Məhkəmə qərarları › İş №2(010)-4743/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4743/2022

30.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4743/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-201/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, İddiaçı iddia ərizəsindəki tələbinə ümumi rayon (şəhər) məhkəməsində, yəni Suraxanı rayon məhkəməsində baxılmalı olmadığından, AZərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, AZərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Sabunçu rayon məhkəməsinin 2(008)-201/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin verilməsinə əsas olmuş 2(008)-201/2021 saylı mülki iş üzrə qəbul edilmiş Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6036/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6036/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kasassiya şikayəti AZərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6927/2021 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6036/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddiaçının hAZırda tələb etdiyi kimi Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-201/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə məsələyə Suraxanı rayon məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. HAKİM Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar