Məhkəmə qərarları › İş №2(010)-50/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-50/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-50/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 İmamqulu qızının, İddiaçı2 Bəhlul qızının və onların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Bəhlul qızının Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 Bəhlul qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən (keçmiş adı-Serebrovski qəsəbəsi, Podqornaya küçəsi) fərdi yaşayış evində iddiaçılarla cavabdehin miras əmlakda paylarının natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən (keçmiş adı - Serebrovski qəsəbəsi, Podqornaya küçəsi) fərdi yaşayış evi 1954-cü ildə tikilməklə mülkiyyətçisi X14 olmuş, həmin şəxs Bakı şəhəri 10 nömrəli Dövlət Notariat kontorunda bağladığı xx.xx.1970-ci il tarixli “mülkdən payın bağışlama müqaviləsi” əsasında 4 nömrəli yaşayış evini 1/4 hissəsini oğlu Bəhlul Məmmədova, 1/4 hissəsini isə digər oğlu Cavabdeh bağışlamış, hər iki oğlu ayrı-ayrı həyat yoldaşından olduqları üçün gələcəkdə mübahisə yaranmamasına görə 1970-ci ildən Bəhlul Məmmədova məxsus payı daş hasarla faktiki olaraq ayırmış, hər iki övlad ata payını böyük məmnuniyyətlə qəbul etmişlər. Bəhlul Məmmədovun payının ayrılmasının da əsas səbəbi, digər övladların doğma bacı-qardaş, tək Bəhlulun isə digərlərinə münasibətdə ögey olmasıdır. Bəhlul Məmmədov ayrıca hasar daxilində olmaqla özünə məxsus torpaq sahəsində sonradan əlavə tikililər inşa elmiş, "Fərdi yaşayış evlərinin (evin hissəsinin), fərdi inşaatçılar mənziltikinti kooperativinin evindəki mənzillərin özgəninkiləşdirlməsinin mümkünlüyü haqqında" 25 may 1976-cı il tarixli təlimatın 3-cü bəndinə və keçmiş Orconikidze rayon X19 İcraiyyə Komitəsinin 27 may 1988-ci il tarixli 8 nömrəli qərarına əsasən Komissiyanın Serebrovski qəsəbəsi, Podqornaya küçəsi, 4 ünvanda yerləşən yaşayış evinin özünə məxsus olan hissəsinin bağışlanması zamanı hüququn qeydiyyatına dair təklifi qəbul edilmiş, Bəhlul Məmmədova yaşayış evinin sahəsi 13.3 kv.m olan 1 yaşayış otağından, yardımçı 14.4 kv.m sahədən, sahəsi 1627 kv.m torpaq sahəsində yerləşən özünə məxsus olan hissəsinin qızı - X9 bağışlamasına icazə verilmiş, bağışlama zamanı yaşayış evinin sahəsi 13.3 kv.m olan 1 yaşayış otağından, yardımçı 14,4 kv.m sahədən ibarət Bəhlul Məmmədova məxsus hissənin müvafiq özgəninkiiəşdirlməsinə icazə verilmiş, həmin sənədlər əsasında 1962-ci ilin 7-ci ayında tərtib edilmiş yaşayış evinin texniki pasportunda xx.xx.1988-ci ildə yenidən müvafiq düzəlişlər edilmişdir. Bəhlul Məmmədov 01 iyul 1988-ci il tarixli bağışlama müqaviləsi ilə öz mülkiyyətində olan əmlakı qızı X9 bağışlamış, X15 isə öz mülkiyyətində olan yaşayış evini Bakı şəhəri 24 nömrəli notariat kontorunda 15 iyul 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı İddiaçı2 bağışlamış, hətta xx.xx.1988-ci ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırmasına və qiymətləndirilməsinə dair pasportda da hər iki bölünmüş sahənin sxemi və ölçüləri konkret qeyd olunmuşdur. Məlumdur ki, keçmiş Sovet dövründə bütün torpaqlar yalnız dövlət mülkiyyətində olmuş, dövlətimiz müstəqillik əldə etdikdən sonra mülkiyyətin 3 növü: dövlət, bələdiyyə və şəxsi mülkiyyət növləri yaranmışdır. Məhz buna görə də, həmin dövrdə yaşayış sahələri ilə birlikdə torpaq sahələrinin də müqavilələrdə göstərilməsi qeyri-mümkün olmuşdur. X6 ölümü ilə əlaqadar olaraq yenidən açılmış vərəsəlik işi üzrə notariat ofisi tərəfindən verilmiş məktuba əsasən onun adına çıxarış alınandan sonra iddiaçı (İddiaçı1) yenidən 1/4 hissədə pay almışdır. Cavabdeh iddiaçılara məxsus payın bir hissəsini zəbt etməklə iddiaçılara öz mülkiyyətlərindən istifadə üçün imkan vermədiyindən payların real naturada bölünməsinə ehtiyac yaranmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb.

Tərəflərin izahatları.

3. İddiaçı1 İmamqulu qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı2 Bəhlul qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçılar İddiaçı1 İmamqulu qızının və İddiaçı2 Bəhlul qızının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın əsaslı olduğunu, ərizədə qeyd olunanları təsdiqləyərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul edərək bildirmişdir ki, hazırkı fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətdə olmasını nəzərə alaraq iddianın təmin olunmasına etiraz etmir. Belə ki, ekspertiza rəyində fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən olunsa da, lakin tədqiq olunan fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının paylardan kənara çıxmaqla bölünməsinə etiraz etmir.

İş materialları.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X12 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci ildə İddiaçı2 Bəhlul qızının adına qeydiyyatdan keçmişdir.

8. İddiaçı1 müraciəti əsasında Bakı şəhəri 24 saylı Notariat Ofisinin xx.xx.2021-ci tarixli məktubunun surətindən görünür ki, xx.xx.1991-ci ildə vəfat etmiş X7 adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə mərhuma məxsus hissəyə çıxarış verilməsi xahiş olunmuşdur.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X12 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evi 3/6 hissədə X7 adına, (açıq saxlanılır), 1/3 hissədə Cavabdeh Savdum oğlunun adına və 1/6 hissədə İddiaçı1 adına qeydiyyatdan keçmişdir.

10. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi, İddiaçı2 Bəhlul qızının adına, ¼ hissəsi Cavabdeh Savdum oğlunun adına və 2/4 hissəsi X7 adına xx.xx.1998-ci il tarixli 03 nömrəli reyestr kitabında 415 səhifə ilə qeydə alınmış xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

11. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1991-ci il tarixdə ölmüşdür.

12. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X10 xx.xx.1935-ci il tarixdə anadan olmuşdur. X2, anası X1r.

13. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə ölmüşdür.

14. xx.xx.1959-cu il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X5 xx.xx.1959-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X12 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evi X7 adına 2/3 hissədə və Cavabdeh Savdum oğlunun adına 1/3 hissədə xx.xx.2021-ci il tarixli xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

16. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu X10 idi, lakin onun xx.xx.2010-cu ildə vəfat etməsi ilə əlaqədar miras onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 – arvadı İddiaçı1 keçmiş və o miras əmlakından 1/6 hissədə pay almalıdır. xx.xx.2021-ci il tarixdə X11 verilmiş ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə mərhuma məxsus hissədən (2/3 hissə) ibarətdir. Miras qalmış qalan 3/6 hissədə pay vərəsələr Cavabdeh Savdum oğlu, X3 və X8 verilməsi üçün açıq saxlanılmışdır.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2- 1(112)-979/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı2 Bəhlul qızının mülkiyyətində olan ¼ hissənin naturada ayrılaraq ayrıca **********, ********** qeydiyyst nömrəli çıxarışların ləğv edilməsinə və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə müvafiq dövlət reyestr kitabında qeyd aparılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin 3/12 hissəsi İddiaçı2 Bəhlul qızının, 2/12 hissəsi İddiaçı1, 3/12 hissəsi Cavabdeh Savdum oğlunun və 4/12 hissəsi X7 adına (açıq saxlanılır) dövlət reyestrində qeydiyyata alınmışdır.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsi Hüquqların X12 daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı2 Bəhlul qızının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı2 Bəhlul qızının adına 3/12 hissədə, X7 adına 4/12 hissədə (açıq saxlanılır), Cavabdeh Savdum oğlunun adına 3/12 hissədə və İddiaçı1 adına 2/12 hissədə xx.xx.2023-cü il tarixli, 638 nömrəli reyestr kitabının 59758 nömrəli vərəqində qeydiyyatdan keçirilmişdir.

19. Şəxsi Mülkiyyət Hüququ ilə evlərin Texniki İnventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi X7 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir.

İşin faktiki halları.

20. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı2 Bəhlul qızının adına 3/12 hissədə, X7 adına 4/12 hissədə (açıq saxlanılır), Cavabdeh Savdum oğlunun adına 3/12 hissədə və İddiaçı1 adına 2/12 hissədə xx.xx.2023-cü il tarixli, 638 nömrəli reyestr kitabının 59758 nömrəli vərəqində qeydiyyatdan keçirilmişdir. Bu fərdi yaşayış sahəsinin yerləşdiyi 0.0221 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla tərəflərin istifadəsindədir. Hazırda tərəflər arasında olan mübahisə də paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin ideal paylar üzrə (3/12, 4/12, 3/12, 2/12, hissələri) 4 hissəyə naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin tədqiq olunan fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq bölünmüş vəziyyətdə olduğu nəzərə alaraq həmin bölgü qaydasının paylardan kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4., bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

Tətbiq edilən hüquq.

21. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini fərdi yaşayış evi üzərində onların paylarının naturada ayrılması təşkil edir.

25. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evindən onların paylarının ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin ideal paylar üzrə (3/12, 4/12, 3/12, 2/12, hissələri) 4 hissəyə naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin tədqiq olunan fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq bölünmüş vəziyyətdə olduğu nəzərə alaraq həmin bölgü qaydasının paylardan kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4., bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

26. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikintitexniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən (qismən kənara çıxmaqla) uyğun hesab edilmişdir.

27. Məhkəmə iclasında iştirak edən hər iki tərəf də fərdi yaşayış evi üzərindəki paylarının naturada bölgüsünün onların faktiki istifadə etdikləri şəkildə aparılmasına etirazları olmadıqlarını bildirmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı2 Bəhlul qızına məxsus 3/12 hissədə, X11 məxsus 4/12 hissədə açıq saxlanılan, Cavabdeh Savdum oğluna məxsus 3/12 hissədə və İddiaçı1 məxsus 2/12 hissədə paylar naturada ayrılmalı, payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq mövcud vəziyyətdə ekspertiza rəyi nəzərə alınmaqla təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.

Məhkəmə xərcləri.

29. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt qüvvədə olan variantda) müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.

30. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci həm iddiaçılardan, həm də cavabdehdən birgə qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı2 Bəhlul qızına məxsus 3/12 hissədə, X11 məxsus 4/12 hissədə (açıq saxlanılan), Cavabdeh Savdum oğluna məxsus 3/12 hissədə və İddiaçı1 məxsus 2/12 hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalı və payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq mövcud vəziyyətdə təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.

32. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli və aparılmış tədqiqatın dəyəri 50 manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 Bəhlul qızından və Cavabdeh birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlınski küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı2 Bəhlul qızına məxsus 3/12 hissədə, X11 məxsus 4/12 hissədə (açıq saxlanılan), Cavabdeh Savdum oğluna məxsus 3/12 hissədə və İddiaçı1 məxsus 2/12 hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın və payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq mövcud vəziyyətdə təcrid formasında bölündüyü şəkildə həyata keçirilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2 Bəhlul qızından və Cavabdeh birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar