Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-495/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, mümkün olmadıqda açıq hərracda satılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, mümkün olmadıqda açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşın vasitəsinin naturada bölünməsi və ya bu mümkün olmadıqda dəyərinin müəyyən edilməsi və açıq hərracda satılaraq tərəflər arasında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək İddiaçı və Cavabdeh Xəqani oğlunun arasında bölünməsi və “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh pay hüququ üzrə mülkiyyət hüququ tanınmışdır. Adıçəkilən qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə əmlakın bölünmə üsulu müzakirə və müəyyən edilməmişdir. Qətnamənin icrasında problem yarandığından məhkəməyə yeni iddia ilə müraciət etməli olmuşdur. Belə ki, əmlak birgə paylı mülkiyyətdə olsa da o, əmlakına dair sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Cavabdehə avtomobili sataraq pulunun aralarında bölünməsini təklif etsə də razılaşa bilməmişlər. Hesab edir ki, adıçəkilən avtomobil açıq hərrac yolu ilə satılmalıdır və əldə edilmiş vəsait paylarına mütənasib şəkildə bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, avtomobilin 1/2 hissəsi üzərində mülkiyyət hüququ tanınsa da o nə avtomobil üzərində mülkiyyət hüququnu reallaşdıra bilir, nə də cavabdeh ona öz payına uyğun kompensasiya təklif edir. O, cavabdehə bununla bağlı bir neçə dəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-311/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək İddiaçı və Cavabdeh arasında bölünməsi, “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 5700 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Tofash Shahin” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı və Cavabdeh nikah dövründə əldə edilmiş əmlakdır və onların ümumi paylı mülkiyyətindədir. Avtomobilin 1/2 hissəsində mülkiyyət hüququ iddiaçıya, 1/2 hissəsində isə cavabdehə məxsusdur. Bu hal Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-311/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir və işin mübahisələndirilməyən halı olmaqla yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Deməli, məhkəmə tərəfindən yalnız ümumi paylı mülkiyyətdə olan avtomobilin bölünməsi və ondan payın ayrılması üsulu müəyyən edilməlidir. İddia tələbində qeyd edilsə də məlumdur ki, avtomobilə tənasübsüz zərər vurmadan onun naturada bölünərək tərəflərin paylarına mütənasib iki hissəyə ayrılması mümkün deyil. Bu hamıya məlum olan haldır və müəyyən edilməsi üçün əlavə sübuta ehtiyac yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı işdən görünür ki, paylı mülkiyyətdə olan avtomobilin mülkiyyətçiləri arasında avtomobilin bölünməsi ilə bağlı hər hansı razılaşma yoxdur. Paylı mülkiyyətin mülkiyyətçilərindən biri olan iddiaçı isə öz payının ayrılmasını tələb edir. Lakin payın avtomobilə tənasübsüz zərər vurmadan naturada ayrılması mümkün deyil. Öz payını tələb edən iddiaçı avtomobilin payına mütənasib hissəsinin kompensasiya edilməsini digər payçı olan cavabdehə təklif etsə də cavabdeh bununla razılaşmamışdır. Bu hal mübahisəsiz qəbul edilməlidir, belə ki, avtomobil üzərində payların müəyyən edilməsinə dair məhkəmə qətnaməsi artıq iki ildir ki qəbul edilmişdir, lakin iddiaçının payı kompensasiya edilməmişdir. Eyni zamanda, məhkəmə iclasında izahat verən iddiaçı bununla bağlı cavabdehə dəfələrlə təklif etdiyini, lakin cavabdehin bundan imtina etdiyini bildirmişdir. Belə bir vəziyyətdə avtomobilin 1/2 hissədə paylı mülkiyyətçisi olan iddiaçının avtomobil üzərində mülkiyyət hüququnu öz payına mütənasib realizə edə bilməsinin yeganə üsulu avtomobilin açıq hərracdan satılaraq dəyərinin paylarına mütənasib (hər birinə 1/2) tərəflərə ödənilməsidir. Avtomobilin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə təyin edilmiş əmtəəəşünaslıq ekspertizasının rəyini ağlabatan hesab edərək onunla razılaşır və hesab edir ki, avtomobil həmin rəyə uyğun olaraq 5700 manat məbləğində ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərin ümumi paylı mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanı iddia tələbində göstərildiyi kimi “**-XU-***” deyil, “**-XU-***”-dir. Bu səbəbdən qətnamədə həmin hal nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Tofash Shahin” minik markalı, **- XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 5700 (beş min yeddi yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq əldə edilmiş məbləğin 1/2 hissəsi İddiaçı, qalan 1/2 hissəsi isə Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Tofash Shahin” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 5700 (beş min yeddi yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq əldə edilmiş məbləğin 1/2 hissəsi İddiaçı, qalan 1/2 hissəsi isə Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-495/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-495/2021
29.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver