Məhkəmə qərarları › İş №2(010)-488/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-488/2023

31.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-488/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evi üzərində olan mülkiyyət hüququna xitam verilməsi, həmin yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, həmin yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və həmin evinin tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı miilkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən evin və evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid 1/2 hissədə payın naturada bölgüsünün aparılması, naturada bölgünün aparılması mümkün olmadıqda həmin əmlakın hərracdan satılaraq əldə edilən pul məbləğinin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında o, cavabdehlə razılığa gələrək Barışıq sazişi bağlamış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-85/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərardadı ilə təsdiq edilmiş həmin Barışıq sazişinin şərtlərinə əsasən iddiaçı, Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə olan payının ayrılması və bununla da Cavabdeh ümumi əmlakdakı paya olan hüququnu itirməsi müqabilində Cavabdehyna 21000 manat məbləğində kompensasiya ödəməyə, Cavabdeh isə iddiaçının ona 21000 manat məbləğində kompensasiya verməyim müqabilində ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində olan 1/2 payımın ayrılmasına və bununla da ümumi əmlakdakı paya olan hüququmu itirməyə etiraz etmir. Həmin qərardad qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, bundan sonra iddiaçı qərardadla nəzərdə tutulan kompensasiya məbləğini cavabdehə ödəmiş, cavabdeh də qeyd edilən fərdi yaşayış evindən çıxmışdır. Lakin Suraxanı rayon İcra şöbəsinin üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi icra sənədinə münasibətdə üçüncü şəxs xx.xx.2022-ci il tarixli məktubla icraata xilam verilməsi barədə qərardadın və barışıq sazişinin hüququn dövlət reystrində qeydə alınması üçün əsas olmamasını bildirmiş, qeyd edilən ev üzərində iddiaçının tam mülkiyyət hüququnun qeydə almaqdan imtina etmişlər. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-85/2022 saylı qərardadına izah verilməsini xahiş etmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8(010)-335/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Buna baxmayaraq məhkəmə öz qərardadında göstərmişdir ki, "daşınmaz əmlak üzərində 1/2 hissədə pay sahibi olan paylı mülkiyyətçinin öz payından qalan 1/2 payın mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində imtina etməsi həmin kompensasiyanın ödənildiyi andan etibarən kompensasiyanı ödəmiş paylı mülkiyyətçini daşınmaz əmlakın tam mülkiyyətçisi edir. Bunun üçün qərardada ayrıca izah verilməsinə zərurət yoxdur. Çünki qərardadla təsdiq edilmiş barışıq sazişinin məzmunu açıq şəkildə yuxarıdakı nəticəyə gəlməyə imkan verir.” Lakin tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-85/2022 saylı qərardadında cavabdehin mülkiyyət hüququnu itirilməsi və qeyd edilən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması proseduru göstərilmədiyindən həmin qərardada əsasən iddiaçının həmin ev üzərində tam mülkiyyət hüquqlarının qeydə alınması mümkün olmamışdır. Yəni Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 85/2022 saylı qərardadı ilə cavabdehə onun payına uyğun kompensasiya verilməsi qərara alınsa da, verilmiş kompensasiyanın müqabilində onun mülkiyyət hüquqlarına xilam verilməsi məsələsi həll edilmədiyinə görə hal-hazırda da onun mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeyd ləğv edilməmiş, iddiaçı tərəfindən ona kompensasiya ödənilsə də, əsassız olaraq iddiaçının həmin ev üzərində mülkiyyət hüququnu hələ də 1/2 hissədə saxlanılmışdır. Halbuki, cavabdehin mübahisəli əmlakda olan payına uyğun ona artıq kompensasiya ödənilmiş, həmin evə onun mülkiyyət hüququ qalmamışdır. İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-85/2022 saylı qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişinə əsasən Cavabdeh Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 20 C saylı fərdi yaşayış evi üzərində olan mülkiyyət hüququna xilam verilməsi və həmin evə dair verilmiş Çıxarışın ləğv edilərək, qeyd edilən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh ifadəsində göstərdi ki, iddiaçı ilə aralarında mənzillə bağlı barışıq sazişi bağlamış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-85/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, bundan sonra İddiaçı qərardadla nəzərdə tutulan kompensasiya məbləğini ona ödəmiş, o da qeyd edilən fərdi yaşayış evindən çıxmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Lakin, məhkəmə qeyd edir ki, iddia tələbinin hər iki hissəsinə münasibətdə icraata xitam verilməsi əsasları fərqlidir. İddia tələbinin “mülkiyyət hüququna xitam verilməsi və həmin yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi əsasları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə müəyyən edir ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-85/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın ayrılması” tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilmişdir və həmin mülki iş üzrə icraata xitam verilmişdir: “Mən, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə olan payının ayrılması və bununla da Cavabdeh ümumi əmlakdakı paya olan hüququnu itirməsi müqabilində Cavabdeh 21000 manat məbləğində kompensasiya ödəməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 100 manat məbləğində mütəxəssis xidməti haqqını "xxxx" MMC-nin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq. Mən, Cavabdeh İddiaçı mənə 21000 (iyirmi bir) manat məbləğində kompensasiya verməsi müqabilində ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96 m2 olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi üzərində olan 1/2 payımın ayrılmasına və bununla da ümumi əmlakdakı paya olan hüququmu itirməyə etiraz etmirəm. Əlavə olaraq, bildirirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-85/2022 saylı mülki iş üzrə verilmiş mütəxəssis rəyinə görə 300 manat məbləğində xidmət haqqını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyə heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Cavabdehin mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququna xitam verilməsinə dair tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduğundan qanunvericiliyin sadalanan normasının tələbləri baxımından iddia tələbinin “mülkiyyət hüququna xitam verilməsi və həmin yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. "Cavabdeh Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışın ləğv olunması və həmin evin tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması" hissəsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Suraxanı rayon İcra Şöbəsinə ünvanladığı məktubuna əsasən müəyyən edir ki, sözügedən qurum tərəfindən bildirilmişdir ki, “Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 126276/22-28 sayl məktubuna və ona qoşma edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-85/2: saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 85/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə İddiaçı ilə Cavabdeh Suliddi qızı arasında bağlanmış barışıq sazişi təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbir əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xıtam verilmə barədə qərardad çıxarır yə bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barış sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Həmçinin “Azərbaycan Respublikası İcra haqqında” qanunun 20.1.2-ci maddəsıı əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil.” Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin sadalanan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışın ləğv olunması və həmin evin tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması" hissəsinə münasibətdə də iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması üçün Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar