Məhkəmə qərarları › İş №2(010)-4889/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4889/2021

18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4889/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, Şamaxı Rayon Məhkəməsindən daxil olmuş İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə paylı mülkiyyətinə keçmiş Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, ümumi sahəsi 77.5 m2, yaşayış sahəsi 46.2 m2 olan üç otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, mənzilin giriş qapısının açarlarının bir nüsxəsinin cavabdehdən alınıb ona verilməsi və mənzildən maneəsiz istifadə edə bilməsi barədə və mənzili kirayə verərək əldə etdiyi 3000 manat məbləğində gəlirin yarısının – 1500 manat – ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(074)-794/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, iddiadan görünür ki, İddiaçı paylı mülkiyyətçisi olduğu evdən istifadəsinə cavabdeh X2 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Yəni, iddiaçı paylı mülkiyyətçisi olduğu ev üzərində hüquqlarının (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) pozulmasını aradan qaldırmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda mübahisəyə müstəsna aidiyyət tətbiq edilməli və işə iddiaçının paylı mülkiyyətçisi olduğu evin yerləşdiyi yer üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarı) Həmçinin, məhkəmə hesab edir ki, işə Şamaxı Rayon Məhkəməsində baxılması ilə mübahisə predmeti olan evin yerində müayinəsi, evə baxış keçirilməsi, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş qərarında ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməli olduğu göstərilsə də nəzərə alınmalıdır ki, hazırkı iddia birgə mülkiyyətin bölünməsi ilə bağlı deyil, evin paylı mülkiyyətçisinin evdən istifadə ilə bağlı hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı qaldırılmışdır. Odur ki, mübahisəyə ərazi aidiyyəti qaydasında cavabdehin rəsmi qeydə alındığı rayonun məhkəməsində - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi - yox, müstəsna aidiyyət qaydasında evin yerləşdiyi rayonun məhkəməsində - Şamaxı Rayon Məhkəməsi - baxılmalıdır. Göründüyü kimi mülki iş Şamaxı Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsə də işin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı vardır. Məhkəmə hesab edir ki, işə müstəsna aidiyyət qaydasında Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, işin aidiyyəti ilə bağlı Şamaxı Rayon Məhkəməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi arasında fikir ayrılığı yarandığından aidiyyət məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARA A L D İ: İddiаçı İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işin aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikаyət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar