Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-494/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı X2, İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh1, Cavabdeh3 Xaqani oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı X2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xaqani oğluna və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan mülkiyyətdə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneənin qadağan edilməsi tələbinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı X5 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan əmlaka mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlə ona məxsus evə girməyinə və ondan sərbəst istifadə etməyinə, bütövlükdə mülkiyyət hüququna yaradılmış maneə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ünvan 1 saylı evin və onun yerləşdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, 136 saylı uşaq bağçasının yanında 0,02 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilmişdir. Lakin məhkəmə qərarı qüvvəyə minəndən bu günədək cavabdeh onun mülkiyyətindəki evdən istifadə etməyə, həmin evə girməyə imkan vermir. Hətta o, bir neçə dəfə ona məxsus C.Əliyev küçəsi, 13 A saylı evə girməyə cəhd edərkən cavabdeh onu təhqir edərək hədə-qorxu gəlmişdir. Bu barədə Suraxanı Rayon Polisinə də müraciət etmişdir. Lakin təəsüflər olsun ki, polis orqanları da heç bir tədbir görməmişlər. Bildirir ki, halhazırda həmin evdə cavabdehin qardaşı ailəsi ilə birgə yaşayır. Onlar da iddiaçıya evindən istifadəyə mane olur. Buna görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlə ona məxsus evə girməyinə və ondan sərbəst istifadə etməyinə, bütövlükdə mülkiyyət hüququna yaradılmış maneə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın azaldılmasına dair ərizə verərək, iddianın istifadə qaydalarının müəyyən edilməsi hissəsindən imtina edərək, İddiaçı iddiada göstərilən ünvanda yerləşən mülkiyyətindən istifadəsinə yaranmış məhdudiyyətin cavabdehlərə qadağan edilməsi, iddiaçıya mülkiyyətindən sərbəst şəkildə istifadə üçün yaranmış məhdudiyyətin aradan qaldırılması barədə olan hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdehin şifahi olaraq tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etdiyini, verdiyi iddianın azaldılmasına dair ərizəsini nqəzərə almaqla, artıqistifadə qaydalarını müəyyən edilməsin dair məhkəmə ekspertizasının həyata keçirilməsini lüzumsuz olduğunu və mülki işin baxılmasının yalnız uzadılmasını səbəl olduğunu qeyd edərək, iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin yekun iclasında iştirak edən iddiaçı X5 iddia əizəsində və iddianın azaldılmasına dair ərizəsində göstərilənlərə uyğun izahat verərək, verdiyi iddianın azaldılmasına dair ərizəsini nəzərə almaqla, istifadə qaydalarını müəyyən edilməsinə dair məhkəmə ekspertizasının həyata keçirilməsini artıq lüzumsuz olduğunu və mülki işin baxılmasının yalnız uzadılmasına səbəb olduğunu qeyd edərək, iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Xaqani oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddia tələbinin qəbul etmədiyini bildirərək, şifahi vəsatət verərək, tikinti-texniki ekspertizasınının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Xəqani oğlu iddiayə etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin, cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materillarında olan: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 (009)-3462/2017 saylı 28.11.2017-ci il tarixli qətnaməsi ilə X7 Hüseynova qarşı iddiası təmin edilmiş, tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, 26.12.2000-ci il təvəllüdlü Ləman, 02.12.2005-ci il təvəllüdlü Zeynəb və 26.04.2011-ci il Zülfiqarın yetikinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 03.07.2017-ci il tarixdən hesablanmaqla, hər ay hə uşaq üçün 137 manat olmaqla, cəmi 411 mana sabit pul məbləğində aliment tutularaq Ülviyyə Hüseynovaya verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsnin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü tələbinə dair iddiası qismən təmin edilmiş, “Tofash Shahin” markalı, **-XU-*** dövdət qeydiyyat nişanlı avtombilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilərək onlar arasında bölünməsi, həmin avtomaşının ½ hissəsinə iddiaçının və ½ hissəsinə cavabdehin pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09.07.2019-cu il tarixli 2(103)- 9194/2019 saylı qətnaməyə əsasən İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü tələbinə dair 2 (010)-311/2019 saylı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il qətnaməsindən verilmiş İddiaçı apellyasiya şikayəti qismən edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-311/2019 saylı iş üzrə 08 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13A saylı evə və onun yerləşdiyi torpaq sahəsinə tərəflərin paylarının müəyyən edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13А saylı evin və onun yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, 138 saylı uşaq bağçasının yanında 0.02 ha torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X1 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan əmlaklara dair iddia qalan hissədə edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 23.06.2020-ci il tarixli, ********** sayıl çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı paylı mülkiyyətindədir. İddiaçı mülkiyyət hüqüqu ********** nömrə ilə 23.06.2020-ci il tarixində qeyd edilmişdir. Məhkəmə Ekspertizasl Mərkəzi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli tikintitexniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən, məhkəmə tərəfindən baxış təşkil olunmuşdur. Lakin tədqiqat obyektinin qapısının bağlı olduğuna görə baxışın keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 (009)-3462/2017 saylı 28.11.2017-ci il tarixli qətnaməsi ilə X7 Hüseynova qarşı iddiası təmin edilmiş, tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, 26.12.2000-ci il təvəllüdlü Ləman, 02.12.2005-ci il təvəllüdlü Zeynəb və 26.04.2011-ci il Zülfiqarın yetikinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 03.07.2017-ci il tarixdən hesablanmaqla, hər ay hə uşaq üçün 137 manat olmaqla, cəmi 411 mana sabit pul məbləğində aliment tutularaq Ülviyyə Hüseynovaya verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsnin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü tələbinə dair iddiası qismən təmin edilmiş, “Tofash Shahin” markalı, **-XU-*** dövdət qeydiyyat nişanlı avtombilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilərək onlar arasında bölünməsi, həmin avtomaşının ½ hissəsinə iddiaçının və ½ hissəsinə cavabdehin pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09.07.2019-cu il tarixli 2(103)-9194/2019 saylı qətnaməyə əsasən İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü tələbinə dair 2 (010)-311/2019 saylı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il qətnaməsindən verilmiş İddiaçı apellyasiya şikayəti qismən edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 311/2019 saylı iş üzrə 08 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13A saylı evə və onun yerləşdiyi torpaq sahəsinə tərəflərin paylarının müəyyən edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13А saylı evin və onun yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, 138 saylı uşaq bağçasının yanında 0.02 ha torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X1 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan əmlaklara dair iddia qalan hissədə edilməmişdir. Bundan əlavə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 23.06.2020-ci il tarixli, ********** sayıl çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı paylı mülkiyyətindədir. İddiaçı mülkiyyət hüqüqu ********** nömrə ilə 23.06.2020-ci il tarixində qeyd edilmişdir. Lakin İddiaçı Sxavət qızı iddia edir ki, məhkəmə qərarı qüvvəyə minəndən bu günədək cavabdeh onun paylı mülkiyyət hüququ əsasında ona məxsus evdən istifadə etməyə, həmin evə girməyə imkan vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin halı həmçinin də Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunda olan məlumat da təsdiq edir. Həmin məlumata əsasən məhkəmə tərəfindən baxış təşkil olunsa da, lakin tədqiqat obyektinin qapısının bağlı olduğuna görə baxışın keçirilməsi mümkün olmamışdır. Həmçinin həmin hal Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 15 aprel 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında da öz təsdiqini tapır. O cumlədən nümayəndəsi mübahisəli evə köçürülməsinə etiraz edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçını köçürülmək istədiyi evin yerindən artıq yeni tikili inşa edilmiş, həmin ev yenidən 2009-cu il tarixdə tikilmiş, iddiaçının həmin evə paylı mülkiyyətçi kimi mülkiyyət hüququ tanınsa da, həmin qətnamələrdən apellyasiya şikayəti verilməyib və həmin qətnamələr mübahisələndirilməmiş, həmin qətnamələr əsasında mübahisəli evə dair paylı mülkiyyət hüququ iddiaçıya əsassız olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilməyə zərurəti olmadığından, İddiaçı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan evə və onun yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı paylı mülkiyyəti hüququ əsasında ona məxsus olması işin mübahisələndirilməyən hallara aiddir. İş materialları və tərəflərin izahatları ilə sübuta yetirilir ki, cavabdeh tərəfindən qeyd olunan əmlakından istifadə etməyə maneçilik törədir. Sadalanan ölkədaxili və beynəlxalq qanunvericilik aktı normalarını, işin materiallarını və iddiaçının izahatını əsas götürən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və rəsmi qeydə alınmış əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, İddiaçı ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan maneələr – Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsindən istifadəsində yaranmış məhdudiyyətin (evə girməyə icazə verilməməsi) cavabdehlərə qadağan edilməli, iddiaçıya mülkiyyətindən sərbəst şəkildə istifadə üçün yaranmış məhdudiyyətin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlə ona məxsus evə girməyinə və ondan sərbəst istifadə etməyinə, bütövlükdə mülkiyyət hüququna yaradılmış maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan maneələr – Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 13A saylı, 10.50 kv m ibarət olan ev və onun yerləşdiyi 0,02 ha torpaq sahəsindən istifadəsində yaranmış məhdudiyyətin (evə girməyə icazə verilməməsi, istifadəyə icazə verilməməsi) cavabdehlərə qadağan edilsin. İddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə üçün yaranmış məhdudiyyətlər aradan qaldırılsın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-494/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-494/2021
13.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver