Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4488/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə məxsus iki ədəd çılçıraq, yataq otağı mebel dəsti – şifoner, iki nəfərlik çarpayı, iki ədəd tumboçka, bir ədəd “termo”, yumşaq mebel dəsti – bir ədəd divan, bir ədəd masa, altı ədəd oturacaq, iki ədəd kreslo, qonaq otağı dəsti – “qorka” (daxilində qab-qaşıq dəsti), mətbəx ləvazimatı – iki ədəd “xrustal” vaza, bir ədəd güldan, müxtəlif ölçülərdə istifadə məqsədləri üzrə qab-qaşıq, müəyyən sayda yataq dəstinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yerləşən 20 V nömrəli fərdi yaşayış evindən çıxarılması, mediasiya təklifinin göndərilməsi üçün 20 manat, mediasiya arayışının alınması üçün 55 manat, iddia ərizəsinin tərtib edilməsi üçün 40 manat və məhkəməyə dövlət rüsumu 50 manat olmaqla, cəmi 165 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X4 cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin evində qalmış cehiz əşyalarının naturada ona qaytarılması, natura formada olmadığı təqdirdə onların dəyərində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həm ilk, həm də qarşılıqlı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mübahisə predmeti olan əşyaların İddiaçı qaytarıldığını bildirmiş, hər iki iddia ərizəsinin qaytarılmasını xahiş etmişlər. Məhkəmə, tərəfləri dinləyib, təqdim edilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3№-li qərarı). Son olaraq, məhkəmə onu da qeyd edir ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi geri qaytarıldığından bu iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumları da dövlət büdcəsindən rüsumu ödəyən tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 170, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbz №: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbz №: **********) dövlət büdcəsindən iddiaçı X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4488/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4488/2023
28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver