Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5092/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı cavabdeh Kazımov Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya açıq hərracda satılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş və müvafiq məhkəmə qətnaməsi ilə dəyəri 50000 (əlli min) manat müəyyən edilmiş fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada bölünməsi, bu mümükün olmadıqda açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərərflərin həmin torpaq sahəsinə və fərdi yaşayış evinə olan paylarına mütənasib surətdə (yəni 2/3 iddiaçının, 1/3 cavabdehin) bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı həmin məbləğin alınması barədə cavabdehə müraciət etməmiş, məsələnin məhkəmədən kənar qaydada nizama salınmasına riayət etməmiş, və ya riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2.4 maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı pul tələbi ilə bağlı həmin zərərin ödənilməsi üçün cavabdehə müraciət etməli, müraciətin nəticəsindən asılı olaraq tələbləri ödənilmədikdə müvafiq İnzibati-İqtisadi Məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4 və 152.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Kazımov Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya açıq hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-5092/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5092/2020
13.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver