Məhkəmə qərarları › İş №2(010)-467/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-467/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-467/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hunday Sonata“ markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, X10 (İl-ci qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 3000 manat və X1 dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07.07.2015-ci il tarixdə idarə etdiyi “TOYOTA Land Cruiser” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində X5 idarə etdiyi “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X19 ağır və X20 az ağır xəsarələrt almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata“ markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, X10 (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X2 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, 07.07.2015-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin şirkət tərəfindən ödənildiyinə görə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirik ki, Cavabdeh mülkü hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş ümumilikdə 9500 manat məbləğində pul Cavabdeh İddiaçı SŞ ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan 18.04.2016-cı il tarixli 026336 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən hadisə nəticəsində X12 dəymiş zərərin əvəzi olaraq 1500 manat pul ödənilmişdir. İşdə olan 10.03.2016-cı il tarixli 025349 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən hadisə nəticəsində X15 dəymiş zərərin əvəzi olaraq 1500 manat pul ödənilmişdir. İşdə olan 30.12.2015-ci il tarixli 023440 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən hadisə nəticəsində X6 dəymiş zərərin əvəzi olaraq 1500 manat pul ödənilmişdir. İşdə olan 29.02.2016-ci il tarixli 025076 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən hadisə nəticəsində "xxxx" ASC-yə dəymiş zərərin əvəzi olaraq 5000 manat pul ödənilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 08.07.2021-ci il tarixli O- AP-20212945 arayışda qeyd edilmişdir ki, 07.07.2015-ci il tarixli Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi zamanı sağlamlığa vurulmuş zərərə görə X16 025349 saylı sığorta aktına əsasən 1500 manat, X15 023440 saylı sığorta aktına əsasən 1500 manat, X12 026336 sığorta aktına əsasən 1500 manat və 025076 saylı sığorta aktına əsasən isə “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə isə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin 025349, 023440 və 026336 saylı sığorta aktlarında sığorta hadisəsinin baş vermə vaxtı 07.07.2015-ci il kimi qeyd edilsə də, 025076 saylı sığorta aktında texniki səhv olaraq yol nəqliyyat hadisəsinin baş vermə tarixi 03.09.2015-ci il kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən 025076 saylı sığorta aktında yol nəqliyyat hadisəsinin baş vermə tarixi 07.07.2015-ci il kimi oxunsun. İşdə olan Bakı şəhər BPİ-nin Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaqı şöbəsinin 23.11.2015-ci il tarixli qərarından görünür ki, əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni yetkinlik yaşına çatmayan xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh cinayə məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan AC 106244 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin mülkiyyətindədir. İşdə olan AC 586807 nömrəli 12.09.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “TOYOTA Land Cruiser” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkətindaə sığorta edilmişdir və sığorta müddəti 11.09.2015-ci il tarixədəkdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 11.10.2016-cı il tarixli 2(103)-4058/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X19 və X21 cavabdehlər Cavabdeh və X18 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X13 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, müayinə olunması ilə əlaqədar 2220 manatın, zay olmuş əşyalarına görə 1483 manatın, müalicə olunması ilə əlaqədar 17750 manat məbləğdə alınmış borcun, kənar tibb müəssisələrindən dəvət etdikləri həkimlərə çəkilmiş xərcin əvəzi olaraq 300 manatın, tibb və kiçik tibb bacılarına verilmiş 1560 “manatın, hadisəyə qədər "xxxx" MMC-də təhlükəsizliyin rəisi vəzifəsində işləməklə əldə edəcəkləri (əldən çıxmış faydanın) 3000 manat məbləğdə pulun, müalicə olunması ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520,60 manatın, nağd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manatın, üzərində əməliyyatların keçirilməsi ilə əlaqədar çəkiləcək xərcin əvəzi olaraq 7000 manat məbləğdə əməliyyat pulunun, avtomobilə dəymiş. 9775. manat məbləğdə maddi zərər pulunun, məhkəmələrdə hüquqlarının: müdafiə edilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 300 manatın, ümumilikdə 57028,60 manatın tutulması, eyni zamanda dəymiş zərərin əvəzini bundan sonrakı dövr ərzində dolanacaq xərci olaraq hər ay 500 manat pulun və dövlət rüsumunun ödənilməsi vəzifəsini cavabdeh X17 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 11.10.2016-cı il tarixli 2(103)-4058/2016 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 592/2016 nörrəli işi üzrə 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X13 müştərək qaydada dəymiş maddi zərərin övəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara — görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nağd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq iddiaçı X15 ödənilməsi, cavabdehlər Cavabdeh və X13 müştərək qaydada 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 11.10.2016-cı il tarixli 2(103)-4058/2016 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 592/2016 nömrəli işi üzrə 19 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməsi, maddi zərər üçün 11970 manat və 07.07.2015-ci il tarixdən 3 il ərzində dolanacaq xərci olaraq hər ay 146 manat məbləğdə pul cavabdehlər Cavabdeh və X13 tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşdə olan 26.11.2018-ci il, 16.05.2018-ci il, 25.01.2019-cu il, 12.09.2018-ci il, 15.02.2019-cu il, 17.05.2018-ci il, 26.01.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, X24 tərəfindən X15 ayrı-ayrılqda olmaqla ümumilikdə 33929 manat pul ödənilmişdir. İşdə olan Suraxanı rayon İcra şöbəsinin Cavabdeh ünvanladığı 11.01.2022-ci il tarixli N-3685-18-20 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2- (103)-5793/2017 saylı, 14.06.2017-ci il tarixli icra vərəqəsinə əsasən X24 və Cavabdeh ümumilikdə 34324 manat alınaraq X15 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borc tam bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, 14.06.2017-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin2-(103)-5704/2020 saylı, 19.11.2020-ci il tarixli icra vərəqəsinə X24 və Cavabdeh 3941.13 manat alınaraq X6 və X15 ödənilməlidir. Qeyd olunan icra sənədi hal hazırda şöbənin icraatındadır və və icra tədbirləri davam etdirilir. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 07.07.2015-ci il tarixdə idarə etdiyi “TOYOTA Land Cruiser” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində X5 idarə etdiyi “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X19 ağır və X20 az ağır xəsarətləri almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı cinayət işi açılmış və Bakı şəhər BPİ-nin Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaqı şöbəsinin 23.11.2015-ci il tarixli qərarıı ilə əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni yetkinlik yaşına çatmayan xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh cinayə məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh “Hyundai Sonata“ markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, X10 (İl-ci qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 3000 manat və X2 dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı olduğunu iddia edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11.10.2016-cı il tarixli 2(103)-4058/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, maddi zərər üçün 11970 manat və 07.07.2015-ci il tarixdən 3 il ərzində dolanacaq xərci olaraq hər ay 146 manat məbləğdə pul cavabdehlər Cavabdeh və X13 tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Eyni zamanda Suraxanı rayon İcra şöbəsinin məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, 14.06.2017-ci il tarixli icra vərəqəsi üzrə X24 və Cavabdeh ümumilikdə 34324 manat alınaraq X15 ödənilmmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, 14.06.2017-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5704/2020 saylı, 19.11.2020-ci il tarixli icra vərəqəsinə X24 və Cavabdeh 3941.13 manat alınaraq X6 və X15 ödənilməsi barədə icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Göründüyü kimi hazırkı mülki iş üzrə cavabdeh tərəfindən hadisə nəticəsində xəsarət almış olan şəxslərə dəymiş olan zərər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur və həmin qətnamələr üzrə icra tədbirləri həyata keçirilmişdir və hazırda keçirilməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin materiallarından görünüdüyü kimi hazırkı mülki iş üzrə cavabdeh hadisə nəticəsində zərərçəkmiş olan X19, X6 və X15 dəymiş zərərin əvəzi olraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul ödənilməkdədir. Hazırda İddiaçı Sığorta Şirkəti ASCnin X19, X9 və X15 dəymiş zərər üçün ödənilmiş olan sığorta pulunun subroqasiya qaydasında hazırki iş üzrə cavabdehdən tələb etməsi X10, X5 və X10 əsassız varlanması ilə nəticələnmiş olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh “Hunday Sonata“ markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, X10 (İl-ci qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 3000 manat və X2 dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə iddası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı Cavabdeh “Hunday Sonata“ markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, X10 (İl-ci qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 3000 manat və X2 dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə iddası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar