Məhkəmə qərarları › İş №2(010)-5142/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5142/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5142/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və İddiaçı1, Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən sayğacın borusunun deşilməsi onlara zərər kimi hesablanmış 518 manat 40 qəpik əsassız hesab edilməsi, cavabdehin böhtan xarakterli hərəkəti nəticəsində onlara vurduğu mənəvi ziyanın məbləği olaraq 100 000 manat pul vəsaitinin tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və İddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı2 ilə cavabdeh arasında təbii qazın alqı-satqı barədə bağlanmış 23 aprel 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh onları istehlakçı olaraq keyfiyyətli qazla təmin etməli əvəzində isə alınan qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq onun tərəfindən ödənilməli müqavilə bağlanan zaman cavabdehin nümayəndələri tərəfindən ******* nömrəli akt tərtib edilərək evin çöl hissəsində İTRON Smart G-4 markalı 1802AZ**********28 nömrəli sayğac quraşdırılmışdır. 14 fevral 2022-ci il tarixdə evlərindən açılıb aparılan Smart tipli qaz sayğacı harada saxlanması, ona başqa kənar şəxslərin müdaxilə edib-etməməsi müəyyən olunmadan 14 gün sonra, 28 fevral 2022-ci il tarixdə laboratoriyada yoxlanılmış və sayğacın çıxışında plastmas borunun deşik olması müəyyən olunmuş və akt tərtib edilmişdir. Sayğacı dəyişən Pərviz adlı şəxs bildirmişdir ki, sayğaca heç bir müdaxilə olmamış, sadəcə borcunun giriş hissəsi korroziyaya uğramışdır. Üstündən 14 gün keçdikdən sonra ona bildirmişlər ki, akt əsasında 518.40 manat cərimə edilmişdir. Qaz sayğacı evdən kənarda yerləşdiyi üçün onlar həmin sayğacın vəziyyətinə görə məsuliyyət daşımır. Ona görə də əsassız olaraq hesablanmaqla ondan (iddiaçılardan) tələb olunan qaz sərfiyyatına görə 518.40 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçıların yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Həmin sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 518.40 manat tələb olunur. Ona görə də iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı2 yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman 24 yanvar 2022-ci il tarixli dövlət yoxlamasına əsasən 1802AZ**********28 saylı sayğacın çıxış plastmas borusu deşilib, sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcuddur. Sayğac kipliyə yararsızdır. İş materiallarına əlavə edilmiş X4 Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-00731-1 saylı aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirildi, sayğacın klapanı iştək deyil, yivli birlşmələr korroziyaya uğrayıb, sayğac Alarm-5 rejiminə salındı və Alarm-5 rejimindən çıxarıldı, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb, xətalar təyin edilə bilmədi, sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcuddur, sayğac kipliyə yararsızdır. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi. İş materiallarına əlavə edilmiş X4 Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, sayğacda korroziya var əvəzləndi. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı2 tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 518.40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı2 (kod **********00161) qaz sərfiyyatına görə tələb etdiyi 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat pul vəsaiti silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar