlalət edir ki, ödənişli təhsil xidmətlərinin göstərilməsinin hüquqi tənzimlənməsi mürəkkəb xarakter daşıyır və həmin xidmətlərin göstərilməsi təkçə təhsil haqqında qanunvericilklə deyil, həm də mülki qanunvericiliyin normaları ilə həyata keçirilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı (təhsil xidmətini alan M.Dadaşovun qanuni nümayəndəsi) cavabdehin təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləni imzalanması barədə təklifi ilə əlaqədar açağıdakı məzmunda 13 yanvar 2021-ci il tarixdə elektron müraciət göndərmişdir. “X10 məktəbin rəhbərliyi, yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil xidmətlərinin göstərilməsi ilə ələqdar müraciətimdən təqribən 3 ay vaxt keçib. Bu gün nəhayət məktəbdən müaviləni aaldım, lakin təəssüflər olsun ki eyni qrammatik səhvlərə (təıhsil xidməti göstərən təşkilat üçün təəcüblü haldır) rast gəldim. 3 ay bundan əvvəl qrammatik səhvlərin düzəldilməsi və xidmət göstərən tərəfin xidmətlərin təsvirini əks etdirən, və hazırki müqavilənin 1.2 bəndində əks olunmuş müqaviləyə bu linklə keçə bilərsiniz. İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçı maalların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyi hüququ vardır; 5-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərlə, müqavilə şərtlətinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb hüququna malikdir. Bildirmək istəyirəm ki, müqavilənin olduğu vəziyyətdə imzalanması müvafiq qanunvericiliyə ziddir və qəbuledilməzdir, eyni zamanda şagirdin 3-cü gün təhsil prosesindən kənarlaşdırılması yararsız müqavilənin imzalanması üçün göstərilən təzyiq kimi görünür, və buna yol verilən bəzi əməkdaşların müvafiq məsuliyyəti artıq yaranıbdır. Yuxarıda göstərilən halları nəzərə alaraq : 1) Təhsil xidmətlərinin göstərilməsi haqında müvafiq müqavilənin qrammatik səhvləri düzəldilməsini; 2) Müqavilənin 1.2-ci bəndində əks olunan və qanunla tələb olunan göstərilən xidmətlər haqqında dolğun və düzgün məlumat təqdim olunmasını, şagirdin təhsil prosesinə dərhal qoşulması və təhsilini davam etdirilməsini təmin etməyinizi Sizdən xahiş edirəm. Hörmətlə, İddiaçı” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 410.1.-ci maddəsinə əsasən oferta üçün gecikmiş aksept yeni oferta sayılır. Həmin Məcəllənin 410.2.-ci maddəsinə görə əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır. Qeyd olunan qanunvericilik aktı normalarını sistemli təhlil edərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanması ilə bağlı yaranan münasibətlər, xüsusən də müqavilə bağlamaq və təhsilə görə ödəniş etmək təklifini aldıqdan sonra iddiaçının müqaviləyə düzəliş edilmiş qaydada müqaviləni imzalanması barədə təklifi yeni offerta kimi qiymətləndirilməlidir. İşin bu hallarını nəzərə alaraq (müqavilənin bağlanmaması, təhsilə görə ödənişin həyata keçirilməməsi) məhkəmə iddiaçının onun istehlakçı hüquqlarının pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçının övladının təhsil xidmətlərini göstərən “Sabis Sun” məktəbindən kənarlaşdırılması müqavilə olmadan və və ödəniş həyata keçirilməməsi ilə bağlı olmuşdur. Məhkəmə bir da qeyd edir ki, müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı Mülki Məcəllənin əsas prinsiplərindən biridir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh MMC” qarşı istehlakçı hüquqlarının poizulması nəticəsində mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar