Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-469/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) Nümayəndə və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 15537,64 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyul 2015-ci il tarixdə Cavabdeh1 polisin saxla əmrinə tabe olmamış, avtomobili saatda 100 km sürətlə idarə edərək, yolun əks istiqamətinə çıxaraq, onun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə toqquşmuş və hadisə yerindən qaçmışdır. Hal-hazırda hadisənin törədilməsində Cavabdeh1 təqsirli olması təsdiq edilməyib. Hadisə ila bağlı ibtidai istintaq aparılaraq, hadisənin Cavabdeh1 16 yaşlı oğlu Cavabdeh2 tərəfindən törədildiyi barədə qərar qəbul edilib. Qeyd edilən qərardan şikayət vermişdir və hal-hazırda araşdırma davam etdirilir. Qəza nəticəsində o, 47 gün komada, 5 gün intensiv şöbədə qalmışdır. Ailəsinin onu xəstəxanada saxlamaq imkanı olmadığı üçün evə aparmalı olmuşlar. Çəkdiyi külli miqdarda xərc nəticəsində o, komadan ayıldıqdan sonra yaxşı olmuşdur. Lazım olan mualicələri lazımı dərəcədə elətdirməyə ailəmin imkanı olmadığı üçün, eləcə də ona xəsarət yetirən şəxsin heç bir maddi yardım etməməsi üzündən o, artıq sağtərrəfli iflic, nitq qüsurlu olmuşdur. Baş vermiş hadisə nəticəsində koma vəziyyətinə düşmüş və komadan ayılmağı üçün çəkilmiş əməliyyat və müalicə xərclərinin tələb edilməsi barədə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddiası Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli 2(010)-592/2016 saylı qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olmuş əşyalara görə, müalicə olunmaqla əlaqədaq 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqlarının müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(103)-5793/2017 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsinin qismən, yəni borc kimi alınmış 17750 manat məblǝğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddianın təmin edilməsi, eləcə də, 3000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsí hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, 17750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində iddiasının rədd edilməsi, onun əldən çıxmış faydaya görə 3000 manat məbləğində pul vəsaitlərinin cavabdehlərdən tutulmasına dair iddiasınının təmin edilməsi və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olmuş əşyaların dəyərinin, üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsatinin və 300 manat məbləğində məhkəmədə hüquqların müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14103 manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, avtomobilə dəymiş 9775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2017-ci il tarixli 2(102)- 8927/17 saylı qərarı ilə onun və cavabdehlərin verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14 iyun 2017-ci il tarixli, 2(103)-5793/17 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin məhkəmə mübahisələrinin getdiyi müddətdə, eləcə də, həmin məhkəmə qərarları icra olunduğu 17 fevral 2019-cu il tarixinədək, cavabdehlər onun sağlamlığının bərpa olunması məqsədi ilə heç bir köməklik göstərməmiş, məhz buna görə də, səhhətti daha da ağırlaşmağa başlamışdır. O, koma vəziyyətindən çıxdıqdan sonra da müalicə və müayinələrə davam etmiş və bu məqsədlə kifayət qədər xərc çəkmişdir. Koma vəziyyətindən çıxdıqdan sonra müalicə və müayinə olunmağı üçün çəkdiyi xərclər yuxarıda adı çəkilən məhkəmə qərarlarında nəzərdə tutulmadığı üçün, 2019-cu ilin may ayında məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3404/2019 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5704/2020 saylı qətnaməsi ile iddia qismən təəmin edilmiş və 941,13 manatin maddi zərərin avazi olaraq, 3000 manatın isə mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada onun və anası Nümayəndə xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən iddia ilə məhkəməyə müraciət etdikdan sonra da müalicə və müayinəsinə kifayət qədər məbləğdə vəsait sərf etmişdir. Belə ki, müalicəsinin və müayinələrinin davam etdirilməsi va effektivliyinin surətləndirilməsi məqsədi ilə 03 avqust 2019-cu il tarixində Hollandiya Respublikasına, daha sonra isə Almaniya Respublikasına getmişdir. Həmin ölkələrdə 16 may 2022-ci il tarixinədək davamlı olaraq müalicələr almışdır. Müalicələrin həyata keçirilməsi Hollandiya və Almaniya Respublikasında dövlət hesabına olsa da, ölkə daxilində hərəkət etmək, yaşamaq və qidalanmaq üçün pul xərcləmək məcburiyyətində qalmışdır. Hollandiyaya gediş-dönüş üçün bilet xərci 1482,06 manat, tibbi sənədlərinin xaricdə istifadə olunması məqsədi ilə tərcümə xərci 75 manat, xaricdə telefon rabitəsindən istifadə üçün 50 Avro, xaricdə dəmir yolu nəqliyyatından istifadə üçün 350 Avro, xaricdə avtobus nəqliyyatından istifadə üçün 22,50 Avro, xaricdə qidalanmaq üçün marketlərə cəkilən xərc 2257,85 Avro pul xərcləmişdir. Xaricdə xərclədiyi pulları orada onun adına açılmış hesaba Bakı şəhərindən göndərlər. Göndərişin ümumi məbləği 6155 manat təşkil edir. Bundan başqa, Bakı şəhərində müalicə və müayinələr üçün klinikalara 515 manat pul xərcləmişdir. Daha sonra, həkim qeydiyyatına yazılma, dərman pereparatlarının alınması və Bakı şəhərində əməliyyat keçirməyi ilə əlaqədar ümumilikdə 6737,39 manat pul xərclənmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində onun dişlərində tökülmələr və qalıcı xəsarətlər yarnmışdır ki, bunların müalicə və müayinəsi üçün bu günə qədər 870 manat pul xərcləmişdir. Dişlərinin müalicə və müayinəsi davam edir və yaranacaq xərclərlə bağlı əlavə iddia verəcəkdir. Eyni zamanda, cavabdehlərin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, məhkəmə qərarlarının icrasının təmin edilməsi və sair məsələlərlə bağlı yuxarı dövlət organlarına mütəmadi olaraq şikayət ərizələri ilə müraciətlər edirlər. Bunun üçün isə poçt xidmətlərinə ümumilikdə 168,44 manat (teleqramlara 126,17 manat, məktublara 42.27 manat) pul xərcləmişik. Məhkəmələrdə və dövlət orqanlarında məni təmsil etməsi üçün anası Nümayəndə etibarnamələrin verilməsi üçün isə ümumilikdə 49,75 manat notariat xərci vermişdir. Çünki, o, səhhətilə əlaqǝdar fiziki olaraq dövlət orqanlarına və məhkəmələrə getməkdə ciddi çətinliklər çəkir. Məhkəmənin diqqətinə çatdırır ki, yuxarıda sadalanan xərclər, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 5704/2020 saylı qətnaməsində və ya ondan öncə qəbul edilmiş məhkəmə qərarlarında nəzərdə tutulmamışdır və sonradan çəkilmiş xərcdir. Eləcə də, həmin xərclər məhz 07 iyul 2015-ci il tarixdə baş vermiş yol-naqliyyat hadisəsi nəticəsində səhhətində yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə çəkilmişdir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, qeyd edilən hadisə 2015-ci il tarixdə baş vermiş və bununla bağlı ondan 34329 manat məbləğində pul tutulmuşdur. O, qızının evini satmış və həmin məbləği ödəmişdir. Hazırda tələb edilən pulu qəbul etmir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə-əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 (qırx iki min üç yüz doxsan üç) manat və bundan sonrakı 3 (üç) il ərzində dolanacaq xərci olaraq hər ay 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-5793/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı və X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni-borc kimi alınmış 17.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddiası təmin edilməsi, eləcə də, 3.000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, 17.750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tsa oğlundan tutulması hissəsində İddiaçı İsa oğlunun iddia ərizəsi rədd edilmiş, İddiaçı əldən çıxmış faydaya görə 3000,0 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaiti müştərək qaydad cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olunmuş əşyaların dəyərinin, İddiaçı üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14.103 manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, avtomobilə dəymiş 9.775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1.560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-8927/17 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı, X4 və Cavabdeh2 Əfqan oğlu, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsi MK-nın iş üzrə xx.xx.2017-ci il tarixli 2(103)-5793/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3404/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia tələbləri bütünlüklə təmin edilməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi N.Əbilovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilən əsaslara görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni yetkinlik yaşına çatmamış xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda bir daha baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 günahkar olmaması halı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5704/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Nümayəndə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)- 3404/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat (doqquz yüz qırx bir manat on üç qəpik) və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 3941,13 manat (üç min doqquz yüz qırx bir manat on üç qəpik) pul vəsaiti tutularaq İddiaçı və Nümayəndə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 1963V60797 saylı arayışından görünür ki, İddiaçı 2-ci qrup əlil kimi 130 manat prezident təqaüdü alır və pensiya işinin müddəti xx.xx.2021-ci il tarixə qədərdir. “Premium Clinic”in xx.xx.2022-ci il tarixli. 178/22 saylı arayışından görünür ki, İddiaçı Aki oğlu həqiqətən xx.xx.2022-ci il tarixində “Premium Clinic”ə müayinə və müalicə üçün müraciət etmişdir. Xəstə xx.xx.2022-ci il tarixində “Qabırğa qığırdağı ilə rinoseptoplastika, udlaq nahiyyəsində kisanın ləğvi, boyun nahiyyəsində çapıq deformasiyasının ləğvi” cərrahi əməliyyat olundu və xx.xx.2022-ci il tarixində evə ambulator müalicəyə göndərildi. Xəstə klinikaya ümumilikdə 6120 AZN məbləğ ödəmişdir. “Premium Clinic”in qəbzlərindən görünür ki, İddiaçı 10 manat dəyərində sarğı xidməti, 160 manat dəyərində Qastroskopiya xidməti. 50 manat dəyərində İS xidməti göstərilmiş, 67.39 manat dəyərində dərman preparatları satılmışdır. “X8” MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən tibbi xidmət və beyin MRT-si üçün xəstəxanaya cəmi 270 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın xx.xx.2022-ci il tarixli 1/46 saylı arayışından görünür ki, İddiaçı klinikaya diş və damaq ağrıları ilə müraciət etmişdir. Klinikanın həkim-stomotoloqu X5 tərəfindən qəbul olunmuşdur. Xəstə kliniki və rentgenoloji müayinə nəticəsində alt və üst çənələrdə sağ 11, 12, 13, 14, 16, 44, 45, 46-cı dişlərin və sol 21, 22, 23, 24, 25, 35, 37-ci dişlərin travmatik zədələnmələr aşkar olunmuşdur. Müalicə tam olundu və ortopedik qapaqlarla bərpa olundu. Xəstəyə mmüalicə təyinatı verildi, ambulator müşahidə məsləhət görüldü. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomotoloji Klinikanın mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən klinikanın hesabına 870 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın xx.xx.2017-ci il tarixli 1 saylı protokolundan Çıxarışın surətindən görünür ki, İddiaçı kəllə beyin travması, aşağı ətrafların parezi diaqnozu ilə qrup şəklində növbəti kurs reablitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli vəsiqələrin surətindən və tərcüməsindən görünür ki, həmin vəsiqə ilə ona ölkə ərazisində qalma və inteqrasiya haqqında qanunun 8-ci maddəsinə əsasən ölkə ərazisində yaşama hüququ təsdiq edilmişdir. Əmək fəaliyyəti üçün icazə və sertifikat tələb olunur. Digər vəsiqə isə sığınacaq axtaran şəxslər üçün sertifikatdır. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin köçürmə qəbzlərindən görünür ki, Nümayəndə tərəfindən İddiaçı 2018-2020-ci illər ərzində bir neçə dəfəyə olmaqla cəmi 6155 manat məbləğində pul vəsaiti göndərilmişdir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən uçuş xərci olaraq 1482.06 manat məbləğində ödəniş aparılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 16 yaşlı oğlu Cavabdeh2 idarə etdiyi «X9» markalı avtomaşını sürücülük səlahiyyəti olmamasına baxmayaraq idarə edərkən, İddiaçı idarə etdiyi «Hyundai Sonata» markalı avtomaşınla toqquşmuş və hadisə yerindən qaçmışdır. Baş vermiş hadisə nəticəsində İddiaçı koma vəziyyətinə düşmüş və uzun müddət müalicə olunmuşdur. Hadisənin sürücüsü Cavabdeh2 təqsiri sübuta yetirilsə də, onun hadisə baş verdiyi zaman azyaşlı olması əsas gətirərək cinayət işinə xitam verilmişdir. İddiaçı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ilə Suraxanı rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(010)- 592/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə-əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 (qırx iki min üç yüz doxsan üç) manat və bundan sonrakı 3 (üç) il ərzində dolanacaq xərci olaraq hər ay 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni-borc kimi alınmış 17.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddiasının təmin edilməsi, eləcə də, 3.000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, 17.750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tsa oğlundan tutulması hissəsində İddiaçı İsa oğlunun iddia ərizəsi rədd edilmiş, İddiaçı əldən çıxmış faydaya görə 3000,0 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olunmuş əşyaların dəyərinin, İddiaçı üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14.103 manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, avtomobilə dəymiş 9.775 manat məbləğində maddi zərərin, eləcə də tibb və kiçik tibb bacılarına verilmiş 1.560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq: müalicə və müayinəyə çəkilmiş 843 (səkkiz yüz qırx üç) manat manatın, dərman pereparatlarının alınmasına çəkilmiş 5469,79 (beş min dörd yüz altımış doqquz manat yetmiş doqquz qəpik) manatın, nəqliyyat xərci olaraq 2358 (iki min üç yüz əlli səkkiz) manatın, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 (əlli min) manatın, ümumilikdə 58 670,79 (əlli səkkiz min altı yüz yetmiş manat yetmiş doqquz qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, "xxxx" ASC-nin 1 saylı Sabunçu Filialı ilə iddiaçı Nümayəndə arasında bağlanmış 17 oktyabr 2014-cii il tarixli kredit müqaviləsi üzrə, cavabdehlərin təqsiri üzündən Nümayəndə Banka artıq ödədiyi 23557,02 (iyirmi üç min beş yüz əlli yeddi manat iki qəpik) manatın və iddiaçı Nümayəndə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 (qırx min) manatın, ümumilikdə 63 557,02 (altımış üç min beş yüz əlli yeddi manat iki qəpik) manatın cavabdehləı* Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Nümayəndə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3404/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia tələbləri bütünlüklə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellaysiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5704/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və Nümayəndə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(010)-3404/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat (doqquz yüz qırx bir manat on üç qəpik) və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 3941,13 manat (üç min doqquz yüz qırx bir manat on üç qəpik) pul vəsaiti tutularaq İddiaçı və Nümayəndə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı Aki oğlunun sağlamlıq vəziyyəti yaxşılaşmadığından müalicə olunması üçün xaricə göndərilməsi qərara alınmış, bu məqsədlə Almaniya və Hollandiyada uzun müddət müalicə olunmudur. Hazırda iddiaçı cavabdehlərdən 2018-ci ildən sonrakı dövr üçün xarici ölkəyə gediş-gəliş xərci olan 1482.06 manatın, tibbi sənədlərinin xaricdə istifadə olunması üçün tərcümə xərci olan 75 manatın, xaricdə yaşadığı müddətdə qida, telefon rabitəsi və nəqliyyat xərcləri üçün istifadə etdiyi və anası tərəfindən ona həmin məqsədlə göndərilmiş 6155 manatın, Bakı şəhərində əməliyyat keçirmək üçün xərclədiyi cəmi 6737.39 manatın, yol nəqliyyat hadisəsi nəticəsində dişlərində yaranmış tökülmələrin müalicəsi üçün ödədiyi 870 manatın, müxtəlif şikayət və ərizələrin göndərilməsi üçün çəkdiyi 168.44 manat poçt xərclərinin (teleqram göndərilməsi və zərf göndərilməsi üçün) və onu təmsil etməsi üçün verdiyi etibarnamələrə görə ödədiyi 49.75 manatın tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmir və bildirir ki, ondan məhkəmə qərarı ilə tutulmuş məbləği qızına məxsus evi satmaqla tam ödəmişdir və hazırki iddia ilə razı deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki. yuxarıda sadalanan maddi hüquq normalarından göründüyü kimi mülki hüquq pozuntusu (delikt) törətmiş şəxslər vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar. Cavabdeh X2 yol nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçının sağlamlığına maddi ziyan vurmaqla delikt törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında öz təsdiqini tapdığından həmin halların araşdırılmasına zərurət yoxdur. Belə ki, Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələbində qeyd edilən məbləğlərə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, iddia tələbinin Hollandiyaya gediş-gəliş xərci olan 1482.06 manatın və yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının dişlərində olan tökülmələrin və qalıcı xəsarətlərin müalicə olunması üçün xərclənmiş 870 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və yuxarıda sadalanan arayış və qəbzlərdən açıq-aydın görünür ki, iddiaçı Hollandiyaya yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş ziyanın müalicəsi məqsədilə getmiş və yol xərcini öz vəsaiti hesabına ödəmişdir. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, iddiaçının dişlərinin müalicəsi baş vermiş qəza nəticəsində dişlərində yaranmış travmatoloji xəsarətlərə görə məcburi olmuşdur. Ona görə də, qeyd edilən hissədə iddia tələbi tamamilə əsaslıdır. Məhkəmə iddia tələbinin Hollandiyada və Almaniyada xərclədiyi telefon rabitəsindən istifadə üçün, qida ehtiyacları üçün və yol xərcləri üçün istifadə etdiyi və anası tərəfindən ona göndərilmiş 6155 manat hissəsində də əsaslı olmasını hesab edir. Belə ki, iddiaçı Almaniya və Hollandiyada uzun müddət yaşamış və müalicə almışdır. Müalicə xərci iddiaçı tərəfindən qarşılanmasa da, qeyd edilən ölkələrdə bu qədər müddət ərzində yaşamaq üçün tələb olunan zəruri xərclərin 6155 manat olması ağlabatandır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, iddiaçı həmin ölkələrə müalicə almaq üçün getmiş və iş icazəsi olmamışdır. Bu səbəbdən anasının onu zəruri xərclərini qarşılaması üçün göndərdiyi 6155 manat vurulmuş zərərin əvəzi olaraq nəzərə alınmalıdır. Məhkəmə Bakı şəhərində iddiaçının keçirdiyi əməliyyat, müayinə və müalicələr üçün 6737.39 manat hissəsində də iddia tələbini əsaslı sayır və qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının qeyd edilən məbləği müalicəsi üçün xərcləməsi sübut olunur. Ona görə də, həmin hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 75 manat məbləğində tərcümələr üçün ödədiyi xərc, eyni zamanda 168.44 manat poçt və teleqraf rabitəsindən istifadə xərcinin və son olaraq 49.75 manat anasına verdiyi etibarnamələr üçün ödədiyi xərcin tutulması hissəsində iddia tələbini əsaslı saymır. Belə ki, iddia tələbinin iddiaçının ansaına vediyi etibarnamərə görə 49.75 manat məbləğində tələb etdiyi hissə ilə bağlı qeyd edir ki, vurulmuş zərərin aradan qaldırılması ilə bağlı çəkilən xərclər deyildir və əlavə olaraq iddiaçının hazırki iş üzrə vəkili vardır və əlavə olaraq anasına etibarnamə verməsi zəruri olmamışdır. İddia tələbinin 75 manat tərcümələrə görə çəkdiyi xərc hissəsi ilə bağlı da məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən məbləğin hansı sənədlərin tərcümə edilməsi ilə bağlı olduğunu məhkəmədə sübut edə bilməmişdir. Son olaraq məhkəmə 168.44 manat məbləğində poçt xidmətlərindən istifadə üçün çəkdiyi xərcin tələb edilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Azərpoçtun mədaxil qəbzlərindən görünür ki, qeyd edilən müraciətlər iddiaçının anası tərəfindən müxtəlif orqanlara və şəxslərə ünvanlanmışdır və həmin müraciətlərin hazırki işlə əlaqəsinin olması sübut olunmur.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15244.45 (on beş min iki yüz qırx dörd manat qırx beş qəpik) manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15244.45 (on beş min iki yüz qırx dörd manat qırx beş qəpik) manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova