Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4544/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən vurulmuş zərərin əvəzi olaraq 20820 manat pul, mənəvi zərərə görə 3000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh məxsus olan OR003XN qeydiyyat sertifikatlı, “Toyota Camry” markalı (4TBF1FK7FR455422, 2014 istehsalı) avtomobilin üzərinə həbs qoyulması və X3 cərimə meydançasına yerləşdirilməsi, həmin avtomobilin ölkədən çıxarılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(010)-4544/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh məxsus “Toyota Camry” markalı, OR003XN Gürcüstan Respublikası qeydiyyat nömrəli avtomobilin ölkədən çıxışı qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək cavabdehlə barışdıqlarını, bu səbəbdən iddia tələbindən imtina etdiyini bildirib məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddiadan imtinasını qəbul etdiyini və iş üzrə icraata xitam verilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş iddiadan imtina barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, tərəflər barışmış və mübahisə barədə öz aralarında razılığa gəlmişlər. Eyni zamanda, cavabdeh də bu əsasla iddiadan imtina edilməsinə etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin sonradan iddiandan imtina etmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, iddiaçının ərizəsi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(010)-4544/2021 saylı qərardadı ilə iş üzrə iddianı təmin etmə tədbiri tətbiq edildiyindən və hazırda iddiaçının ərizəsi əsasında iş üzrə icraata xitam verildiyindən iş üzrə tətbiq edilmiş təmin etmə tədbirinin qüvvədə qalmasına heç bir zərurət yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilərkən həmin iddianı təmin etmə tədbiri də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 162.1. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. 162.2. İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. 162.4. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, iddianın təmini üçün görülmüş tədbirlər qətnamənin gələcəkdə icrasının təmini məqsədini daşıyır. Əgər gələcəkdə iddia rədd edilərsə, iddianı təmin etmə tədbiri qətnamə qanuni qüvvəyə minənə qədər, iddia təmin edilərsə, məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Hazırkı işdə isə iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən iş üzrə qətnamə qəbul edilməsi istisna edilir. Belə olan halda iddianı təmin etmə tədbirinin heç bir əhəmiyyəti qalmır. Odur ki, iddianı təmin etmə tədbiri ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(010)- 4544/2021 saylı qərardadı ilə Cavabdeh məxsus “Toyota Camry” markalı, OR003XN Gürcüstan Respublikası qeydiyyat nömrəli avtomobilin ölkədən çıxışına qoyulmuş qadağa götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1. iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(010)-4544/2021 saylı qərardadı ilə Cavabdeh məxsus “Toyota Camry” markalı, OR003XN Gürcüstan Respublikası qeydiyyat nömrəli avtomobilin ölkədən çıxışına qoyulmuş qadağa götürülsün. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan elan edildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4544/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4544/2021
23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver