Məhkəmə qərarları › İş №2(010)-478/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-478/2021

10.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-478/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsində fiziki sərhədlərin müəyyən olunması və torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında öz ailəsi ilə yaşayır və qeydiyyatdadır. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaş İddiaçı adına Çıxarışın verilməsi ilə (Çıxarışın qeydiyyat nömrəsi **********) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikintisinə mülkiyyət hüquqları təsdiqlənmişdir. Həmçinin, yuxarıda adı çəkilən çıxarışda torpaq sahəsi üzərində hüququn növü də müvəqqəti müəyyən olunmuşdur – istifadə. Torpaq sahəsinin ölçüsü 0.100860 ha təşkil edir. Yəni 10 sot torpaqdan hər iki tərəf – həm İddiaçı, həm də Cavabdeh bərabər şəkildə istifadə edə bilər. xx.xx.2020-ci il tarixdə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin onun payına ayrılaraq yeni bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. DƏDRX onun bu xahişini nəzərə alaraq, hadisə yerinə mühəndisləri göndərmişdir. Təəssüflər olsun ki, Cavabdeh tərəfindən mühəndislərə göstərilmiş acıqlı və inadlı maneə və müqavimət, onlara bu əməliyyatı yerinə yetirməyə imkan verməmişdir. Bunun haqqında DƏDRX tərəfindən tərtib edilmiş akt çox aydın şəkildə bildirir. Cavabdeh belə müntəzəm xarakter daşıyan hərəkətlərindən məhkəməni xəbərdar etməyi özünə borc bilərək qeyd edir ki, bu problemin həlli üçün həmişə ədalətli prinsiplərə əsaslanan variantlar təklif etmişdir. Lakin Cavabdeh bu variantları saymazlıqla və qəsdpərəstliklə rədd edərək, həmişə bütün torpaq sahəsini zəbt etmək niyyətində olmuşdur. Bütün yuxarıda qeyd edilənlərdən aydın olur ki, bu problem, bu məsələ yalnız məhkəmə qaydasında həll edilməlidir. Yaranmış vəziyyətin münaqişəli olması çox aydın və açıq şəkildə ifadə olunmuşdur. Lakin bununla belə bu münaqişəli vəziyyət nə vaxtsa öz həllini tapmalıdır, çünki belə vəziyyət günbəgün, saatbasaat onun vətəndaş hüquqlarını kobudcasına pozur. Ona verilmiş çıxarışda deyilir ki, hər iki tərəf bütün torpaq sahəsindən bərabər şəkildə istifadə edə bilər. Lakin naturada onlar tamamilə başqa bir vəziyyətlə qarşılaşırlar, çünki Cavabdeh təcavüzkar və işğalçı niyyətləri prosesi ləngidərək onun gedişinə mane olur. Hal-hazırda o, tam haqlı əsaslarla söyləyə bilər ki, burada hüquqi nöqteyi-nəzərdən münaqişəli vəziyyət açıq, aydın və aşkar şəkildə tam yetişmişdir və öz həllini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisi üzərində mülkiyyət hüququ X2, B tikilisi üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və bu torpaq sahəsi üzərində çıxarış sahiblərinin ümumi istifadə hüququ vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********35 saylı məktubun surətindən görünür ki, məktubda qeyd edilmişdir: “Suraxanı rayonu, Əmircan qəsəbəsində paylı mülkiyyətinizdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair payçı ilə bərabər ölçüdə bölgü sxeminin hazırlanması barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd etdiyiniz ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim etdiyiniz sənədlər əsasında paylı mülkiyyət hüququnuz xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış və texniki pasport hazırlanmışdır. Çıxarışa əsasən “A” tikilisi Cavabdeh “B” tikilisi isə sizə aid olmaqla, torpaq sahəsi 0.10086 ha olmaqla ümumi istifadədə göstərilmişdir. Faktiki olaraq isə “B” tikilisi və “A” tikilisinin naturada fiziki sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcuddur. Müraciətiniz əsasında istifadədə olan torpaq sahəsinin 1/2 olmaqla bölgü sxeminin tərtib olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmişdir. Odur ki, tələb etdiyiniz bölgü sxeminin hazırlanması mümkün olmamışdır”. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisi üzərində mülkiyyət hüququ X2, B tikilisi üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və bu torpaq sahəsi üzərində çıxarış sahiblərinin ümumi istifadə hüququ vardır. İddiaçı həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair digər payçı ilə bərabər ölçüdə bölgü sxeminin hazırlanması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, faktiki olaraq “B” tikilisi və “A” tikilisinin naturada fizikin sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcuddur. Müraciət əsasında istifadədə olan torpaq sahəsinin bölgü sxeminin tərtib olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmişdir. Bu səbəbdən tələb edilən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Bundan sonra, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsində fiziki sərhədlərin müəyyən olunması və torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Lakin bu zaman nəzərdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun xx xxxx 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan İddiaçı bu torpaq sahəsinin cavabdehlə aralarında fiziki sərhəd müəyyən etməklə naturada bölünməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və bu torpaq sahəsi üzərində çıxarış sahiblərinin ümumi istifadə hüququ vardır. İddiaçı isə hazırkı iddia tələbi ilə öz mülkiyyətində olmayan torpağın paylı mülkiyyət kimi cavabdehlə aralarında fiziki sərhədlər müəyyən edilməklə naturada bölünməsini tələb edir. Göründüyü kimi iddiaçının buna subyektiv hüququ yoxdur. Digər tərəfdən, əgər iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsinin məqsədi müvafiq torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına nail olmaqdırsa iddiaçı nəzərə almalıdır ki, bu məqsədə hazırkı tələblə çatmaq mümkün deyil. Belə ki, qanunla yalnız paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması müəyyən edilmişdir. Əgər iddiaçı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına nail olmaq istəyirsə, bununla bağlı ilk növbədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. İş materiallarından da görünür ki, iddiaçı bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən həm iddiaçıya, həm də cavabdehə məxsus tikilinin ətrafında olan torpaq sahəsinin ölçüsü müəyyən edilmiş, lakin hazırkı iş üzrə cavabdeh yeni bölgü sxeminin hazırlanmasına etiraz etdiyindən yeni sxem hazırlana bilməmişdir. Belə olan halda İddiaçı subyektiv hüququnun olmadığı hazırkı iddia ilə məhkəməyə müraciət etmək yerinə, torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırkı iddia tələbi isə bu cür iddianı qaldırmağa subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Həmçinin, iddiaçı cavabdehlə ümumi istifadələrində olan torpaq sahəsi üzərində istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı dövlət mülkiyyətində olan torpağın naturada bölünməsini tələb etmək hüququ olmadığından iddia subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilməklə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar