Məhkəmə qərarları › İş №2(010)-4450/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4450/2024

18.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4450/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 2 vərəsəlik hüququ əsasında mərhum oğlu X1 ona miras qalmışdır. Həmin miras əmlakı o, Bakı şəhəri Xətai rayonu Qulam Yəhya küçəsində olan evini satıb almışdır. İş üzrə cavabdeh onun keçmiş gəlinidir. Mərhum oğlu Novruzov Elxan Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından xx.xx.2007-ci ildə Şənay adlı qızları doğulmuşdur. Cavabdeh oğlumla yola getmədiyinə görə azyaşlı uşağı da götürüb valideynlərinin evinə getmiş, bunu görən oğlu da 2008-ci ildə Rusiyaya Piterə çıxıb getmiş və bir neçə il orada qaldıqdan sonra 2012-ci ilidə Bakıya qayıtmış yenə barışmamış, cavabdeh oğlundan boşanmaq üçün onu məhkəməyə vermiş və 2015-ci ildə nikahları pozulmuşdur. Sonradan xx.xx.2019-cu ildə oğlu rəhmətə getmişdir. Cavabdeh 2008-ci ildən həmin evdə yaşamır. O, cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün Suraxanı RPT-nm Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etsə də, cavabdehin həmin evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş və bu barədə ona rəsmi məktub da verilmişdir. Belə hesab edir ki, həmin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin cavabdehin həmin evdən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır və həmin evdən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə həvalə edilməlidir. Göründüyü kimi, Cavabdeh başqa ünvanda yaşayır və ünvan 2 ünvanda yaşamır. Ona görə də, Cavabdeh həmin ünvanda yaşamadığını nəzərə alıb, onun ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, öz evini satıb bu evi almışdır. Cavabdeh 17 ildir orada yaşamır. Ev onun adınadır. Uşağın adına çıxarış alıblar. Nəvəsi də orada yaşamır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, evin təmir pullarını o ödəmişdir. Çıxarış almaq üçün o də xərc çəkmişdir. 2006-cı ilin noyabr ayında həmin evə köçmüşdürlər. 2007-ci ilin avqust ayında da qızı dünyaya gəldi. Yoldaşı Rusiyaya getdi, orada tutuldu. Həmin evin ətrafında yaşayış yox idi, ona görə qala bilmədi və ata evinə getdi. İddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs X5 izahat verərək bildirmişdir ki, evin ½ hissəsi onun mülkiyyətindədir. O anası ilə orada qalmaq istəyir. Əvvəllər həmin evdə yaşamaq mümkün deyildi, ona görə də nənəsinin evinə getdilər. İddianın rədd edilməsini xahiş edir. İş materialları. 4 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 040169 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1796 nömrə ilə qeyd edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 26.3 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.0061 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına ½ hissə açıq qalmaqla X6 hüquq sahibidir. Həmin mənzil və torpaq sahəsinin ölçüsü 0.0061 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarının ½ hissə payı olmaqla İddiaçı mülkiyyətindədir. İddiaçı ½ hissə payı xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Suraxanı RPİ-nə ünvanladığı müraciətinə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Ondan başqa X5 və Cavabdeh da həmin ünvanda qeydiyyatdadırlar. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 26.3 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.0061 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqları ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla X2 mülkiyyətindədir. Bu mənzil və torpaq sahəsinin ölçüsü 0.0061 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqları İddiaçı adına xx.xx.2020-ci il, X2 adına isə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi anası İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildən ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak dövıət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 6.5 kv.m yaşayış sahəsi, 19.8 kv.m köməkçi sahəsi olan 1 otaqlı fərdi yaşayış evindən və 0.006 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli MH №0099724 AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi – qızı X4r və o miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 6.5 kv/m, yardımçı sahəsi 19.8 kv/m, 1 otaqlı olan fərdi yaşayış evindən və 0.006 ha torpaq sahəsindən ibarətdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İİ seriyalı, 021941 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası X6, anası Cavabdeh) 16 avqust 2007-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 2779 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli Texniki Pasportundan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin torpaq sahəsinin planı haqqında məlumatlar qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 0,006 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 4-Ə-3/506 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixində X3 adına qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi üzərində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 281 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa, eskiz layihəyə, poçt ünvanının təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 18/03-8/2656 nömrəli məktuba əsasən xx.xx.2007-ci il tarixində X3 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi xx.xx.2020-ci il tarixli, 2V-538 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixində İddiaçı adına, 1/2 hissəsi xx.xx.2021-ci il tarixli, 2V-420 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallaırnda olan foto-şəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin foto-şəkilləri çəkilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış hər hansı bir əmlak haqqında məlumat yoxdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ... 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı.

1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı vərəsəlik hüququ əsasında ona mərhum oğlu X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilə olan keçmiş gəlini Cavabdeh istifadə hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu - X6 xx.xx.2007-ci il tarixli DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Həmin tarixdə onunla Cavabdeh arasında rəsmi nikah mövcud olduğundan, cavabdehin Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, evdən istifadə hüququ yaranmışdır. Belə ki, 08 oktyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, X6 mübahisəli əmlakın mülkiyyətçisi xx.xx.2007-ci il tarixindən olmuşdur. Belə olan halda, mübahisəli əmlakdan istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi. Lakin, cavabdehə qarşı belə bir təklif/tələb irəli sürülməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Cavabdeh mübahisəli əmlakdan obyektiv səbəblərlə bağlı istifadə edə bilməmiş, qızı – X5 ilə birlikdə başqa mənzildə qalmışdır. Eyni zamanda cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlakın olmaması müəyyən edilir. Bundan başqa, cavabdehlə X6 arasında bağlanmış nikah 2015-ci il tarixində pozulmuş, bir qədər sonra, xx.xx.2019-cu il tarixində X6 vəfat etmiş, onun mülkiyyətində olan fərdi yaşayış evi və torpağı vərəsəlik şəhadətnaməsi ilə onun anası – İddiaçı və onun qızı – X2 mülkiyyətinə keçmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilin 1/2 hissədə paylı mülkiyyətçisi olan iddiaçının cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə baxmayaraq, mənzilin digər ½ hissədə paylı mülkiyyətçisi olan cavabdehin qızı məhkəmə iclasında izahat verərək bu tələbin əleyhinə olduğunu, anası ilə birlikdə həmin mənzildə yaşamaq istədiyini bildirmişdir. Həmin mülkiyyətçinin – cavabdehin qızının 17 yaşının tamam olması və məhdud fəaliyyət qabiliyyətli olmasına baxmayaraq, nəzərə alınmalıdır ki, o, mübahisəli mənzilin paylı mülkiyyətçisidir və mülkiyyətçi olaraq öz iradə ifadəsini sərbəst şəkildə (qanuni nümayəndəsi – cavabdeh vasitəsilə) ifadə edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması tələbi hissəsində məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin istifadə hüququna xitam verilmədiyindən, cavabdehin müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ünvan 4 ünvanından istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh ünvan 4 ünvanından istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar