Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4477/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin 1(010)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir.
2. Hökmdən həmçinin görünür ki, Cavabdeh, 30 oktyabr 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanda onunla eyni həyətdə yaşayan qohumu İddiaçı evindən çarpayını çıxartmağa köməklik etmək məqsədi ilə evə dəvət edilməsindən istifadə edərək, qonaq otağında, masanın üzərindəki süfrənin altında olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən İddiaçı adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıycısı hesab edilən təqaüd kartını kağıza yazılmış şifrə ilə birlikdə, daha sonra evdə olan servantdakı çaynikin içərisindən 7.5 qram çəkidə üzərində 24 ədəd briliyant qaşları olan 800 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünü və 50 manat dəyərində 01 ədəd qadın gümüş üzüyünü gizli yolla talamış, 09 noyabr 2019-cu il tarixdə, saat 09.33-də isə qeyd edilən elektron məlumat daşıyıcısından istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən Azərbaycan Beynəlxalq Banka məxsus 733 saylı ATM-dən 200 manat pulu çıxardaraq zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1.050 manat məbləğində maddi ziyan vurmaqla oğlurluq etmişdir.
3. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
4. xx.xx.2023-cü il tarixli xidmət göstərilməsinə dair müqavilədən və həmin tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.
İddia tələbi.
5. Cavabdeh ümumilikdə iddiaçıya dəyən 1050 manat məbləğində maddi ziyanın, bu müddət ərzində iddiaçıya vurduğu mənəvi ziyana görə 500 manat, “X2” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi (qəbz əsasında) 250 manat pul vəsaitinin, ümumilikdə 1800 manat məbləğində pul vəsaiti və məhkəməyə ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanı üzrə eyni ünvanda yaşayan cavabdeh qaynı oğlu Cavabdeh iddiaçının yaşadığı evdən çarpayını çıxartmağa köməklik etmək məqsədi ilə evə dəvət edilməsindən istifadə edərək qonaq otağında masanın üzərindəki süfrənin altında olan “Azərbaycan Beynəlxaq Bankı” tərəfindən ona verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən təqaüd kartını kağıza yazılmış şifrə ilə birlikdə, daha sonra evdə olan servantdakı çaynikin içərisindən 7.5 qram çəkidə üzərində 24 ədəd brilyant qaşları olan 800 manat dəyərində 01 ədəd ona məxsus olan qadın qızıl üzüyü və 50 manat dəyərində 01 ədəd ona məxsus olan qadın gümüş üzüyünü gizli yolla oğurlamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 09:33-də isə qeyd edilən elektron məlumat daşıyıcısından istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Azərbaycan Beynəlxalq Banka” məxsus 733 saylı ATM-dən 200 manat pulu çıxardaraq ona ümumilikdə 1050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. O, ilk öncə təqaüd kartının itməsini xəbər tutan kimi, AR DİN-nin “102” xidmətinə zəng edib, məlumat vermişdir. Məlumatdan bir qədər sonra Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşları, yaşadığı evinə gəlib, baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq sənədləşmə işi aparmışlar, polis əməkdaşları getdikdən sonra axşam saat 23 radələrində yataq otağında olan servantdakı qab-qacaqlara baxdıqda dəm çaynikinin içərisindən 800 manat dəyərində 01 əsəs 7.5 qram çəkidə üzərində 24 ədəd briliyant qaşları olan qızıl qadın üzüyünün və 50 manat dəyərində olan 01 ədəd gümüş qadın üzüyünün də oğurlandığını aşkar etdikdə, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə izahat verərkən, üzüklərinin də oğurlandığını bildirmişdir. Bununla bağlı polis əməkdaşları yenidən ikinci dəfə hadisə yerinə, yəni yataq otağına baxış keçirmişlər. Baş verən hadisədən bir müddət sonra yaşadığı evin həyətində olduğu zaman qaynı oğlu Cavabdeh ona yaxınlaşaraq təqaüd kartını qaytararaq oğurluq etdiyini etiraf etmiş, kartdan 200 manat pul vəsaiti çıxararaq xərclədiyini, həmçinin üzüklərini də oğurladığını etiraf edib, onları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında tanımadığı bir şəxsə satdığını demiş, vurduğu ziyanı qısa bir zamanda ödəyəcəyini söz vermişdir. Təqaüd kartının oğurlandığından təxminən 2-3 gün sonra banka yaxınlaşıb, yeni təqaüd kartı almışdır. Nəticə olaraq, şikayəti baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Aparılmış məhkəmə prosesləri zamanı məhkəmə zalında Cavabdeh ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək qonaq otağında masanın üzərində olan süfrənin altından təqaüd kartının və yanında kağıza yazılmış şifrəni oğrlayıb cibinə qoyduğunu, sonradan evdə olan servantdakı çaynikin içərisində olan 01 ədəd üzərində çoxlu qaşları olan qadın qızıl üzüyünün və 01 ədəd qadın gümüş üzüyünü oğurladığını, həmin üzükləri səhəri günü Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarında tanımadığı şəxsə 150 manata satdığını, əldə etdiyi pulu öz ehtiyaclarına xərclədiyini, təqaüd kartına isə pul köçürülmədiyini bildiyinə görə özündə saxladığını, xx.xx.2019-cu il tarixdə səhər saatlarında sözagedən kartdan istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən bankomatdan 200 manat məbləğində vəsaiti çıxarıb həmin pulu da öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. O da, məhkəmə proseslərində şikayətinə uyğun izahat verərək, ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-185/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzanın çəkilməsinin Cavabdeh ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və Cavabdeh hökm elan edildikən dərhal sonra məhkəmə iclası zalında həbs edilməsi, həbsdə saxlanma yerinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə çəkilmiş 90 manat məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutulması, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən onun adına verilmiş 6762 6111 0875 5520 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən 01 ədəd təqaüd kartının cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, Cavabdeh məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, h/m-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. Qəbul edilmiş hökmdə, ona dəymiş ziyanın ödənilməsi göstərilməmişdir. Hal-hazırda Cavabdeh azdlıqda gəzir. O, dəfələrlə cavabdehi gördüyü zaman ona vurduğu maddi ziyanı ödəməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən yayınır. O da məcburiyyət qarşısında qalaraq 2021-ci il tarixli hökm üzrə tərəf olduğu 2019-cu il tarixdən ümumilikdə 1050 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, cavabdehin iddiaçıya maddi ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə iddiaçıya maddi ziyan vurulması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi cavabdehdən 1050 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.
15. Məhkəmə iddiaçının “500 manat məbləğində mənəvi zərərin ödənilməsi” barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də, iddianın həmin hissəsi rədd edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
17. Belə ki, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
18. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.
19. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.
20. Məhkəmə həmçinin, iddia tələbinin “hüquqi yardım üçün 250 manat ödənilməsi” tələbinə dair hissəni araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
24. Qeyd edilən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
25. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
26. Məhkəmə hesab edir ki, iddiaçının ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 250 manat məbləğində xərc çəkməsi sübut olunduğundan, iddia bu hissədə təmin edilməlidir.
27. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1050 (min əlli) manat məbləğində vurulmuş zərərin əvəzi; 250 (iki yüz əlli) manat məbləğində ödənilmiş hüquqi yardımın əvəzi; 38 (otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.