Məhkəmə qərarları › İş №2(010)-4676/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4676/2020

15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4676/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi zərərin əvəzinin ödənilməsi üçün 8000 manat, telefona görə 744 manat, mənəvi zərərə görə 2500 manat olmaqla, cəmi 11.244 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki,ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Beləki, ərizə və ona əlavə edilmiş sənədlər Göyçay Rayon Məhkəməsinə göndərilməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyükimi, ərizəçinin rəsmi qeydiyyatda olduğu ünvan Göyçay rayonu, Şəhadət kəndidir. Yəni iddiaçı tərəfindən həmin ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə borclunun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri tələbkar tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən,ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli vətələbkara geri qaytarılmalıdır. Bununla yanaşı tələbkara izah olunurki,ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 və 277.1-ci maddələrinə əsaslanaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı X1 geriqaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar