Məhkəmə qərarları › İş №2(010)-4796/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4796/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4796/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 , Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2200 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 2230,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə baxaraq iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.200 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı olmaqlacəmi 2.230,40 manat məbləğində pul vəsaitinin İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə 2(010)-458/2020 saylı xx.xx.2020-ci il tarixli qiyabi qətnamə qəbul etmişdir. Cavabdeh2 ərizəsi əsasında Suraxanı Rayon Məhkəməsinin 2020-ci il tarixli, 2(010)-458/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “M 2140” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Rüstəmli kəndi yolu ilə hərəkət edən “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Yevlax Rayon Məhkəməsinin 3(039)-378/2018 saylı X5 iş üzrə Qərarında öz əksini tapmışdır. 12 iyun 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2200 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 051895 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2200 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2200 manat məbləğində sığorta ödənişi məbləği və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2230.40 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, “MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı onun mülkiyyətində olsa da, o, həmin avtomobili etibarnamə əsasında satmışdır. Hətta həmin avtomaşının sığortalanması da digər şəxs tərəfindən həyata keçirilmişdir. Ona görə də, onun iddia tələbində qeyd olunmuş yol-nəqliyyat hadisəsi ilə hər hansı bağlılığı olmadığına görə, eləcə də hadisə ilə əlaqədar iddiaçı təşkilat ona heç bir məlumat verməmiş və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməmişdir. Məhkəmədə isə ona məlum olmuşdur ki, onun cavabdeh qismində cəlb olunmasına səbəb o olmuşdur ki, digər Cavabdeh1 iddiaçıya ödənişlərini dayandırmışdır. Ona görə də, iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 051895 saylı sığorta aktından görünür ki, 12 iyun 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 21074” **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2200 manat zərər təyin olunmuşdur. Həmin sığorta aktında sığortalı qismində Babayev Bəhram kimi göstərilmiş və“MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyun 2017-ci il tarixdən sığortalanmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi “MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax rayonu Rüstəmli kəndi yolu ilə hərəkət edən “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi törətdiyinə görə o zaman qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 051895 saylı sığorta aktından görünür ki, 12 iyun 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.200 manat zərər təyin olunmuşdur. İş materiallarında olan Yevlax rayon məhkəməsinin 21 may 2018-ci il tarixli 3(039)- 378/2018 saylı qərarının müvafiq qaydada təsdiq olunmuş olunmuş surətindən görünür ki, Cavabdeh1 18 may 2018-ci ildə Yevlax rayonu Rüstəmli kənd yolunda sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomobili idarə edərkən “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyya nişanlı avtomobil ilə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 2200 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materialları ilə müəyyən edilir ki, “MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, 051895 saylı sığorta aktı ilə müəyyən olunur ki, həmin avtomobil PAT********** saylı “İcbari sığorta müqaviləsi” üzrə xx.xx.2017-ci il tarixdən 10 iyun 2018-ci il tarixə kimi avtomobilin qanuni əsaslarla sahibi olan Bəhram Babayev tərəfindən sığortalanmışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla 10 iyun 2017-ci ildə İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh2 məxsus olan, Cavabdeh1 tərəfindən etibarnamə olmadan sərxoş vəziyyətdə idarə olunan “MOSKVİTCH 2140” markalı **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cəmi 2200 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2200 manat məbləğində pul vəsaitinin (sığorta ödənişi) zərərçəkmiş şəxsə ödənilməsi ona dəlalət edir ki, iddiaçı həmin məbləğdə pulu tələb etmək hüququna malikdir. Bununla belə məhkəmə iddia tələbini qismən və yalnız Cavabdeh1 münasibətdə əsaslı hesab etməklə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 barəsində irəli sürülmüş tələb iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış, məhkəmə iclasında isə iddiaçının nümayəndəsi bu tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 10 may 2018-ci il tarixdə yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “MOSKVİTCH 2140” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuş bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən mülki məsuliyətə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, işin materiallarında olan 051895 saylı sığorta aktı ilə müəyyən olunur ki, PAT********** saylı “İcbari sığorta müqaviləsi” üzrə sığortalı Cavabdeh2 deyil, məhz Babayev Bəhramdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki iddia ilə əlaqədar yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olması ilə əlaqədar məsuliyyəti istisna edilir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2200 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 2230.40 manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar