Məhkəmə qərarları › İş №2(010)-5143/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5143/2023

28.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5143/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödilmədən mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödilmədən mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh, uşaqları X1, X2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 1 saylı evin, 169 saylı mənzilindən kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qqəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 1 , 169 saylı mənzil 169-da pasport qeydiyyatındadır və orada yaşayır.Həmin mənzili o alqı-satqı müqaviləsi ilə 2022-ci ildə pul verib almışdır.Mənzil onun xüsusi mülkiyyətindədir.Bu barədə onun adına xx.xx.2022-ci il tarixli dövlət reyestrində çıxarış vardır.Cavabdeh onun qardaşıdır, qardaşı da, uşaqları ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadırlar, lakin onlar orada yaşamırlar.Cvabdeh 2005-ci ildə ailə qurmuş və 2010-cu ildən bu günə qədər ünvan 1 ünvanına köçüb yaşamağa başlamışdır.Orada o ailəsi və uşaqları ilə birlikdə daimi olaraq yaşayır.Qardaşı daimi yaşayış yeri ilə təmin olunmuşdur.Lakin cavabdeh iki uşağı ilə birlikdə hələ də ona məxsus mənzildə qeydiyyatda qalmaqda davam edir.Cavbdehin uşaqlartı ilə birlikdə mənzildə qeydiyyatda qalması onun mülkikyyət hüquqlarını məhdudlaşdırır və o mülkiyyətçi kimi sərbəst şəkildə öz evinə dair sərəncam verə bilmir.Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehin ərizəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə yazaraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qqəsəbəsi, Yusif Eyvazov küçəsi 1 saylı evin, 169 saylı mənzilindən kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməsinə razıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. İş materialları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ******* saylı xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 2-da xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh və digərlər qeydiyyatdadırlar. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X6 ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışının notarial qaydasında təsdiq edilmiş sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.88 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********25-05101- 093063). Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Suraxanı qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1594 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən Yeni ünvan 3 ünvanında qeydiyatsız yaşayır. xx.xx.2013-cü il tarixli 0220 inventar nömrəsi ilə "xxxx" MMC - Lahihə Smeta Bürosu tərəfindən ünvan 4 ünvanı üçün eskiz layihəsi verilmişdir. Hüquqi subuekt: X5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlara əsasən, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh uşaqlrıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ...52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 64.88 kv/m olan mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır. Sözügedən mənzildə özü və övladları qeydiyyatdadırlar. İddiaçı cavabdehin və övladlarının həmin ünvana qeydiyyatdan çıxarılmasını istəmişdir. Cavabdeh yazdığı ərizədə və məhkəmə iclasında bildirmişdir ki, kompensasiya ödənilmədən, istifadə hüquqlarına xitam verilməsinə razıdır. Məhkəmə qeyd edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Eyni zamanda, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olduğundan, onlar da valideyn ilə bir yerdə qeydiyyatdan çıxarılmalı, çünki cavabdeh uşaqları özündən ayrı qeydiyyatda saxlaya bilməz. Bu baxımdan məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehin iddianı etiraf etməsindən iddia tələbi təmin edilməli, sonuncu və onun uşaqlarının iddiaçının mülkiyyətində olan yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməlidir.Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, uşaqları X1, X2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qqəsəbəsi, Yusif Eyvazov küçəsi 1 saylı evin, 169 mənzilinə olan yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, uşaqları X1 və X2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 1 saylı evin, 169 saylı mənzilindən kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar